Icma.az
close
up
RU
Paşinyanın Moskva səfəri gözlənilən nəticəni vermədi ŞƏRH

Paşinyanın Moskva səfəri gözlənilən nəticəni vermədi ŞƏRH

Icma.az bildirir, Sherg.az portalına istinadən.

Ermənistanın Rusiya ilə fikir ayrılıqlarının qalması iki ölkə arasında etimad böhranının dərinləşdiyini göstərən siqnallardan biridir

Ermənistanın Baş naziri Nikol Paşinyanın Rusiyaya son səfərinin gözlənilən nəticəni vermədiyi bildirilir. Erməni mətbuatının iddiasına görə, səfərdən sonra hökumət dairələrində narahatlıq artıb və Moskva ilə münasibətlərdə problemlərin davam etdiyi müzakirə olunur.

"Hraparak" qəzetinin məlumatına görə, iyulun 6-da Yekaterinburqda keçirilən beynəlxalq sənaye sərgisində iştirak etmək üçün yola düşən və səfərin təşəbbüskarı olan Nikol Paşinyan Moskvanı inandıra və ixrac məsələsini həll etmək üçün verdiyi açıq vədi yerinə yetirə bilməyib. Xatırladaq ki, seçkilərdən əvvəl o, cəsarətlə Moskvaya gedəcəyinə və bütün məsələlərin bir neçə gün ərzində öz yerini tapacağına söz vermişdi.

Sherg.az-a bildirib ki,  Nikol Paşinyanın Moskvaya son səfərinin Ermənistanın gözləntilərini tam doğrultmaması və xüsusilə ixrac problemlərinin həlli istiqamətində konkret nəticələrin əldə olunmaması İrəvan-Moskva münasibətlərində mövcud fikir ayrılıqlarının hələ də davam etdiyini göstərir: "Bununla belə, bu vəziyyəti Ermənistanın artıq qəti şəkildə geosiyasi seçim etməyə məcbur qalması kimi qiymətləndirmək hələ tez olardı. Çünki Ermənistan hazırda həm Rusiya ilə ənənəvi münasibətlərini qorumağa, həm də Avropa İttifaqı və ABŞ-la əməkdaşlığı genişləndirməyə çalışdığı mürəkkəb çoxvektorlu siyasət yürüdür.

Son illərdə Ermənistanın Avropa İttifaqı və ABŞ-la münasibətlərini əhəmiyyətli dərəcədə intensivləşdirməsi, təhlükəsizlik və iqtisadi əməkdaşlıq formatlarını genişləndirməsi faktdır və bu Moskvanın narahatlığını artıran əsas amillərdir. ABŞ və Ermənistan arasında TRIPP layihəsi üzrə əldə olunan razılaşmalar da Rusiyada Cənubi Qafqazda təsir imkanlarının zəifləməsi kimi qiymətləndirilir. Ermənistan isə bu layihəni ölkənin suverenliyi qorunmaqla regional nəqliyyat və iqtisadi inteqrasiyanı gücləndirəcək təşəbbüs kimi təqdim edir.

Moskvanın İrəvana müxtəlif istiqamətlərdə təzyiq imkanlarının qalması da reallıqdır. Ermənistanın enerji təminatının əhəmiyyətli hissəsi Rusiyadan asılıdır, ölkədə Rusiya hərbi bazası fəaliyyət göstərir, iqtisadi əlaqələr, xüsusilə əmək miqrasiyası və pul köçürmələri Ermənistan iqtisadiyyatı üçün hələ də mühüm rol oynayır. Bundan əlavə, Ermənistan ixracının əhəmiyyətli hissəsi Avrasiya İqtisadi Birliyi bazarına yönəlir. Belə şəraitdə Rusiya iqtisadi və siyasi alətlər vasitəsilə İrəvana təsir imkanlarını tam itirməyib".

Politoloq qeyd edib ki, Ermənistan tədricən də olsa xarici siyasətini diversifikasiya etməyə çalışır:

"Avropa İttifaqı ilə siyasi dialoqun genişlənməsi, ABŞ ilə strateji əməkdaşlığın dərinləşdirilməsi və yeni regional kommunikasiya layihələrinə maraq İrəvanın yalnız bir geosiyasi mərkəzdən asılı qalmaq istəmədiyini nümayiş etdirir. Lakin bu da, Rusiyadan tam uzaqlaşmaq anlamına gəlmir. Ermənistan rəhbərliyi mümkün qədər balansı qorumağa çalışır və Moskva ilə münasibətlərin tam qırılmasının iqtisadi və təhlükəsizlik baxımından ciddi risklər yarada biləcəyini anlayır. Çünki Ermənistan hələ ki, Rusiya asılılığından qurtarmaq üçün alternativləri formalaşdırmağı bacarmayıb. 

Avrasiya İqtisadi Birliyindən çıxmaq məsələsinə gəldikdə isə, hazırkı mərhələdə bunun yaxın perspektivdə reallaşması yüksək ehtimal kimi görünmür. Ermənistanın xarici ticarətinin mühüm hissəsi Aİİ ölkələrinin payına düşür, logistika və gömrük mexanizmləri bu bazara inteqrasiya olunub. Belə bir qərar qısa müddətdə Ermənistan iqtisadiyyatı üçün əlavə xərclər və yeni uyğunlaşma problemləri yarada bilər. Bundan başqa, Aİ və ABŞ Ermənistanla əməkdaşlığı genişləndirsələr də, hələlik Aİİ bazarını tam əvəz edə biləcək iqtisadi mexanizmlər formalaşmayıb.

Odur ki, Paşinyanın Moskva səfərinin gözlənilən nəticəni verməməsi və Rusiya ilə fikir ayrılıqlarının qalması iki ölkə arasında etimad böhranının dərinləşdiyini göstərən siqnallardan biridir. Lakin bunu Ermənistanın artıq qəti geosiyasi seçim etdiyini söyləmək üçün kifayət qədər əsas hesab etmək düzgün olmazdı. Düşünürəm ki, İrəvan yaxın illərdə də balanslaşdırılmış xarici siyasət kursunu davam etdirməyə çalışacaq. Avrasiya İqtisadi Birliyindən çıxmaq isə yalnız iqtisadi alternativlər kifayət qədər gücləndiyi, təhlükəsizlik təminatları yenidən formalaşdığı halda mümkün ola bilər. Hazırkı şəraitdə belə bir addım siyasi baxımdan mümkün müzakirə mövzusu olsa da, praktiki baxımdan hələlik real görünmür".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:116
embedMənbə:https://sherg.az
archiveBu xəbər 10 İyul 2026 13:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see313

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see313

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see312

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see306

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see289

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see287

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see273

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see269

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see264

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see262

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see259

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see257

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see256

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see252

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see250

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see240

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see236

Qan qrupu immunitetə nə dərəcədə təsir edir?

20 Noyabr 2026 13:53see229

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see209

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri