Icma.az
close
up
RU
Menu

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

Şuşa qəhrəmanlığın rəmzi

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

Bunları hər kəs bilməlidir!

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

Rauf Dadaşovun anım günüdür

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

İmmuniteti gücləndirməyin ən asan yolu...

Azərbaycanlı həkim bu ölkənin səhiyyə nazirinin müşaviri təyin edildi FOTO

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

“Bir şərəfsizə rast gələndə...” Misir Mərdanovdan ŞOK AÇIQLAMA

“Bir şərəfsizə rast gələndə...” Misir Mərdanovdan ŞOK AÇIQLAMA

Olke.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Ölkə.az xəbər verir ki, bunu keçmiş təhsil naziri, professor Misir Mərdanov Azərbaycanda Atatürk Mərkəzinin müdiri, akademik Nizami Cəfərov barəsində yazıb.

Onun sözlərinə görə, N.Cəfərovda parlaq təfəkkür, yüksək intellekt, dərin zəka bütün məqamlarda hiss olunurdu:

“Mən Bakı Dövlət Universitetinin rəhbərliyində təmsil olunduğum zamanlarda Nizami Cəfərov BDU-nun Filologiya fakültəsinin dekanı idi. Zəngin tarixi ənənələri, həm də özünəməxsus daxili ixtilafları olan bu fakültədə gənc Nizami Cəfərov yeni mizan-tərəzi yaratmağa nail olmuşdu. Daxilən o qədər zəngin idi ki, söz-söhbətləri, intriqaları, dedi-qoduları çox xırda məsələ hesab edirdi, səmimiyyəti ilə, demokratlığı ilə hər şeyi bağışlayaraq öz hərəkətləri ilə (sözləri ilə yox ha!!!) hamını dostluğa, qardaşlığa dəvət edirdi.

Bu təbii yanaşma isə öz nəticələrini verdi-qısa müddətdə ən böyük “intriqaların yuvası” olan Filologiya fakültəsində sağlam bir mühit yarandı-tələbədən akademikə qədər hamı bir-birini görəndə gülümsəməyə, xoş söz deməyə başladı. Çox gənc Nizami Cəfərov fakültənin ağsaqqalına çevrildi-indiyədək adının yanında “müəllim” deməyi özünə sığışdırmayanlar da gördülər ki, bu adama “Nizami müəllim” deməmək olmur. Az qala özünün yaşıdı olan tələbələr onun zəkasına (həm də səmimiyyətinə), intellektinə (həm də xeyirxahlığına), ağır yerişinə (həm də müsbət aurasına), parlaq diksiyasına (həm də mülayim xarakterinə) heyran olaraq bu insanı ata kimi, qardaş, dost kimi sevməyə başladılar. Tələbənin dostu olmaq ilk baxışda asan olsa da, onunla dostluğu qoruyub saxlamaq çox mürəkkəbdir, uşaq şıltaqlıqları, ərkyanalıq, bəzən özünü kiməsə göstərmək zərurəti çıxılmaz məqamlar yaradırdı-ancaq Nizami müəllim bunların hamısını təbii üsullarla həll edə bilirdi. Dekanlıq mərhələsi göstərdi ki, Nizami Cəfərov çox böyük potensiala malikdir, bu dövr onunçün güclü bir ağırlıqqaldıranın məşq otağında kiçik qantellərlə oynamağına bənzəyirdi.

Həyat sübut etdi ki, həqiqətən belədir. Sonralar Milli Məclisin deputatı, parlamentin Mədəniyyət Komitəsinin sədri, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, Azərbaycan Atatürk Mərkəzinin rəhbəri, AMEA-nın həqiqi üzvü oldu, Azərbaycanı bütün dünyada çox ləyaqətlə təmsil edən ictimai-siyasi xadimə, Türk dünyasının çox önəmli və görkəmli alimlərindən (xocalarından) birinə çevrildi, yüksək titullara layiq görüldü. Maraqlı budur ki, bütün dünyada məşhurlaşmış, hava limanlarında (xüsusən Türk dövlətlərində) böyük dəbdəbə ilə qarşılanan, bu şəxsiyyət əvvəlki Nizami Cəfərov zirvəsində qalır.

Bu gün də fəhlədən nazirədək, tələbədən akademikədək hamıya ehtiramla, diqqətlə, qayğı ilə yanaşır, insanları vəzifəsinə, rütbəsinə, nüfuzuna görə bölmür, müstəsna hallar olmasa, boğazına qalstuk bağlayıb özünü dartmır, həmişə sadə, səmimi, mehriban oğlan (həm də görkəmli şəxsiyyət) təəssüratı yaradır. Ancaq milli mənafelərə, dövlət maraqlarına toxunan bir şərəfsizə rast gələndə aslan kimi nərə çəkən, ağzından od püskürən bu qeyrətli Azərbaycan oğlunun dərin zəkası ilə parlaq istedadının qovşağında çağlayan ahəngdar nitqinin gözəlliyində dəmir məntiqin, güclü hafizənin şahidi olub məəttəl qalırsan. Bu sakit, təmkinli, üzündən nur yağan insanda nə qədər böyük vətəndaşlıq varsa, bir o qədər də güclü potensial gizlənir.

Dəfələrlə şahidi olmuşam, camaatın ensiklopediyalara, internetə müraciət etməyə məcbur olduğu anlarda Nizami Cəfərov həmən sualların cavabını bədahətən deyib, faktlarla, tarixi adlarla, rəqəmlərlə, gününə, ayına, saatına kimi dəqiqliklə deyib. Sonradan kitablara baxıb bu adamın az da yanılmadığını görüb heyrət ediblər.

İndi də boş vaxtlarımda kitab, qəzet oxumağa, saytları səhifələməyə zaman ayıra bilirəm. Üstündən 35 ilə yaxın vaxt keçsə də, yenə də digər müəlliflərdən fərqlənən, bir addım öndə olan, ideoloji, elmi, siyasi, ictimai ideya mənbəyi kimi mətbuatımıza nur saçan bir imza var: Nizami Cəfərov! Allah qorusun!!!”.

Qeyd edək ki, sentyabrın 21-i görkəmli alim, ictimai-siyasi xadim, akademik Nizami Cəfərovun doğum günüdür. Onun 67 yaşı tamam olur.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:140
embedMənbə:https://olke.az
archiveBu xəbər 21 Sentyabr 2026 14:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see929

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see511

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see364

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see329

Bunları hər kəs bilməlidir!

04 Noyabr 2026 13:30see302

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see296

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

04 Noyabr 2026 17:05see282

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

04 Noyabr 2026 19:15see274

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

04 Noyabr 2026 14:24see270

Rauf Dadaşovun anım günüdür

04 Noyabr 2026 14:48see264

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

04 Noyabr 2026 20:13see254

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

04 Noyabr 2026 16:59see251

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

04 Noyabr 2026 17:42see250

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

04 Noyabr 2026 15:40see240

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

04 Noyabr 2026 17:23see235

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

04 Noyabr 2026 23:08see232

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

04 Noyabr 2026 23:23see232

İmmuniteti gücləndirməyin ən asan yolu...

05 Noyabr 2026 02:13see212

Azərbaycanlı həkim bu ölkənin səhiyyə nazirinin müşaviri təyin edildi FOTO

04 Noyabr 2026 20:36see210

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

05 Noyabr 2026 00:13see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri