Icma.az
close
up
RU
Paşinyanın Zəngəzur razılığında hiyləgər məqam “Əsas məqsədi budur ki…”

Paşinyanın Zəngəzur razılığında hiyləgər məqam “Əsas məqsədi budur ki…”

Icma.az, Turkstan.az portalına istinadən məlumat yayır.

Ermənistan Baş naziri Nikol Paşinyanın son açıqlamaları diqqət çəkir. Belə ki, o, yük maşınlarının Gerenzur (Gorusun kəndi, Kornidzor) keçid məntəqəsi vasitəsilə Ermənistan ərazisinə daxil ola, Ermənistan-Türkiyə sərhədinə qədər bu yollarla hərəkət edərək Marqara keçid məntəqəsindən Türkiyəyə adlaya biləcəyini vurğulayıb.

“Eyni şey əks istiqamətdə də baş verə bilər. Bu cür tranzit yüklərin daşınması üçün tələb olunan fiziki infrastruktur hazırdır, de-yure qərar qəbul etmək qalır. Bu yükdaşımaların təhlükəsizliyini təmin edəcəyik, lakin azərbaycanlı sürücülər və yük maşınları üçün psixoloji çətinliklər yaranarsa, o zaman bu yükdaşımaları Ermənistan yollarından həmişə istifadə edən Türkiyə TIR-ları tərəfindən təşkil oluna bilər” – Paşinyan bildirib.

Globalinfo.az-a danışan politoloq Asif Nərimanlı deyib ki, Nikol Paşinyanın bu açıqlaması Ermənistanın kommunikasiyaların açılması prinsipinə yanaşmasına bərabərdir:

“2020-ci ildə üçtərəfli bəyanat imzalandıqdan sonra Azərbaycan və Türkiyənin irəli sürdüyü fikir ondan ibarətdir ki, regional kommunikasiya kompakt şəkildə açılmalıdır. Bu, Zəngəzur dəhlizi ilə bağlıdır. Bir vaxtlar Rusiya tərəfindən irəli sürülürdü ki, Qazax-İcevan yolu istifadəyə verilsin. Yəni Şimal istiqamətində yollar açılsın. Amma Azərbaycan Zəngəzur dəhlizi daxil olmaqla bütün istiqamətlərdə kommunikasiyanın açılmasının vacib olduğunu bildirdi.

Asif Nərimanlı

Ermənistan isə bunu qəbul etmir. Regional kommunikasiyanın öz nəzarətləri altında baş tutmasını istəyir. Nikol Paşinyan da təklif irəli sürür. Bildirir ki, Azərbaycan yükləri Ermənistan ərazisindən keçərək Türkiyəyə, Naxçıvana daşına bilər. Maraqlı məqam Paşinyanın Şimal istiqamətində yükdaşımaları indi niyə qabartmasıdır. Bunun kökündə regional kommunikasiyaların Ermənistan maraqlarına uyğun açılması dayanır. Dəhliz deyil, yol verilir”.

Politoloqun sözlərinə görə, Marqara keçid məntəqəsinin irəli sürülməsi təsadüfi deyil:

“Ermənistanın kommunikasiyaların açılmasında əsas prioriteti Türkiyə ilə yolların açılmasıdır. Təbii ki, öz maraqlarına uyğun Cənubi Qafqazda kommunikasiyaların açılmasını istəyirlər. Amma əsas diqqət Türkiyədədir. Türkiyə TIR-ları ilə yükdaşınması məsələsi isə Azərbaycanın təhlükəsizliyin təmini ilə əlaqədar irəli sürəcəyi fikirləri qabaqlamaq məqsədi daşıyır”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:145
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 05 Mart 2025 10:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see264

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see245

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see236

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see234

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see233

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see219

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see211

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see195

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see193

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see184

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see184

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see181

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see171

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see167

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see160

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see159

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see156

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see145

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see143
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri