Icma.az
close
up
RU
Paşinyanla görüşlə bağlı Misir Mərdanovdan AÇIQLAMA

Paşinyanla görüşlə bağlı Misir Mərdanovdan AÇIQLAMA

Bizim media saytına istinadən Icma.az xəbər verir.

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 7-də yerli televiziya kanallarına müsahibə verib. Müsahibədə Dövlət başçısı Qərbi Azərbaycana qayıdış məsələsinə də xüsusi yer verib.
Azərbaycan Prezidenti Ermənistanın baş nazirinin Qərbi Azərbaycan İcmasının nümayəndələrini görüşməsinin önəmindən söz açıb:
“Bildiyimə görə, onlar İrəvana da getməyə hazırdırlar. Qəbul etsin, onların dilindən onların problemlərini eşitsin, dinləsin onları. Yəni, onlar oradan əsassız qovulmuşlar. Onların tam hüququ var ki, oraya qayıtsınlar”.
Prezident İlham Əliyev bu məsələnin çox ciddi beynəlxalq problem olduğunu da diqqətə çatdırıb:
“Bu, yüz minlərlə insanın hüquqlarının bərpası məsələsidir. Bu, insan hüquqları məsələsidir. Bu, ədalət məsələsidir. Bu, eyni zamanda, göstərəcək ki, indiki Ermənistan rəhbərliyi faşist deyil.
Çünki üç prezident faşist idi. Yəni, onların açıqlamaları, əməlləri, Xocalı soyqırımında üçünün də iştirakı və bir çox digər sübutlar var. Əgər indiki baş nazir demokratdırsa, özü də Avropa demokratiyasının, necə deyərlər, “banisi olan” Fransa prezidenti Makronun dostudursa, qoy, onu göstərsin, qoy, icazə versin. Yəni, bizim istəyimiz bundan ibarətdir və bunu tələb etmək hər hansı bir ərazi iddiasında olmaq demək deyil”.
Bəs Qərbi Azərbaycan İcması Paşinyanla görüşə hazırdırmı?
Məsələ ilə bağlı fikirlərini Bizim.Media ilə bölüşən Qərbi Azərbaycan İcmasının Müşahidə Şurasının sədri Misir Mərdanov deyib ki, İcmanın Mərkəzi aparatında biz bu məsələni dəfələrlə müzakirə etmişik:


“Bu müzakirələrin yekununda İcma Ermənistan hökümətinə müraciət qəbul edib ki, qayıdış məsələni müzakirə edək. Çünki hələ əvvəlki deportasiyaları demirik, sonuncu dəfə -1988-1990-cı illərdə Qərbi Azərbaycanda 200 minə yaxın soydaşımız ən ağır şərtlərdə qovulub. Bu qədər insan on illər boyu qazandıqları maddi və mənəvi sərvətləri qoyub çıxmışdı, necə deyərlər “bir çöp” də götürməmişdi. Ona görə də azərbaycanlıların öz dədə-baba ocaqlarına qayıtmaq haqları var. Bu qayıdış üçünsə ilk növbədə Ermənistan hökuməti ilə danışıqlar aparılıb, razılaşma olmalıdır. Çox təəssüf ki, Ermənistan hakimiyyəti bizim haqlı tələblərimizə heç bir cavab verməyib. Bununla belə biz inanırıq ki, rəsmi İrəvan gec-tez bizim haqlı tələbimizi eşidəcək, ona əməl etməli olacaq.
Bu mənada Prezident İlham Əliyev haqlı olaraq deyir ki, Paşinyan Qərbi Azərbaycan İcmasının nümayəndələrini qəbul etsin. Çünki bu təkcə Qərbi Azərbaycan İcmasının istəyi deyil, həm də Azərbaycan dövlətinin iradəsidir”.
“Mübarizəmizi sona qədər davam etdirəcəyik”
Müsahibimiz onu da əlavə edib ki, hələ 2 il qabaq Qərbi Azərbaycan İcmasının inzibati binasında keçirilən görüşdə Azərbaycan Prezidenti bu məsələyə xüsusi diqqət ayırmışdı:
“Doğrudan da, bizim Qərbi Azərbaycana qayıtmaq hüququmuz var. Sona qədər də bunun üçün mübarizə aparacağıq. Biz bu məsələ ilə bağlı BMT və digər beynəlxalq təşkilatlara da müraciət etmişik ki, öz dədə-baba torpaqlarımıza qayıtmaq üçün vasitəçi olsunlar. Eyni zamanda bu istəyimizin reallaşdırılması prosesinə həm beynəlxalq təşkilatlar, həm də Ermənistan höküməti təminat verməlidir. Çünki bizim istəyimiz beynəlxalq hüquqa və insan haqlarına söykənir. Ona görə də Paşinyan ən qısa zamanda İcmanın nümayəndələrini qəbul etməlidir”.
Nəzərə alaq ki, məsələ ilə bağlı Qərbi Azərbaycan İcması bu gün növbəti dəfə bəyanat yayıb:


“Biz Ermənistan hökumətindən Qərbi azərbaycanlıların deportasiyasına görə üzr istəməyi, Qərbi Azərbaycan İcması ilə dialoqa başlamağı, qayıdışa şərait yaratmağı, Azərbaycan xalqına məxsus olan mədəni irsin dağıdılması və təhrif edilməsi siyasətinə son qoymağı, silahlanmanı dayandırmağı və üzərinə götürdüyü öhdəliklərinə uyğun olaraq kommunikasiya xətlərini açmağı tələb edirik”.
Surxay Atakişiyev, Bizim.Media

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:201
embedMənbə:https://bizim.media
archiveBu xəbər 08 Yanvar 2025 12:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see406

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see394

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see377

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see362

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see251

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see247

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see247

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see240

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see237

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see232

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see227

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see218

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see211

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see200

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see196

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see183

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see178

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see178

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see170

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri