“Payde”nin baş məşqçisi: “Zirə”nin üstün olması ilə razı deyiləm”
Apasport portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
"Payde” klubunun baş məşqçisi Tarmo Kink UEFA Konfrans Liqasının II təsnifat mərhələsində “Zirə” ilə keçirəcəkləri cavab oyunu öncəsi fikirlərini bölüşüb.
Apasport.az xəbər verir ki, Estoniya təmsilçisinin çalışdırıcısı mətbuat konfransında qarşılaşmanın çətin keçəcəyini bildirib.
“Çətin oyun olacaq. Artıq nə etmək lazım olduğunu bilirik. Əlimizdən gələni edəcəyik ki, mərhələni keçək. İlk oyunda “Zirə”nin üstün olması ilə razı deyiləm. Biz rəqibi daha çox sıxışdırmışdıq. Bəli, ilk hissədə “Zirə”nin müəyyən üstünlüyü var idi. Amma bu, sabahkı oyunda müdafiədən oynayacağımız anlamına gəlmir. Tam olaraq formadayıq və hazırıq.
Rəşad Sadıqovun hansı dövrdə oynadığını xatırlamıram. Azərbaycan millisi ilə qarşılaşmalarda futbolçu kimi cəmi iki şansım olub. Həmin vaxtlarda Rəşad Sadıqovla üz-üzə gəlib-gəlmədiyim də yadıma düşmür”, – deyə Kink bildirib.
Ruan Renato: “Bu dəfə daha ciddi hazırlaşmışıq” Rəşad Sadıqov: "Burada elə-belə rəqib olmur" Yanev: “Müdafiəyə çəkilməyəcəyik” – “Qarabağ”a qarşı planını açıqladı “Neftçi” “Dinamo” ilə oyun üçün Bolqarıstandadır - FOTO U-17 DÇ: Vəfa Orucova 1/8 finalda məğlub oldu
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:101
Bu xəbər 29 İyul 2026 21:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















