Icma.az
close
up
RU
Paşinyanın “kəşfiyyat” səfəri

Paşinyanın “kəşfiyyat” səfəri

Xalq qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Yaxud hayların Qərbə inteqrasiya siyasətinə “sadiqlik”də kilsə riyakarlığlı

Ermənistan hakimiyyətinin Ağ evin yeni sahibinin Cənubi Qafqazla bağlı yürüdəcəyi siyasətlə bağlı ciddi narahatlığının olduğu məlumdur. Elə İrəvanın gethagetdə Bayden administrasiyası ilə “strateji əməkdaşlıq xartiyası” imzalaması faktı dolayısı ilə bu narahatlığından irəli gəlmişdir. Elementar diplomatik məntiqə görə, əgər rəsmi İrəvan Vaşinqtondakı yeni komandanın Ermənistanla normal münasibətlərə maraq göstərəcəyinə əmin olsaydı, bu halda həmin “xartiya”nı Donald Tramp administrasiyası ilə imzalayardı. Bunun üçün cəmi üç gün səbr etmək lazım idi.

Deməli, Paşinyan iqtidarının beynində okeanın o tayındakı “strateji müttəfiqi” ilə bundan sonra necə davranacağı yönündə qeyri-müəyyənlik var. Aşkar görünən odur ki, respublikaçıların Dövlət Departamenti Cənubi Qafqaza sabiq direktor Antoni Blinken qədər maraq göstərməyəcək. Hələlik ABŞ-ın 47-ci Prezidenti bizim bölgə ilə bağlı heç bir açıqlama verməyib. Paşinyanın özünün mətbuat konfransında verdiyi açıqlamasına görə, Vaşinqtona səfəri çərçivəsində Prezident Donald Trampla görüşü planlaşdırılmır. Erməni mediası xəbər verir ki, bu barədə Paşinyanın özü mətbuat konfransında bildirib: “ABŞ Prezidenti ilə görüş planlaşdırılmır, hazırda proqramımızda belə bir məqam yoxdur. Amma bu, son dərəcə vacib bir səfərdir”.

Maraqlıdır ki, bir müddət bundan əvvəl erməni mediası Nikol Paşinyanın ABŞ-a səfərini təşkil etmək və Donald Trampla görüşə razılıq alması üçün XİN başçısı Ararat Mirzoyana göstəriş verdiyini yazmışdı. Həmin yazıda iddia edilirdi ki, Mirzoyan bu məsələni artıq vəzifəsini təhvil verən Dövlət katibi Antoni Blinkendən xahiş edib. Sonuncu isə bu görüşü təşkil edəcəyinə söz veribmiş. Açıq qalan sual odur ki, respublikaçı Prezident Tramp demokrat və Dövlət Departamentinin eks-rəhbəri Blinkenin xahişini nəzərə alacaqmı?

* * *

Xatırladaq ki, dünən Nikol Paşinyan və xanımı Anna Akopyan Din Azadlığı üzrə 5-ci İllik Beynəlxalq Sammitdə, həmçinin “Milli dualarla səhər yeməyi” tədbirində iştirak etmək üçün Vaşinqtona gedib. İşgüzar xarakter daşıyan bu səfərin hansı alt niyyətlərə xidmət edəcəyini güman edə bilərik.

Nikol Paşinyanın sözlərinə görə, o, komandası ilə məsləhətləşdikdən sonra bu tədbirdə mütləq iştirak etməli olduğu qənaətinə gəlib. Onun “Milli dualarla səhər yeməyi”ndə çıxış edəcəyi də gözlənilir. Fevralın 7-dək davam edəcək səfər əsnasında Ermənistan baş nazirinin Ağ evin yeni administrasiyası ilə müəyyən təmaslar yaratmaq, dəyirmi kabinetdəki yeni ab-havanı, münasibətlərin mümkün perspektivini öyrənmək üçün kəşfiyyat xarakteri daşıdığını söyləmək olar. Sadəcə olaraq, bu zaman bir incə nüansı vurğulamaq vacibdir: Diplomatik addımların səmərəliliyi və effektivliyi son nəticə ilə qiymətləndirilir. Çox güman ki, bu barədə heç Paşinyanın özündə aydın təsəvvür yoxdur. Antoni Blinkenin rəhbərlik etdiyi Dövlət Departamenti Cənubi Qafqazda hansı mübət nəticələrə nail oldu? Ermənistan onun ikitərəfli siyasətindən nə əldə etdi? Mənzərə göz qabağındadır: nə iki ölkə arasında sülh müqaviləsi bağlanıb, nə də bölgədə geosiyasi rəqabət səngiyib. Avropa– Rusiya–İran üçbucağında fikir ayrılıqları və mövqelərin toqquşduğu nöqtələr hələ də qalmaqdadır. İrəvan isə yenə eyni vaxtda bir neçə stulda oturmaq vərdişindən əl çəkmək istəmir...

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi icmalçı Elxan Şahinoğlu Nikol Paşinyanın Birləşmiş Ştatlara “işgüzar” adlandırdığı səfəri ilə bağlı XQ-yə bunları bildirdi: “Sadəcə, orası maraqlıdır ki, bir dövlətin baş naziri rəsmi dəvət olmadan başqa bir ölkəyə işgüzar səfərinin hansı əhəmiyyəti ola bilər? Dini konfransda iştirak edəcəyini açıqlayıb. Əlbəttə, onun müşavirləri Vaşinqtonda rəsmi səviyyədə müəyən görüşləri təşkil etməyə çalışacaqlar. Ağ evdə rəsmi qəbul nəzərdə tutulmasa da, Dövlət katibi, onun müavini, yaxud Konqresdə hansısa komitə sədri ilə görüşünə şərait yaratmaq cəhdləri ola bilər. Belə təşəbbüslərin ABŞ-dakı erməni lobbisi tərəfndən ediləcəyi ehtimalı yüksək deyil. Çünki bu ölkədəki hay lobbisinin Paşinyana münasibəti birmənalı deyil. Düzdür, ona dəstək verənlər də var, amma onların sayı baş naziri xoşlamayanların sayından xeyli azdır. Səbəb də aydındır. Nikol Paşinyanın Qarabağ da daxil olmaqla Azərbaycanın ərazi bütövlüyünü tanımasının, Türkiyə ilə intensivləşən dialoqunun erməni lobbisinin ürəyincə olmadığı şəksizdir. Ona görə ki, erməni lobbisinin xəstə təfəkkürü Ermənistanın Azərbaycanı və Türkiyəni düşmən obrazında görməsini diktə edir. Nə sülh sazişi imzalanmalıdır, nə də bu istiqamətdə danışıqlar aparılmalıdır. Paşinyanın məntiqinə görə, Vaşinqtona səfərini əhəmiyyətli edən amil rəsmi İrəvanın xarici və təhlükəsizlik siyasətini şaxələndirməsidir. Buraya Rusiya ilə təmasları daha da uzaqlaşdırmaq da daxildir. Bundan ötrü Ermənistan hakimiyyəti həm Avropadan, həm də ABŞ-dan dəstək almağa çalışır. Əgər buna bənzər beynəlxalq dini konfrans Moskvada keçirilsəydi, inanmaq çətindir ki, Paşinyan həmin tədbirə gedər və orada çıxış edərdi. Amma, o, Vaşinqtonda rəsmi səviyyədə qəbul olunmayacığını bilərək, hansısa adi bir tədbirə yola düşür və bununla Rusiyaya mesaj göndərir. Yəni Ermənistan ABŞ-la müxtəlif istiqamətlərdə əməkdaşlığı genişləndirmək istəyir”.

* * *

Bəli, İrəvan Rusiyadan tamam qopmaq və Qərbə inteqrasiya siyasətinə “sadiqliyini” nümayiş etdirməkdən ötrü bütün vasitələrə əl atır. İntəhası, Paşinyan hakimiyyəti özünün bu siyasətinin Qərbə inteqrasiya ilə nəticələnəcəyinə əmin deyil. Axı Ermənistan hakimiyyəti üçün Zelenskinin son bəyanatları və NATO-ya üzvlüklə bağlı ümidsizliyi çox şeylərdən xəbər verir. Qərb uzun müddət idi ki, Şimali Atlantika Alyansına üzv olacağı ilə bağlı Kiyevə söz verirdi. Axırı nə oldu? Kiyev Moskvaya qarşı açıq hərbi münaqişəyə təhrik edildi və hazırda Ukrayna qarşısında heç bir aydın perspektiv görmür. Məgər, bu, Qərbin postsovet məkanındakı respublikalara qarşı yürütdüyü qərəzli və məkrli siyasətinin bariz nümunəsi deyilmi?

İndi İrəvan “strateji müttəfiqinə” hansı diplomatik bucaq altında və necə yanaşacağı üzərində baş sındırmaqdadır. Bob Menendez qalmaqalından və biabırçılığından sonra ABŞ-dakı erməni lobbisinin qanunverici orqanda pulla, bahalı hədiyyələrlə şirnikləndirmək yolu ilə öz tərəflərinə çəkmək üçün senator və konqresmenlər arasından seçim şansı xeyli daralıb. Erməni əsilli arvadının felinə uyan və 71 yaşında 11 il həbsxana cəzası alan Menendezin acı aqibəti digərlərinə də dərs olmalıdır.

Paşinyanın ABŞ-a səfəri ilə bağlı diqqət yetirilməyə layiq başqa bir məqam da var. Ermənistanın rəsmi təbliğat maşını bu səfəri Ağ evdəki yeni administrasiyanın dəstəyini qazanmağa hesablanmış addım kimi ictimai rəyə sırımağa çalışsa da, hayların müstəqil və müxalif mövqeli ekspertləri bunun belə olmadığını iddia edirlər. Üzdə görünən odur ki, hayların baş naziri, faktiki olaraq, ABŞ-a beynəlxalq dini konfransda iştirak etməkdən ötrü gedib. Amma məsələ ondadır ki, həmin sammit artıq 5-ci dəfədir keçirilir və bugünədək tədbirdə, demək olar ki, heç bir ölkənin lideri iştirak etməyib. Sammitlə bağlı o da xüsusi vurğulanır ki, 2019-cu ildə, Donald Trampın birinci prezidentliyi dövründə yaradılan bu format Çinə qarşı qurulub. Yəni hay ekspertləri bildirirlər ki, bu səfərin Ermənistana heç nə verməyəcəyi bir yana, əksinə, rəsmi İrəvan Çinin timsalında özünə daha bir düşmən qazanmış olacaq. Həm də dünyanın ən nəhəng düşmənini!

Ermənistanın tarixən kilsə tərəfindən idarə edildiyini yazmışdıq. Fəqət, 2018-ci ildə hakimiyyətə gələn Nikol Paşinyanın kilsə ilə açıq qarşıdurmaya getməsinin, bu “tarixi Qriqorian ənənəsi”ni sındırmağa yönəlik addımlarının şahidi olduq. Amma buna baxmayaraq, yeri gələndə rəsmi İrəvanın din amilindən, diaspor və lobbiçilərin də dəstəklədiyi kilsədən yararlanmaq cəhdləri də az olmayıb. Bu gün biz baş nazir Paşinyanın ifasında düşünülmüş növbəti “dini tamaşaya” baxırıq. Erməni diasporunun kilsə ilə daim eyni platformadan çıxış etdiyini nəzərə alsaq, İrəvanın məhz bu amilə söykənərək xarici siyasətində korrektələrə vadar olduğunu söyləmək mümkündür. Onun Qərbə inteqrasiya siyasi kursuna “sadiqliyini” sübut etməkdən ötrü dini riyakarlıq alətinə çevirməkdən çəkinməməsi başadüşüləndir. Amma Paşinyan “real Ermənistan” deyəndə həm də kilsənin ölkənin idarəçiliyinə müdaxiləsinin yolverilməz olduğunu nəzərdə tutur.

İmran BƏDİRXANLI
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:88
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 04 Fevral 2025 09:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Araz Bağırovun ardınca Difai ni 2 futbolçu da tərk etdi

01 Sentyabr 2025 22:59see200

Moskvada müəllim şantaja görə həbs olundu

02 Sentyabr 2025 04:00see187

2025 ci ilin ən sülhsevər ölkəsi bu ölkə oldu

01 Sentyabr 2025 23:20see178

Putinin “təhlükəsizlik” mesajının gizli tərəfləri: Kreml rəhbərinin əsl hədəfi kimlərdir? KONKRET

01 Sentyabr 2025 17:32see172

Dövrün bəlası: xroniki yorğunluq sindromu

02 Sentyabr 2025 12:28see161

Şirvanda toyda kütləvi dava 2 nəfər həbs edildi

02 Sentyabr 2025 02:01see156

Avropa Komissiyası: Gürcüstanın cavabı alınıb, qiymətləndiriləcək

01 Sentyabr 2025 19:54see139

Suriya son 14 ildə ilk dəfə neft ixrac etdi

02 Sentyabr 2025 01:54see135

“Nüvə məsələsi üçün diplomatik pəncərə açıqdır”

02 Sentyabr 2025 02:31see132

İranın Azərbaycandakı səfirliyinə bir neçə XATIRLATMA VİDEO

02 Sentyabr 2025 20:43see131

Ər arvad bir birinə psixi pozğunluq yoluxdura bilərlər Təsir nəsillərə ötürülür

02 Sentyabr 2025 05:47see130

“Bu səfər ölkəmizin beynəlxalq mövqelərini gücləndirməsinə kömək olacaq”

02 Sentyabr 2025 09:30see129

“Pezeşkian ŞƏT sammitində fərqlənib: ABŞ dollarına qarşı “ağıllı gediş“ və gözlənilməz jest“ “Tasnim“ agentliyi

01 Sentyabr 2025 22:57see126

Fransanın Marsel şəhərində bıçaqlı hücum baş verib

03 Sentyabr 2025 00:00see125

Kraliça Kamillanı dabanlı ayaqqabısı xilas edib Maraqlı hadisə

02 Sentyabr 2025 04:45see124

Ramzan Kadırova qiyabi ittiham irəli sürülüb

02 Sentyabr 2025 10:42see124

Xaçmazın Palıdlı kəndində anidən şiddətli YANĞIN BAŞLAYIB FOTO

01 Sentyabr 2025 21:50see123

Quehi “Liverpul” yolunda

01 Sentyabr 2025 18:56see123

Britaniya Fələstin dövlətini tanıyacaq

01 Sentyabr 2025 22:52see121

“Tyançjin Bəyannaməsi” qəbul olunub ŞƏT bütün münaqişələri pislədi, amma...

01 Sentyabr 2025 14:46see118
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri