Hikmət Babaoğlu: “Prezidentin belə bir öhdəliyi yoxdur”
Icma.az xəbər verir, Yenisabah saytına əsaslanaraq.
"Dövlət başçıları hər hansı bir xarici ölkəyə və ya beynəlxalq tədbirə öz səfərlərini prioritet əsaslarda formalaşdırır və əvvəlcədən müəyyənləşdirilmiş protokol qrafiki üzrə hərəkət edirlər. Ona görə də oktyabr ayının 30-da Azərbaycan Prezidenti FİFA-nın yekun tədbirində iştirak edəcək, qalibləri mükafatlandıracaq və bu, əvvəlcədən protokoldan nəzərdə tutulan bir tədbirdir".
Bu sözləri "Yeni Sabah"a açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.
O bildirib ki, heç bir diplomatik qaydada zirvə görüşlərinə dövlət başçısının mütləq qatılması ilə bağlı bir öhdəlik yoxdur: pizza mizza
"Şübhəsiz ki, zirvə görüşləri kimi təsnifatlandırılan dövlət başçılarının görüşlərində dəvət olunmuş dövlət başçısının qatılması xüsusi bir mesajdır. Amma eyni zamanda, heç bir diplomatik qaydada dövlət başçısının mütləq qatılması ilə bağlı bir öhdəlik yoxdur.
Buna görə də əgər başqa və əvvəlcədən müəyyənləşdirilmiş başqa tədbirlər varsa, dövlət başçısı hər hansı bir səlahiyyətli nümayəndəsini həmin tədbirə göndərə bilər. Türk Dövlətləri Təşkilatının zirvə görüşündə də Azərbaycanı Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov təmsil edir. Bu, əslində Azərbaycanın dövlət kimi bu tədbirdə iştirakçılığıdır".
Deputat əlavə edib ki, Azərbaycan diplomatiya və protokol qaydalarından kənara çıxmayıb:
"Amma başqa bir məsələ — qeyri-rəsmi protokol qaydaları var ki, bu da protokol etiketi ya da diplomatik etika adlandırılır. Bərabərsəviyyəli tədbirlərdə hansı ölkə hansı səviyyədə təmsil olunursa, digər ölkə də eyni şəkildə qarşılıqlıq verir.
Məsələn, 2024-cü ildə Şuşada keçirilən Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi görüşündə qardaş ölkənin prezidenti iştirak etmədi, onun əvəzinə vitse-prezident Cevdet Yılmaz iştirak etdi. O zaman qardaş ölkənin prezidentinin də Avropada keçirilən futbol turnirində bir futbol protokolu var idi.
Daha sonra BMT-nin Baş Assambleyası forumunda yenə qardaş ölkə — çoxsaylı ölkələr prezidentlər səviyyəsində iştirak etsələr də, qardaş ölkənin prezidenti Rəcəb Tayyib Ərdoğan öz təmsilçisi kimi Milli Məclisin sədri Numan Kurtulmuşu göndərdi.
Ən nəhayət, COP-un tədbirində isə bu da bir çox dövlət başçılarının iştirak elədiyi bir tədbir idi, zirvə görüşü idi. Xeyli sayda dövlət başçıları iştirak etsə də, qardaş ölkə yenə öz təmsilçisini — xarici işlər naziri Hakan Fidanı göndərdi.
Belə olan halda, həm rəsmi protokol zərurəti, həm də qeyri-rəsmi protokol etiketi baxımından burada Türkiyə mətbuatının və yaxud rəsmilərinin Azərbaycanı qınamağa haqqı yoxdur. Azərbaycan diplomatiya və protokol qaydalarından kənara çıxmayıb və tam əksinə, Azərbaycan öz müstəqil dövlət kimi öz prioritetlərini özü müəyyənləşdiribdir və bir növ adekvat addımdır".
Qeyd edək ki, Azərbaycanı TDT-nin Zirvə görüşündə Xarici işlər naziri Ceyhun Bayramov təmsil edəcək. Prezident İlham Əliyev əvvəlcədən planlaşdırılmış tədbirlərdə iştirak edəcəyi və iş qrafikinin sıxlığı səbəbindən Türkiyədə keçiriləcək Türk Dövlətləri Təşkilatının Zirvə görüşündə iştirak edə bilməyəcək. Oktyabrın 30-da Prezident İlham Əliyev Bakıda tarixdə ilk dəfə keçirilən FİFA U-15 Dünya Çempionatı və Festivalının finalçılarını mükafatlandıracaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:71
Bu xəbər 29 Oktyabr 2026 18:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















