Icma.az
close
up
RU
Paytaxt sakinləri pul yığa bilirlər? SORĞU

Paytaxt sakinləri pul yığa bilirlər? SORĞU

Icma.az bildirir, Redaktor.az portalına istinadən.

Son dövrlər məhsul qiymətlərində artım müşahidə olunur. Qiymətlərin artması isə xərclərin çoxalması deməkdir. Maraqlıdır, belə şəraitdə insanlar əlavə pul yığa bilirlərmi?

Redaktor.az olaraq paytaxt sakinləri arasında sorğu keçirdik. 

Kompüter üzrə mütəxəssis Aydın Məmmədli bildirdi ki, o, qəpik-qəpik də olsa, pul yığmaqda maraqlıdır:

"Mən çalışıram ki, hər ay bir az da olsa pul kənara qoyum. Bəzən alınır, bəzən isə xərclər çox olur, o zaman planım pozulur. Amma ümumiyyətlə, mənə qənaət etmək vacibdir, ona görə də çalışıram ki, hətta kiçik məbləği də olsa yığım".

Mağazada satıcı işləyən Aygün Muradlı isə kənara pul ata bilmədiyini dedi:

"Açığı, mənim üçün çox çətindir. Gəlirim yalnız gündəlik xərcləri ödəməyə yetir, üstəlik bəzi aylar əlavə xərclər çıxır. Ona görə də kənara pul qoymaq adətən alınmır".

Universitet tələbəsi Əli Hüseynli də onun üçün pul yığmağın çətin olduğunu bildirdi:

"Özüm tələbəyəm, aldığım təqaüd heç nəyə yetmir. Evdən pul göndərməsələr, təqaüdlə Bakıda yaşamaq mümkün deyil. Ona görə də pul yığmaq mənim üçün hələ tezdir".

Firmalardan birində mütəxəssis vəzifəsində çalışan Aysel Cəfərova isə dedi ki, o, pul yığmaq üçün plan qurur:

“Mən hər ay müəyyən məbləği kənara qoymağa çalışıram. Amma bunun üçün ciddi plan qurmalıyam: gəlirimi və xərclərimi qeyd edirəm, lazımsız xərclərdən qaçıram. Əks halda, pul yığmaq mümkün deyil. Əslində, bu, mənə həm də maliyyə öyrədir, gələcəyə hazırlıq hissi verir".

Vəli adlı paytaxt sakini isə az maaş aldığını, bu səbəbdən qətiyyən pul yığa bilmədiyini bildirdi:

"Elə dövrə gəlmişik ki, yemək-içməyə pul çatdıra bilmirik. Aldığım maaş aylıq dolanışığımızı güclə görür, kənara atmağa pul qalmır axı".

Aytəkin TOFİQQIZI

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:190
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 01 Dekabr 2025 23:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see335

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see327

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see316

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see303

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see269

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see258

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see238

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see236

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see230

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see217

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

19 Oktyabr 2026 23:00see201

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see189

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see180

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see173

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see169

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

20 Oktyabr 2026 05:49see161

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see161

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

20 Oktyabr 2026 04:58see161

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see161

Azərbaycandan bu ölkəyə aparılan ət məhsulları məhv edilir

20 Oktyabr 2026 00:21see160
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri