Icma.az
close
up
RU
Paşinyanın tranzit təklifi: İrəvanın əsas məqsədi nədir?

Paşinyanın tranzit təklifi: İrəvanın əsas məqsədi nədir?

Icma.az, 525.az saytına istinadən bildirir.

Azərbaycan dövləti bu günlərdə mühüm bir qərar qəbul edərək ölkəmiz üzərindən Ermənistana tranzit məhdudiyyətini ləğv etdi. Rəsmi Bakının bu jesti sülh istiqamətində, etimad quruculuğunda əhəmiyyətli addımdır. Bu, həm də onu göstərir artıq Bakı ilə İrəvan arasında sülh prosesi praktik müstəviyə keçib. Eyni zamanda, görünən odur ki, Azərbaycan 8 avqustda Vaşinqtonda əldə edilmiş sülhə, razılaşmaya sadiqdir. Bu günlərdə vətəndaş cəmiyyəti nümayəndələrinin İrəvanda baş tutmuş görüşü də bundan irəli gəlir. Ermənistan tərəfindən verilən bəyanatlar da müsbətdir. Rəsmi İrəvan sülhə sadiqliyini müxtəlif səviyyələrdə dəfələrlə açıqlayıb. Eyni zamanda, Bakının tranzit məhdudiyyətini aradan qaldırmasına qarşılıq olaraq bəyan edib ki, Türkiyə və Azərbaycan arasında Marqara-Yeqnadzor-Sisian-Gorus yolu ilə yük daşımalarının Ermənistan üzərindən həyata keçirilməsinə hazırdırlar.

Baş nazir Nikol Paşinyan bununla bağlı bildirib ki, Türkiyədən Azərbaycana, Azərbaycandan Türkiyəyə, xüsusən də Marqara-Yeqnadzor-Sisian-Gorus marşrutu ilə yük maşınlarının tranzitini təmin etməyə hazırıq. Onun sözlərinə görə, bu, indiki mərhələdə Ermənistanın tətbiq edə biləcəyi yeganə variantdır: “Əgər Türkiyə və Azərbaycan tərəfləri razılaşarsa, rəsmi İrəvan bu istiqaməti dərhal tranzit üçün açmağa hazırdır. Gorus və Kornidzora qədər yollarımız yaxşı vəziyyətdədir, tranziti təmin edə bilərik”.

Ermənistan hökumətinin başçısı, həmçinin sülhün bərqərar olmasına diqqət çəkərək bildirib ki, bir il səkkiz aydır Ermənistan-Azərbaycan sərhədində atəşkəsin pozulmaması nəticəsində bir nəfər belə olsun əsgər həlak olmayıb: “Bir daha vurğulamaq istəyirəm ki, Ermənistanın bütün müstəqillik tarixində heç vaxt belə bir il səkkiz ay olmayıb. Azərbaycan ilə Ermənistan arasında sülh bərqərar olub”.

Əslində sülh istiqamətində atılan praktiki addımlar, tərəflərin Vaşinqton razılaşmasına sadiqliyi sülh gündəliyinin daha da irəliləyəcəyinə ümidləri artırır. Bakı öz tərəfindən davamlı olaraq addımlar atır, İrəvan da üzərinə düşən öhdəlikləri vaxt itirmədən yerinə yetirməlidir. Bunlardan biri də Vaşinqton bəyannaməsində də öz əksini tapan Zəngəzur dəhlizinin açılması ilə bağlı məsələdir. Birgə Bəyannamədə Azərbaycanın əsas hissəsi və onun Naxçıvan eksklavı arasında maneəsiz bağlantının təmin edilməsi ilə bağlı prinsipial mövqeyi də əksini tapıb. İrəvan regional kommunikasiyaların bərpası üçün məhz bu istiqamətdə öz tərəfindən üzərinə düşənləri icra etməlidir. Amma Marqara-Yeqnadzor-Sisian-Gorus marşurutunu təklif etməklə Zəngəzur dəhlizinin açılmasını yubatmağa çalışır. Başqa tərəfdən, həmin ərazi Azərbaycan üçün heç də əlverişli hesab olunmur. Ekspertlərin də bu marşruta münasibətləri birmənalı deyil. Yuxarıda vurğuladığımız kimi, Bakının əsas tələblərindən biri Zəngəzur dəhlizinin açılmasıdır. Ermənistan tərəfi məhz bu istiqamətdə praktiki addımlar atmalıdır. Çünki Zəngəzur dəhlizi açılmadan kommunikasiyaların tam şəkildə bərpasından söhbət gedə bilməz.

Ümumiyyətlə Ermənistan tərəfinin bu təklifi Bakının qərarına nə dərəcədə adekvatdır?

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) aparıcı məsləhətçisi Fuad Abdullayev mövzu ilə bağlı “525”ə şərhində deyib ki, Azərbaycanın Ermənistan istiqamətində yüklərin tranzitinə qoyulmuş məhdudiyyətləri aradan qaldırması mühüm siyasi jestdir. Bu, eyni zamanda Azərbaycanın sülh gündəliyinə verdiyi yeni impulsdur: “Həmçinin regional nəqliyyat və iqtisadi əlaqələrin bərpasına yönəlmiş qərar ölkəmizin strateji iradəsini göstərir. Bu qərarla Azərbaycan açıq şəkildə bildirib ki, kommunikasiyaların açılması, qarşılıqlı etimadın bərpası və iqtisadi inteqrasiya sülhün əsas şərtlərindən biridir”.

Ekspertə görə, Ermənistanın Baş naziri Nikol Paşinyanın Türkiyə və Azərbaycan arasında Marqara-Yeqnadzor-Sisian-Gorus marşrutu ilə yük daşımalarının həyata keçirilməsinə hazır olduqlarına dair bəyanatı ilk baxışda regionda kommunikasiya əlaqələrinin normallaşmasına yönəlmiş konstruktiv addım təsiri bağışlaya bilər: “Lakin fikrimcə, mahiyyət etibarilə bu, ilk növbədə Ermənistan-Türkiyə və Azərbaycan sərhədlərini açmaq, iqtisadi blokadadan çıxmaq və regional təzyiqlərin aradan qaldırılması cəhdinin tərkib hissəsidir. Qeyd edim ki, bu istiqamətin açılması İrəvan üçün regional inteqrasiya imkanlarının genişlənməsi deməkdir. Eyni zamanda, Paşinyanın təbii ki, seçkilərdən öncə əlinin güclənməsi deməkdir. Paşinyan bu addımla həm Türkiyə, həm də dolayısı ilə Azərbaycanla əlaqələri genişləndirmək niyyətindədir. Digər tərəfdən, rəsmi İrəvan bu təşəbbüslə özünü sülh və əməkdaşlığa açıq tərəf kimi təqdim etməyə çalışır. Eyni zamanda, regiondakı kommunikasiya xətlərinin açılmasında Qərb platformalarında mövqelərini möhkəmləndirməyə cəhd göstərir. Bununla yanaşı, fikrimcə, rəsmi İrəvanın bu təklifi heç də Zəngəzur dəhlizinə açılmasına hesablanmayıb. Baxmayaraq ki, Paşinyan beşinci Tbilisi İpək Yolu Forumunda çıxışı zamanı bu məsələyə toxunub. O qeyd edib ki, layihənin nəticələrindən biri Azərbaycanın əsas hissəsi ilə Naxçıvanı birləşdirən sülh yolunun açılmasıdır. Ermənistan hakimiyyətinin nümayəndələri hələ də 8 avqust bəyannaməsində qeyd edilən maneəsiz keçid anlayışını öz maraqlarına uyğun şəkildə, yəni fərqli formada yozmağa çalışırlar. Bu da o deməkdir ki, Ermənistan Zəngəzur dəhlizinin açılmasını nəzərdə tutan həmin bənddəki maneəsiz keçid prinsipini müəyyən qədər qəbul etmir. Əvəzində isə öz suveren nəzarəti altında olan gömrük və sərhəd prosedurlarına tabe edilmiş tranzit modelini təklif edir”.

Ermənistanın təklifinin Bakının qərarına adekvat olub-olmamasına gəlincə, F.Abdullayev deyib ki, hazırda bununla bağlı yekdil qərar vermək hələ ki, tezdir: “Belə ki, Ermənistan tərəfinin təklifinin əsasını hansı konkret şərtlər və mexanizmlərin təmin edəcəyi, eləcə də logistika, təhlükəsizlik və tarif məsələləri hələ aydın deyil. Bu baxımdan adekvatlıq yalnız praktiki icraata baxıldıqdan sonra daha dəqiq qiymətləndirilə bilər”.

Politoloq Zaur Məmmədov isə “525”ə deyib ki, hələ bir müddət əvvəl Zəngəzur dəhlizinin keçəcəyi marşrut xətləri müzakirə edilirdi. Bu marşrut xətlərindən biri də  məhz Naxçıvanın şimal-şərqi istiqamətindəki marşrut xətti ilə bağlı idi ki, burda yol şəraiti və hazırkı vəziyyətin bir qədər düzəldilməsinə ehtiyac var: “Amma əslində indi də həmin yolla başlamaq olar və gələcəkdə də o yolun genişləndiriməsi, infrastrukturun daha da modernləşdirilməsi əlbəttə ki, yük daşımalarına müsbət təsir edə bilər. Bu, İrəvanın Bakıya cavabıdır. Çünki Azərbaycan vasitəsilə Qazaxıstan buğdasının Ermənistana çatdırılmasına artıq razılıq verilib. Digər məhsulların da Rusiyadan və s. ölkələrdən Ermənistana çatdırılmasından söhbət gedir. İlkin mərhələdə dəmir yolu və avtomobil yolu vasitəsilə çatdırılma ola bilər. Eyni addımları da Ermənistan tərəfi Azərbaycana qarşı atır. Hələlik dəmiryolu vasitəsilə Ermənistandan bu məsələ mümkün deyil, amma avtomobil yolu ilə Ermənistanın həm şimal, həm də cənub rayonları vasitəsilə bunu təmin edə bilər”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:220
embedMənbə:https://525.az
archiveBu xəbər 29 Oktyabr 2025 12:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see317

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see316

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see307

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see298

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see281

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see265

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see258

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see247

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see214

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see214

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see207

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see206

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see202

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see200

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see192

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see189

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see188

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see183

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see181

İstanbulda Kızılelma yolunda Türkiyə Azərbaycan arası əməkdaşlıq və ticarətin inkişafı proqramı düzənləndi

17 Oktyabr 2026 21:18see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri