İsrail İrandakı enerji obyektlərinə zərbə endirə bilər ABŞ dən icazə istəyir...
Icma.az, Yeniavaz portalına istinadən məlumat verir.
İsrail Tehrana qarşı hərbi əməliyyatların yenidən başlayacağı təqdirdə əvvəllər hücuma məruz qalmayan İran enerji obyektlərinə zərbə endirmək üçün Vaşinqtondan icazə istəyib.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Kan” dövlət teleradio şirkəti İsrail mənbəyinə istinadla məlumat verib.
Onun sözlərinə görə, İsrail ABŞ Prezidenti Donald Trampdan Vaşinqtonun hələ icazə vermədiyi hədəflərə, xüsusən də enerji obyektlərinə zərbə endirmək üçün razılıq alacağına ümid edir.
Belə ki, çərşənbə günü ABŞ Prezidenti Donald Tramp Ohayo ştatında Respublikaçı tərəfdarları qarşısında çıxış edərkən İrana qarşı müharibəni “çox tez” bitirmək niyyətində olduğunu bildirib.
Qeyd edək ki, ABŞ və İsrail 28 fevralda İrana qarşı müharibəyə başlayıblar. İyun ayında Vaşinqton və Tehran Livan da daxil olmaqla, bütün cəbhələrdə hərbi əməliyyatların dərhal dayandırılmasını tələb edən anlaşma memorandumu imzalayıblar. Lakin 8 iyul gecəsi ABŞ Hörmüz boğazı ilə bağlı müqavilənin şərtlərini pozmaqda ittiham edərək İrana qarşı genişmiqyaslı hücumları bərpa edib. Daha sonra ABŞ administrasiyası İrana qarşı genişmiqyaslı hərbi qüvvələrin istifadəsinə faktiki olaraq son qoyduğunu və sanksiyalar vasitəsilə onu iqtisadi cəhətdən boğmaq cəhdlərinə keçdiyini bildirib.
Bu mövzuda digər xəbərlər:İsrail 2025 ci ildə İranın nüvə obyektlərinə zərbə endirə bilər
13 Fevral 2025 06:12
ABŞ İranın nüvə obyektlərinə zərbə endirə bilər
14 Aprel 2025 21:21
“Tramp İrandakı enerji obyektlərinə zərbə endirməyi nəzərdən keçirir” Axios
01 Avqust 2026 12:23
İsrail İrandakı nüvə reaktoruna belə zərbə endirdi Video
19 İyun 2025 22:39
İsrail İrandakı uzaqmənzilli raket sistemlərinə zərbə endiriləcəyini açıqladı
09 Mart 2026 12:23
Baxış sayı:84
Bu xəbər 29 Oktyabr 2026 18:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















