Icma.az
close
up
RU
Menu

Qubadlıya hələ köç olmayıb, amma Bakıdakı məktəbləri bağlanır ETİRAZ

“Ümid edirəm ki, yaxşı nəticə əldə edəcəyik” Mikels

Bakı və Belqrad birgə şirkət yaradır Saziş imzalanacaq

Bakı II Beynəlxalq İnvestisiya Forumu astanasında

MİDA modeli: əlçatan mənzildən təhlükəsiz seçimə

535 mənzil “Güzəştli mənzil” sistemində satılıb BİRGƏ MƏLUMAT

Əməkhaqqı artımı səhiyyə sistemində çalışanların sosial vəziyyətinin yaxşılaşdırılması baxımından mühüm addımdır

Açıq MRT: Qapalı məkan qorxusu (klaustrofobiya) olan xəstələr üçün rahat və təhlükəsiz müayinə

Mahsun Kırmızıgül: 12 yaşımdan bu günə kimi anama verdiyim sözü tutdum

“Təbii xına” adı ilə dərinizə nə çəkirlər? Müvəqqəti tatunun gizli TƏHLÜKƏSİ

El Nino çox güclü gəlir iqtisadiyyat daxil dünyanı sarsıdacaq BMT dən XƏBƏRDARLIQ

Səhiyyədə insan kapitalının gücləndirilməsi Əməyə verilən dəyər VİDEO

​Ermənistan OPEC dən borc aldı Büdcə kəsirini bağlamaq üçün

Məşhur aktyora 12 ilədək həbs tələb edildi

Lənkəranda illərdir təmir olunmayan yol VİDEO

Vens: Çin ABŞ nin İrana qarşı iqtisadi müharibə tələblərinə cavab verib

Yuxusuz qalanlar bunu mütləq bilməlidir

Real ın Çempionlar Liqası heyəti fransalı müdafiəçi kənarda qaldı

Orqanlarını qanunsuz satan şəxsləri 9 min manatadək cərimə gözləyir

Gömrükdə yeni qayda: İdxalçılar üçün əlavə xərc yaranacaq?

Paşinyanın milli lampa sı Şərh

Paşinyanın milli lampa sı Şərh

Icma.az, Azvision portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Azərbaycan və İran arasında gərginliyin artmasından demək olar ki, dərhal sonra Ermənistanın baş naziri Nikol Pashinyan Samvel Karapetyana məxsus “Tashir Group” şirkətinin idarəçiliyində olan “Ermənistan Elektrik Şəbəkələri”nin milliləşdirilməsi prosesinə başlanıldığını elan edib.
Yeri gəlmişkən, “Güclü Ermənistan” partiyasının lideri Samvel Karapetyan barəsində həbs qətimkan tədbirinin müddəti uzadılıb. Karapetyan dekabr ayından ev dustaqlığındadır və ona qarşı təqib artıq 9 aydır davam edir. Üstəlik, onun vəkili Ruben Hakobyan da martın 6-da saxlanılıb.
Qeyd edək ki, Samvel Karapetyan Ermənistanda Rusiyapərəst mövqeyi ilə seçilən azsaylı biznesmenlərdən biri hesab edilirdi.
Paşinyanın onu həbs etməsi Ermənistanın Rusiya ilə iqtisadi əlaqələri azaltmaq kursunun qəti olduğunu göstərən addım kimi qiymətləndirilir. Bu baxımdan elektrik şəbəkələrinin milliləşdirilməsi söhbətindən sonra Ermənistanın baş nazirinin yenidən dəmir yolları mövzusuna qayıtması heç də təəccüblü deyil.
Martın 6-da keçirilən brifinqdə Nikol Paşinyan bildirib ki, Ermənistan ölkənin dəmir yollarının idarə olunması ilə bağlı Rusiya ilə aparılan müzakirələrin konkret qərarlarla nəticələnəcəyinə ümid edir.
“Bu məsələdə kəskin mübahisələrə yol vermək lazım deyil. Danışaraq razılığa gəlmək lazımdır. İstər dövlətlərarası münasibətlərimiz, istərsə də şəxsi münasibətlərimiz belə yanaşmanı tələb edir. Danışıqlar sakit və dostluq atmosferində aparılmalıdır” , – deyə Pashinyan qeyd edib.
Bununla yanaşı, o vurğulayıb ki, əgər Rusiya dəmir yollarının statusunu dəyişdirmək üçün birtərəfli addımlar atarsa, İrəvan buna sərt reaksiya verəcək.
“Əgər Ermənistana qarşı qəbuledilməz addımlar atılarsa, müqaviləni ləğv edə bilərik” , – deyə baş nazir bildirib.
Ermənistanla Rusiya arasında narazılıqlar bununla məhdudlaşmır.
Belə ki, İranın Naxçıvana hücumu fonunda Rusiyanın Gümrüdə yerləşən hərbi bazası ətrafında da gərginliyin artdığı barədə məlumatlar yayılıb.
Bildirilir ki, Ermənistan komandanlığı hava hücumundan müdafiə sistemlərinin fəaliyyətini gücləndirmək barədə göstəriş verib. Eyni zamanda Rusiya hərbi personalı ilə əməkdaşlıqdan imtina edib və danışıqları yalnız erməni dilində apararaq ruslara kommunikasiya çətinliyi yaradıb.
Bəzi rus müşahidəçilərinə görə, Gümrüdə yeni təxribat hazırlana bilər ki, bunun da məqsədi bir tərəfdən ölkədə Rusiyanın hərbi mövcudluğu məsələsini kökündən bağlamaq , digər tərəfdən isə Ermənistan ərazisini anti-İran qüvvələrinin fəaliyyəti üçün açmaq ola bilər.
Pashinyan vətəndaşlara "ABŞ-ın dəstəyi ilə elektrik enerjisi sahəsində həyata keçiriləcək layihələrin ölkəyə firavan gələcək vəd edir" deməsi, son zamanlar Ermənistanda Ukrayna nömrə nişanlı yük maşınlarının sayının artması da Rusiya tərəfini qıcıqlandıran məqamlardandır. Rusiyada onun yürütdüyü siyasətin Ermənistanı yeni Ukraynaya çevirə biləcəyini düşünənlər də az deyil.
Bəzi ekspertlər hesab edirlər ki, Paşinyanın siyasəti Ermənistanı geosiyasi qarşıdurmanın yeni meydanına çevirə bilər. Bu kontekstdə həmçinin qeyd olunur ki, əgər Ermənistan ərazisində İrana qarşı təhlükə yaradan addımlar atılarsa, ölkədə yerləşən Metsamor Atom Elektrik Stansiyası potensial hədəflərdən birinə çevrilə bilər . Bu isə bütövlükdə region üçün ciddi risk yaradır.
Səbinə Həsənova
AzVision.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:156
embedMənbə:https://azvision.az
archiveBu xəbər 07 Mart 2026 11:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qubadlıya hələ köç olmayıb, amma Bakıdakı məktəbləri bağlanır ETİRAZ

04 Sentyabr 2026 13:42see318

“Ümid edirəm ki, yaxşı nəticə əldə edəcəyik” Mikels

04 Sentyabr 2026 01:56see263

Bakı və Belqrad birgə şirkət yaradır Saziş imzalanacaq

03 Sentyabr 2026 19:59see232

Bakı II Beynəlxalq İnvestisiya Forumu astanasında

04 Sentyabr 2026 12:14see223

MİDA modeli: əlçatan mənzildən təhlükəsiz seçimə

04 Sentyabr 2026 20:01see219

535 mənzil “Güzəştli mənzil” sistemində satılıb BİRGƏ MƏLUMAT

04 Sentyabr 2026 22:42see217

Əməkhaqqı artımı səhiyyə sistemində çalışanların sosial vəziyyətinin yaxşılaşdırılması baxımından mühüm addımdır

04 Sentyabr 2026 11:43see216

Açıq MRT: Qapalı məkan qorxusu (klaustrofobiya) olan xəstələr üçün rahat və təhlükəsiz müayinə

04 Sentyabr 2026 14:16see206

Mahsun Kırmızıgül: 12 yaşımdan bu günə kimi anama verdiyim sözü tutdum

04 Sentyabr 2026 16:50see206

“Təbii xına” adı ilə dərinizə nə çəkirlər? Müvəqqəti tatunun gizli TƏHLÜKƏSİ

04 Sentyabr 2026 21:06see203

El Nino çox güclü gəlir iqtisadiyyat daxil dünyanı sarsıdacaq BMT dən XƏBƏRDARLIQ

04 Sentyabr 2026 14:37see198

Səhiyyədə insan kapitalının gücləndirilməsi Əməyə verilən dəyər VİDEO

04 Sentyabr 2026 08:47see194

​Ermənistan OPEC dən borc aldı Büdcə kəsirini bağlamaq üçün

03 Sentyabr 2026 20:18see193

Məşhur aktyora 12 ilədək həbs tələb edildi

04 Sentyabr 2026 16:47see190

Lənkəranda illərdir təmir olunmayan yol VİDEO

05 Sentyabr 2026 00:00see188

Vens: Çin ABŞ nin İrana qarşı iqtisadi müharibə tələblərinə cavab verib

04 Sentyabr 2026 04:53see179

Yuxusuz qalanlar bunu mütləq bilməlidir

04 Sentyabr 2026 17:31see171

Real ın Çempionlar Liqası heyəti fransalı müdafiəçi kənarda qaldı

04 Sentyabr 2026 02:22see170

Orqanlarını qanunsuz satan şəxsləri 9 min manatadək cərimə gözləyir

04 Sentyabr 2026 16:01see168

Gömrükdə yeni qayda: İdxalçılar üçün əlavə xərc yaranacaq?

04 Sentyabr 2026 22:02see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri