Icma.az
close
up
RU
Paşinyanın Altay səfəri...

Paşinyanın Altay səfəri...

Yeniazerbaycan saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Ermənistanın baş naziri səfər zamanı
Zəngəzur dəhlizini müzakirə edib?
Ermənistanda Paşinyan hökumətinin Rusiyadan üz döndərərək Qərbə meyl etməsi yeni məsələ deyil. Bütün dünya bilir ki, Paşinyanın hakimiyyətə gətirilməsi Sorosun layihəsi olub. İndiyədək rəsmi İrəvanın yürütdüyü siyasət Moskva tərəfindən xoş qarşılanmır. Çünki Rusiya Cənubi Qafqazda özünün forpostu olan Ermənistanı itirməkdən ciddi narahatdır. Digər tərəfdən, “rus NATO”su olan KTMT-nin gələcəyinin sual altına düşməsi narahatlığı da Moskvanı İrəvana qarşı müəyyən addımlar atmağa sövq edir. Çünki Ermənistanın KTMT-dən uzaqlaşması yaxın gələcəkdə presedent yarada bilər ki, bu da təşkilat üçün yaxşı heç nə vəd etmir.
Qərb, yoxsa Rusiya?
Nəzərə alaq ki, İrəvanın xarici siyasəti ziddiyyətlidir. Paşinyan hakimiyyəti Rusiyaya bağlı beynəlxalq tədbirlərdə iştirakdan gah imtina edir, gah da əksinə. Guya, erməni hökuməti bununla balanslı xarici siyasət həyata keçirdiyini nümayiş etdirməyə çalışır. Əslində isə, bu qeyri-müəyyən bir siyasətdir. Məlumdur ki, bu yaxınlarda mətbuat konfransı keçirən N.Paşinyan Rusiya ilə münasibətlərin heç vaxt əvvəlki kimi olmayacağını bəyan edərək demişdi: “Amma bu, o demək deyil ki, bizim münasibətlərimiz pis olmalıdır. Təbii ki, Rusiyanın bu və ya digər planlarına dair müəyyən siqnallar var. Açığını desəm, mən bu cür söz-söhbətlərə və qiymətləndirmələrə inanmağa meyilli deyiləm, amma hər hansı problem yaranarsa, biz onları rusiyalı tərəfdaşlarımızla müzakirə edəcəyik, həll yollarını tapmağa çalışacağıq”.
Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına gəlincə, Paşinyan deyib ki, Ermənistanın KTMT-dən çıxmaq ehtimalı bu təşkilatda iştirakını bərpa etməsindən daha yüksəkdir. Belə bəyanatların ardınca, Paşinyanın Rusiyanın Altay vilayətinə səfər etməsi təəccüblü görünür. İndiyə qədər Rusiyada bundan da daha nüfuzlu tədbirlərdə iştirakdan imtina edən Nikolun  niyə Altaya səfər etməsi suallar doğurur. Bu səfər ilk növbədə seçki ərəfəsində Qərblə yaxınlaşmanın yaratdığı riskləri balanslaşdırmağa xidmət edir. Belə ki, kilsə və Karapetyana qarşı addımlar artıq Moskvanın qəzəbinə səbəb olub. ABŞ və Avropa İttifaqı ilə əlaqələrin daha da dərinləşməsi Kremlin “səbr kasası”nı daşıra, daha sərt addımlar atmağa vadar edə bilər. Erməni baş nazir yaxşı anlayır ki, Rusiyadan iqtisadi və enerji baxımından tam asılı vəziyyətdədir. Eyni zamanda, xarici ticarəti də Avrasiya İqtisadi İttifaqından, dolayı yolla birbaşa Rusiyadan asılıdır. Təsadüfi deyil ki, Moskva ilə kilsə və Samvel Karapetyana, konkret olaraq, Kremlin təsir rıçaqlarına görə yaranan gərginlik xarici ticarətə ciddi zərbə vurur.

Aİ-yə üzv olmaq istəyən İrəvan Aİİ-ni tərk etməlidir

Səfər ərəfəsində erməni mediası yazırdı ki, N. Paşinyanın əsas məqsədi Rusiyanın baş naziri ilə Zəngəzur dəhlizini müzakirə etməkdir. Yəni, bu məqsəd üçün Paşinyan Altaya səfər edib. Məlumdur ki, Ermənistanın Avropaya inteqrasiya yolu Aİİ-dən çıxmaqdan keçir.  İndiki halda, Avropa İttifaqının bazarı Ermənistan üçün bağlıdır. Standartlar, rəqabət bu bazara girişi mümkünsüz edir. Logistika sahəsində də Aİ ilə ortaq nöqtə yoxdur. Bu yöndə Avropaya yeganə qapı Zəngəzur dəhlizindən keçir. Rusiya Baş naziri Mixail Mişustinlə görüş keçirən, ticari-iqtisadi əməkdaşlığı, Ermənistanda Rusiya investisiyasını müzakirə edən Paşinyan, çox güman ki, Zəngəzur dəhlizini diqət mərkəzində saxlayıb. Erməni mediası yazır ki, Mişustin görüş zamanı iki ölkə arasında ticarət dövriyyəsinin azalmasından, Aİ-yə uyğunlaşdırılan normativ-hüquq sahəsində dəyişikliklərdən narazılıq edib. Çünki bu dəyişikliklər Aİİ standartları ilə ziddiyyət təşkil edir. Əslində, bu, Mişustinin sərt xəbərdarlığı kimi qəbul edilməlidir. Çünki dəfələrlə Rusiya rəsmiləri xəbərdarlıq ediblər ki, Avropa inteqrasiyası Ermənistanın Aİİ-dən çıxması deməkdir. Bu isə erməni iqtisadiyyatının məhvi mənasına gəlir.
Paşinyan Azərbaycanla Türkiyənin şərtlərini yerinə yetirməlidir
Digər tərəfdən,  Paşinyan Moskvanın Zəngəzur dəhlizi və seçkilərlə bağlı nəbzini yoxlamaq niyyətindədir. Baş nazirin bu səfərdən əvvəl Eçmiədzinə hücuma hazırlaşdığı, katolikos seçimləri barədə açıqlamaları da təsadüfi deyil. Təbii ki, Rusiya Zəngəzur dəhlizinə nəzarəti əldən vermək istəmir. Paşinyan isə Rusiyadan uzaqlaşmağa çalışır. Lakin erməni baş nazir anlayır ki, bu, elə də asan məsələ deyil. Hakimiyyətdən devrilmək qorxusu onun Rusiya ilə nisbətən ehtiyatlı siyasət yürütməyə məcbur edir. Hələ də özünə tam güvənə bilməyən Ermənistan hökuməti, necə deyərlər odla su arasında qalıb. Çünki həm Moskva, həm də Brüssel İrəvandan öz məqsədləri naminə istifadə etməyə çalışır. Belə şərait isə Paşinyan hakimiyyəti üçün yaxşı heç nə vəd etmir. Paşinyan üçün ən doğru variant Zəngəzur dəhlizi ilə bağlı Azərbaycanla Türkiyənin mövqeyini nəzərə almaqdır. Çünki məhz bu halda Ermənistan təcriddən çıxa bilər.


N.BAYRAMLI

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:154
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 29 İyul 2025 13:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see307

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see279

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see272

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see260

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see260

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see253

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see251

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see249

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see234

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see228

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see226

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see219

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see219

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see219

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see216

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see214

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see211

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see207

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see192

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri