Icma.az
close
up
RU
Paşinyanın qovduğu deputat Əliyevlə danışıqların detallarını SIZDIRIB

Paşinyanın qovduğu deputat Əliyevlə danışıqların detallarını SIZDIRIB

Modern.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“Baş nazir Nikol Paşinyan gəlib Azərbaycan Prezidenti Əliyevlə görüşün təfərrüatlarını bizə danışır, o, dövlət sirri olan məlumatları bizimlə bölüşür və deputat da bu danışılan hər şeyi kənarda açıqlayır. Məgər bu yaxşıdır?”.
Modern.az-ın məlumatına görə, bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan dekabrın 5-də jurnalistlərlə söhbətində hakim “Mülki müqavilə” partiyasından qovulan deputat Ovik Ağazaryanın davranışını şərh edərkən bildirib.

“Biz məlumatların haradan sızdırıldığını anlamaq üçün bir ildən çox axtarış apardıq”, - spiker əlavə edib.
Alen Simonyan deyib ki, hakim partiya bu məsələ aşkara çıxandan sonra deputatın davranışını bağışlaya bilməzdi. Çünki söhbət Ermənistanın təhlükəsizlik məsələlərindən gedir: “Məgər hər şey olduğu kimi qalmalı idimi?”.
Simonyanın sözlərinə görə, hakim partiyanın parlament fraksiyası deputat həmkarları Ovik Ağazaryanın hərəkətlərindən çox pərişan olub.


“Biz kənardan gələn məlumatları eşidən kimi sızma ilə bağlı narahat olduq. Biz sızdırmanın kim tərəfindən edildiyini bilmirdik.

Bir müddət əvvəl elə hallar olub ki, Azərbaycanla danışıqlar nəticəsiz qalıb, razılaşmaları pozduğumuz, nəsə ucadan danışdığımız, sızıntılar etdiyimiz üçün münasibətlər də pisləşib. Bundan sonra gedin sübut edin ki, bu fraksiya üzvü müsahibə verib və ya məlumatı qəsdən deyil, səhvən verib”, - spiker vurğulayıb.


Simonyan deyib ki, əgər deputat Ovik Ağazaryan utanmırsa, qoy telefonundakı məlumatı dərc etsin.
Parlamentin spikeri əmin edib ki, Ağazaryan Paşinyanın xahişi ilə mandatını tərk etsə, yenə də nəticələrdən qaça bilməyəcək.
 

“Birinin digəri ilə əlaqəsi yoxdur. Mandat xilas etmir”, - deyə o vurğulayıb.
 

Hakim “Mülki müqavilə” partiyası bir neçə gün öncə bəyan edib ki, deputat O.Ağazaryan dövlət və partiya əhəmiyyətli məlumatların sızması, eləcə də mənəvi normaların kobud şəkildə pozulması səbəbindən siyasi təşkilatdan qovulub.
Baş nazir Nikol Paşinyan Ovik Ağazaryana deputat mandatını da təhvil verməyi təklif edib, lakin o, bu təkliflə razılaşmayıb.
O.Ağazaryan deyib ki, Ermənistan parlamentində baş prokurorun onun toxunulmazlıqdan məhrum edilməsi məsələsini qaldıra biləcəyini istisna etmir.
 

“Mən bunu istisna etmirəm”, deyən erməni deputat keçmiş həmkarlarının ittihamlarını rədd edərək, hansısa məlumatı sızdırmadığını qeyd edib.
Bütün bunlardan sonra onu nələr gözlədiyini soruşduqda deputat jurnalistlərə belə cavab verib:
“Sizin və vətəndaşların təxəyyülü məni qarşıda nələrin gözlədiyini və hansı vəziyyətdə olduğumu təsəvvür etməyə kifayət etməyəcək. Amma qurban olmağa hazırlaşıram”.


O, mandatını könüllü olaraq təhvil verəcəyini istisna edib.
A.Qorxmaz

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:153
embedMənbə:https://modern.az
archiveBu xəbər 05 Dekabr 2024 15:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see487

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see438

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see338

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see288

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see279

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see275

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see270

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see263

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see245

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see237

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see229

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see223

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see221

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see217

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see212

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see208

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see207

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see195

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see187

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri