Icma.az
close
up
RU
Paytaxt məktəblərində laborant vəzifəsinə işə qəbul müsahibəsi başlayır

Paytaxt məktəblərində laborant vəzifəsinə işə qəbul müsahibəsi başlayır

Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bakı, 23 sentyabr, AZƏRTAC

Sentyabrın 24-dən Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrində laborant vəzifəsinə işə qəbul müsahibəsi başlayır.

BŞTİ-dən AZƏRTAC-a bildirilib ki, müsahibə mərhələli şəkildə həyata keçiriləcək.

İlkin mərhələdə qeyd edilən vəzifə üzrə ixtisası, təhsil səviyyəsi, həmin sahədə iş təcrübəsi, şəhid və müharibə veteranı ailə üzvü olması nəzərə alınmaqla seçilmiş namizədlər müsahibəyə dəvət edilib.

Müsahibənin keçiriləcəyi məkan və vaxt barədə məlumat namizədlərin qeydiyyatdan keçdikləri mobil nömrəyə SMS vasitəsilə göndərilib.

Namizədlərin bilik və peşəkar keyfiyyətləri müvafiq komissiya tərəfindən qiymətləndiriləcək. Müsahibənin nəticələri barədə namizədlərə qeydiyyatdan keçdikləri mobil nömrəyə SMS vasitəsilə məlumat veriləcək.

Uğur qazanmış namizədlərin yerləşdirilməsi aşağıdakı meyarların ardıcıllığına uyğun həyata keçiriləcək:

- Şəhid və müharibə veteranı ailə üzvləri

- Müvafiq vəzifəyə uyğun ixtisas (ali, orta ixtisas)

- Təhsil səviyyəsi

- Pedaqoji və laboratoriya sahəsində iş stajının olması.

Uğurla keçən, lakin yerləşdirilməyən namizədlər ehtiyat kadr bazası siyahısına daxil ediləcək. Ehtiyat kadr bazasına daxil olan şəxslərin vakant vəzifəyə yerləşdirilməsi iki il ərzində həyata keçirilə bilər.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:140
embedMənbə:https://azertag.az
archiveBu xəbər 23 Sentyabr 2025 15:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see483

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see377

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see342

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see304

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see290

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see265

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see251

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see251

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see245

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see241

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see235

Hollivud ulduzu Cek Nikolson barədə danışdı: “Kinoya qayıtmayacaq”

01 Noyabr 2026 03:35see226

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see225

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see222

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see215

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see214

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see201

Rubio: Ərzaq ticarətindən siyasi və iqtisadi təzyiq vasitəsi kimi istifadə olunmamalıdır

01 Noyabr 2026 01:55see197

Baxçalı Bakıya gəlir? AÇIQLAMA

01 Noyabr 2026 03:27see197

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri