Icma.az
close
up
RU
“Paşinyanın tələsməsi İranla bağlıdır” “Baş nazir əvvəlcə bir suala cavab tapmalıdır...” AzPolitika onlayn siyasiictimai qəzet

“Paşinyanın tələsməsi İranla bağlıdır” “Baş nazir əvvəlcə bir suala cavab tapmalıdır...” AzPolitika onlayn siyasiictimai qəzet

Icma.az, Azpolitika.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Ermənistan Baş naziri Nikol Paşinyan parlamentdə son çıxışı zamanı bildirib ki, Ermənistan və Azərbaycan sülh müqaviləsi ilə yanaşı strateji saziş də imzamalıdırlar. Paşinyan strateji sazişin imzalanmasını yaxın əsrlərdə xalqların dinc yanaşı yaşamasının vacib olmasıyla əsaslandırıb. Paşinyan ayrıca, Kazanda BRİCS toplantısı çərçivəsində Prezident İlham Əliyevlə görüşü indiyənə qədər keçirilən ən faydalı müzakirə kimi qiymətləndirib.

Nikol Paşinyan Ermənistanın kommunikasiyaların blokdan çıxarılması üçün Azərbaycana yazılı təklif göndərdiyini deyib: “Biz regional kommunikasiyaların açılması məsələsini tamamilə qarşılıqlı məqbul hesab edə bilərik”.

Paşinyanın açıqlamaların şərh edən politoloq Elxan Şahinoğlu əvvəlcə belə sual ünvanlayır:

Paşinyan iki xalqın dinc yaşaması məqsədilə strateji sazişin imzalanmasının vacib olduğunu bildirsə də, ona müxalif olan qüvvələr, o cümlədən erməni kilsəsi bunu istəyirmi?

Ekspert qeyd edir ki, Paşinyan birinci bu suala cavab tapmalıdı: “Çünki, Ermənistandakı anti-Azərbaycan qüvvələr bir gün Paşinyanı devirərlərsə və ya seçki yolu ilə hakimiyyətə gələrlərsə, iki ölkə arasında dinc yaşamanı əsas tutan sazişə qarşı çıxacaqlar. Ona görə də Ermənistanda Konstitusiyanın dəyişdirilməsi ilə yanaşı Azərbaycanla strateji sazişin imzalanmasıyla bağlı da referenduma ehtiyac yarana bilər. Ermənilərin mütləq əksəriyyəti Paşinyanın Azərbaycanla “strateji saziş” ideyasına səs verərlərsə, bu halda müxalifət əngəli ortadan qaldırılacaq”.

Paşinyanın regional kommunikasiyaların açılması məsələsinə gəldikdə E.Şahinoğlu vurğulayır ki, Baş nazirin tələsməsinin səbəbi İranla bağlıdır. 

“Şərqi Zəngəzuru Naxçıvanla birləşdirəcək yolun İran üzərindən tikintisinə dair çalışmalar sürətlənib. Paşinyan Zəngəzur dəhlizinin açılmasıyla bağlı Bakı ilə razılaşmanı bir müddət də uzatsa, yeni yol İrandan keçəcək və Ermənistan oyundankənar vəziyyətdə qalacaq. Buna görə də hazırda rəqabət İranla Ermənistan arasında gedir. Azərbaycan üçün bu rəqabətdə hansı ölkənin qələbə qazanacağının fərqi yoxdur, önəmli olan qısa müddətdə Şərqi Zəngəzuru Naxçıvanla birləşdirəcək dəmir və quru yolun çəkilməsidir”, - politoloq qeyd edib.

“AzPolitika.info”

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:121
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 14 Noyabr 2024 12:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya Ukrayna danışıqları dalana dirənib

04 Dekabr 2025 14:36see318

Şakira uşaqlarının hansı xüsusiyyəti Pikedən aldığını açıqlayıb

03 Dekabr 2025 16:27see280

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

03 Dekabr 2025 16:51see252

Xainliyin GİZLİ ARXİTEKTURASI: Dövlətə xəyanətin fəlsəfi kökləri və beşinci kolonun Azərbaycan modeli

03 Dekabr 2025 14:30see201

Rusiyada 21 yaşına çatmamış şəxslər tütün və spirtli içkilərin satışı ilə məşğul ola bilməyəcək

05 Dekabr 2025 01:45see185

Mavi Balina necə yüklənilir?

03 Dekabr 2025 17:32see175

ABŞ də 2025 ci ildə ən çox səhv tələffüz edilən sözlər hansıdır?

05 Dekabr 2025 01:11see168

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

03 Dekabr 2025 15:21see162

Əxlaqsızlıq yuvasında tutulan kişini cəza gözləyirmi?

04 Dekabr 2025 00:27see141

Abşeron Xəstəxanasında xəstə 3 cü mərtəbədən yıxılıb

03 Dekabr 2025 23:01see140

“Futbolçularımın haqqını verməliyəm” Dambrauskas İdmanXəbər

03 Dekabr 2025 17:55see133

Qurudulmuş meyvələr hansı şəraitdə saxlanmalıdır? Mütəxəssis xəbərdarlığı

04 Dekabr 2025 07:15see131

Bakıda torpağın sotu 425 min oldu 41 faiz bahalaşma var VİDEO

05 Dekabr 2025 09:37see130

Gəncədə yeniyetmə və 22 yaşlı qadını bıçaqlayan şəxslər saxlanılıb

05 Dekabr 2025 09:28see130

Kiyevdə gərgin gecə: GUR sanatoriyaya hücum etdi, hərbçilər saxlanıldı

04 Dekabr 2025 00:14see129

GÜNÜN QOROSKOPU: Sevgi münasibətlərində xoş sürprizlər mümkündür

04 Dekabr 2025 00:31see129

Neymar və het trik

04 Dekabr 2025 09:17see129

Aralıq dənizində 4 bal gücündə zəlzələ olub

04 Dekabr 2025 00:29see129

Dövlət Turizm Agentliyi ölkəyə turist axınının azalmasına münasibət bildirib

04 Dekabr 2025 11:02see123

İsrail Avroviziyaya qatılacaq 4 ölkədən boykot qərarı

05 Dekabr 2025 01:11see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri