Icma.az
close
up
RU
Paşinyanın MTX rəhbərini niyə işdən azad edib? (ŞƏRH)

Paşinyanın MTX rəhbərini niyə işdən azad edib? (ŞƏRH)

Qaynarinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

"Nikol Paşinyanın Milli Təhlükəsizlik Xidmətinin rəhbərini işdən azad etməsi Ermənistanın təhlükəsizlik doktrinasında dəyişiklər edəcəyi anlamına gəlir".

Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Azər Qasımov Ermənistan baş naziri Nikol Paşinyanın əmrilə milli təhlükəsizlik xidmətinin direktoru Armen Abazyanın tutduğu vəzifədən azad edilməsini şərh edərkən deyib.

"Paşinyanın Qarabağ müharibəsində kapitulyasiya aktını imzalamağa bir gün qalmış Armen Abazyanı bu xidmətə rəhbər təyin etməsi böyük ehtimalla Ermənistanın 44 günlük müharibədə düşdüyü ağır durum ilə əlaqəli olub. Paşinyana artıq bəlli idi ki, vəziyyət mürəkkəbdir, ölkə daxilinə nəzarət yaxşı deyil, satqınlıq faktları, əsgərlərin fərariliyi geniş vüsət alıb və buna qarşı ciddi tədbirlər görülməlidir. Ona görə də həmin vaxt təhlükəsizlik xidmətinin rəhbərini dəyişdi", deyə Azər Qasımov bildirib.


Ekspertin fikrincə, Paşinyanın bu qərarı revanşist qüvvələrlə mübarizəni gücləndirmək məqsədi daşıyır: 

"Müharibə və ondan sonrakı ilk dövrlərdə Ermənistan üçün təhlükəsizlik prioritetləri Azərbaycanla münasibətlər idisə, indi bu Ermənistan daxilində revanşist qüvvələrin hakimiyyətə gəlməsi və onlarla mübarizə məsələsi ilə əvəz olunub. Görünən odur ki, Paşinyan da bu məqsədlə Təhlükəsizlik Xidmətinin rəhbərini dəyişib".

Azər Qasımov hesab edir ki, Paşinyan üçün seçkilər qabağı belə addımların atılması vacib məsələdir:

"Onun yerinə təyin ediləcək kadrın Ermənistanın daxili rıçaqlarının incəliklərindən dərindən xəbəri olan biri olacağı mütləqdir".

Qeyd edək ki, baş nazir Nikol Paşinyanın əmrilə Ermənistan milli təhlükəsizlik Xidmətinin rəhbəri Armen Abazyan tutduğu vəzifədən azad edilib. Müvəqqəti olaraq bu vəzifənin icrası qurum rəhbərinin müavini Andranik Simonyana həvalə edilib. Armen Abazyan 2020-ci ilin noyabrın 8-də milli təhlükəsizlik xidmətinin direktoru təyin edilmişdi.

Rüfət Sultan


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:169
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 18 İyun 2025 12:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see333

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see325

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see320

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see292

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see284

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see246

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see243

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see238

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see230

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see226

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see223

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see220

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see214

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see210

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see200

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see199

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see197

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see197

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see186

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri