Icma.az
close
up
RU
Paşinyanın Ankara səfərinin detalları nədən ibarətdir? Elnarə Akimova şərh edir

Paşinyanın Ankara səfərinin detalları nədən ibarətdir? Elnarə Akimova şərh edir

Gununsesi saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Xəbər verdiyimiz kimi, Paşinyan sabah Ankaraya səfər edir.

Maraqlıdır, görəsən, bu səfərin detalları nədən ibarət olacaq?

Məsələn, Türkiyə-Ermənistan quru sərhədlərini açacaqmı?

Xüsusi ilə Ermənistan və Azərbaycan arasında sülh sazişi bağlanana qədər Türkiyə sülh Azərbaycanın maraqlarını müdafiə edəcəkmi?

Məsələ ilə bağlı Milli Məclisin deputatı Elnarə Akimova Gununsesi.info-ya danışıb.

Onun sözlərinə görə, sözügedən görüş Qarabağ zəfərimizdən sonra Türkiyə-Ermənistan münasibətləri yönündə müəyyən addım kimi xarakterizə edilə bilər:

“Bu görüş Qarabağ müharibəsindəki zəfərimizdən sonra Türkiyə-Ermənistan münasibətlərinin normallaşması, diplomatik münasibətlərin tam bərpası və iqtisadi əlaqələrin qurulması yönündə müəyyən addımı ifadə edə bilər. Regionda kommunikasiyaların açılması və inteqrasiyanın dərinləşməsi baxımından da həmçinin”.

Akimova bildirir ki, sərhədlərin tam açılması ehtimalı azdır, səbəb isə…

“Sərhədlərin tam açılması ehtimalı azdır, lakin bu görüş simvolik addımların atılması üçün zəmin yarada bilər. Məsələn, konsulluq və nümayəndəliklərin açılması istiqamətində. Sərhədlərin açılması üçün əsas şərt Azərbaycan-Ermənistan arasında sülh sazişinin imzalanmasıdır. Təbii ki, bu görüş sülh sazişinin imzalanması yönündə diplomatik bir jest sayıla bilər. Ancaq bu da faktdır ki, bölgədə sülh və əməkdaşlıq mühitinin bərqərar edilməsinə ən ciddi əngəl elə Ermənistanın özüdür. Azərbaycan sülh müqaviləsinin imzalanması üçün gərək olan iki legitim şərt-tələbi çoxdan müstəviyə qoyub və bu istiqamətdə güzəştsiz davranacağı şübhəsizdr”.

Deputat son olaraq bildirib:

“Qaldı ki, Türkiyənin Azərbaycanın maraqlarını müdafiə etməsi məsələsinə, buna birmənalı şəkildə inanmalıyıq. Türkiyə bu prosesi yaxından izləyir və Azərbaycanla tam koordinasiyada hərəkət edir. Türkiyə dəfələrlə bəyan edib ki, Ermənistanla münasibətlərin normallaşması Azərbaycanla paralel şəkildə aparılacaq. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və digər yüksək səviyyəli rəsmi şəxslər dəfələrlə bəyan ediblər ki, Ermənistanla münasibətlər Azərbaycan-Ermənistan sülh prosesi ilə əlaqələndirilmiş şəkildə davam edəcək. Zəngəzur dəhlizi və ərazi bütövlüyü məsələlərində Azərbaycanla tam koordinasiya saxlanılır. “Bir millət, iki dövlət” prinsipi bu qərarlara yön verir”.

Orxan

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:157
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 24 İyun 2025 20:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see201

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see187

Zelenski sabah Ukrayna nümayəndə heyətinin ABŞ da danışıqlarla bağlı tam hesabat təqdim edəcəyini bildirib

23 Dekabr 2025 00:22see182

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see168

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see162

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see151

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see150

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see149

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see146

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see145

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see144

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see143

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see139

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see138

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see136

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see135

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see134

Gürcüstanın Baş naziri İrakli Kobaxidze İlham Əliyevi təbrik edib

22 Dekabr 2025 21:55see133

Latviya Belarusla sərhəddə gücləndirilmiş mühafizə rejimini uzadır

23 Dekabr 2025 04:27see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri