Icma.az
close
up
RU
Paşinyanın müxaliflərinin yolu BAĞLANDI

Paşinyanın müxaliflərinin yolu BAĞLANDI

Cebheinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Ermənistan Seçki Məcəlləsinə fevralın 7-də irəli sürülən dəyişikliklər qüvvəyə minib. 

“Cebheinfo.az”-ın məlumatına görə, bu barədə Mərkəzi Seçki Komissiyasının sədri Vaahn Hovakimyan mətbuat konfransında açıqlama verib. Ermənistan Milli Məclisinə seçkilərlə bağlı düzəlişlərə əsasən, partiyalar üçün keçid barajı 4 faizə endirilib. 

Seçki blokları üçün isə bu limit 8 və 10 faziə qaldırılıb. Qeyd edək ki, əvvəllər partiya blokları üçün seçki barajı 7 faiz təşkil edirdi. “Maksimum üç partiyadan ibarət bloklar 8 faizlik həddi, üç və ya daha çox partiyadan ibarət bloklar isə 10 faizlik barajı aşmalıdır”,-deyə MSK sədri bildirib.

Digər dəyişiklik seçki depoziti ilə bağlıdır. Partiyalar üçün bu məbləğ 10 milyondan 7,5 milyon drama endirilib, seçki blokları üçün isə həmin vəsait 15 milyon dram müəyyən edilib. “Bu, qanunvericiliyin siyasi qüvvələrin konsolidasiyasını asanlaşdırması, oxşar ideologiyalara malik partiyaların birləşməyə daha çox meylli olması və partiyaların özlərinin daha da böyüməsi üçün edilir”,- deyə Hovakimyan əlavə edib. 

Qeyd edək ki, əvvəllər Ermənistan qanunvericiliyi üçdən çox siyasi qüvvədən ibarət seçki bloklarının yaradılmasını qadağan edirdi. Seçki Məcəlləsinə edilən dəyişikliklər bu qadağanı aradan qaldırıb. 

Lakin seçki barajının artırılması müxalifətdən olan partiya bloklarının mandat qazanmaq şansını azaldacaq. Müxalifət partiyalarının reytinq göstəricilərinin aşağı olduğunu nəzərə alsaq, hakimiyyətin alternativləri üçün 8 və 10 faizlik barajları keçmək asan olmayacaq. 

Ona görə də müxalifət partiyaları seçkilərə blok şəklində deyil, fərdi qaydada getməyə üstünlük verə bilər. Bu da müxalifət sıralarında parçalanmanı artıracaq. Rəy sorğuları hazırda parlamentdə təmsil olunan və eks-prezident Robert Köçəryana bağlı “Ermənistan” blokuna səs vermək istəyənlərin 6,8 faizdən 5 faizə düşdüyünü göstərir. 

Bu halda “Ermənistan” blokunun 8 faizlik barajı keçməsi çox çətin olacaq. Milli Məclisdə 5 ildir Robert Köçəryanı təmsil edən “Daşnaksütyun” Erməni İnqilabi Federasiyanın reytinqi isə 1 faiz civarındadır. 

Daşnaklar ayrılıqda seçkilərə getməli olsalar, ümumiyyətlə deputat yeri qazana bilməyəcəklər. Robert Köçəryanın “Daşnaksütyun” İdarə Heyətinin üzvü İşxan Saqatelyanı namizədlərin proporsional siyahısında ön sırada görmək istəyi onların yeganə ümid yeri ola bilər. 

Rusiyalı milyarder və hazırda həbsdə olan Samvel Karapetyanın liderlik etdiyi “Güclü Ermənistan” Partiyası üçün 4 faizlik barajı aşmaq daha asan olacaq. Son rəy sorğuları Samvel Karapetyanın partiyasına səs vermək istəyənlərin sayının 10 faizə yaxın olduğunu göstərir. 

Ona görə də müxalifət düşərgəsində ən çox mandat qazanmaq şansı “Güclü Ermənistan”a məxsusdur. Seçki Məcəlləsinə edilən dəyişikliklər sabiq prezident Serj Sarkisyanın tərəfdarlarından ibarət “Şərəfim var” blokunun növbəti parlamentə düşmək imkanının olmadığını deməyə əsas verir. 

Hazırda cəmi 6 deputatla təmsil olunan bu bloka sorğularda səs vermək istəyənlərin sayı 2 faizdən azdır. Ona görə də “Şərəfim var” bloku üçün 8 faizlik barajı keçmək real görünmür. Çox güman ki, Serj Sarkisyan seçkilərə bu dəfə blok şəklində deyil, sədrlik etdiyi Ermənistan Respublika Partiyası ilə gedəcək. 

Partiyanın aprel ayında keçiriləcək qurultayında baş nazirliyə Armen Aşotyanın namizədliyini irəli sürəcəyi gözlənilən Sarkisyanın sədr postundan istefa verəcəyi də istisna olunmur. 

Eks-prezidentin bu yolla 4 faizlik limiti keçməyə və hazırda liderlik etdiyi partiyaya mandat qazandırmağa çalışacağı güman edilir. Ancaq ERP-nin parlamentə düşmək ehtimalı çox aşağıdır. 

Müşfiq Abdulla 
“Cebheinfo.az”

Açar sözlər: Seçki Məcəlləsi Ermənistan

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:141
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 12 Mart 2026 12:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see297

Bazar 60 faiz kiçilib...

06 Noyabr 2026 20:51see280

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see263

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

07 Noyabr 2026 00:28see251

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see235

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see232

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see230

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see223

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see215

1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

07 Noyabr 2026 02:01see214

İcbari tibbi sığorta ilə bağlı şad xəbər...

06 Noyabr 2026 22:30see211

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see210

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see206

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see205

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see201

Qadınlar niyə 40 yaşından sonra daimi yorğunluq hiss edirlər?

06 Noyabr 2026 21:51see199

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see196

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see195

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see192

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri