Misir Mərdanovdan məktəbli geyimləri ilə bağlı AÇIQLAMA
Icma.az bildirir, Olke.az portalına istinadən.
Ölkə.az xəbər verir ki, professor Misir Mərdanov məsələ ilə bağlı AZƏRTAC-a açıqlamasında məktəblərdə vahid geyim qaydalarına riayət olunmasının təhsilin inkişafına xidmət etdiyini bildirib.
Professor qeyd edib ki, təhsil müəssisələrində şagird və müəllimlərin məktəbə müəyyən olunmuş formada gəlməsi təhsilin inkişafına, tərbiyənin və nizam-intizamın möhkəmlənməsinə xidmət səbəb olacaq: “Unutmamalıyıq ki, məktəb yalnız dərs keçilən yer deyil, həm də şəxsiyyətin formalaşdığı məkandır. Məktəbdə vahid geyim qaydalarına riayət etmək də bu ümumi mədəniyyətin və məsuliyyətin bir hissəsidir”. Onun sözlərinə görə, məktəbdə vahid geyim qaydalarının qorunması şagirdlərdə məsuliyyət hissinin formalaşmasına, təhsil mühitində qarşılıqlı hörmətin və məktəb mədəniyyətinin güclənməsinə töhfə verir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:60
Bu xəbər 12 Oktyabr 2026 12:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















