Icma.az
close
up
RU
Menu

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü

Qeydiyyatda olmayan “klinika”, qeyri adi müalicə üsulları: “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti FOTO

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

Papillomanı yandırmaq kifayət deyil! HPV varsa törəmə yenidən yarana bilər

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

Sadə, yoxsa dəbdəbəli toy? PAYTAXT SAKİNLƏRİ DANIŞDI SORĞU

Sadə, yoxsa dəbdəbəli toy? PAYTAXT SAKİNLƏRİ DANIŞDI SORĞU

Sia Az saytından alınan məlumata görə, Icma.az bildirir.

Toylar Azərbaycan cəmiyyətində hər zaman xüsusi yer tutub. Ənənələrimizdə toy yalnız iki gəncin birləşməsi deyil, həm də ailələrin, dostların, qohumların bir araya gəldiyi böyük bir bayram hesab olunur. Lakin son illərdə müşahidə olunur ki, bəzi hallarda bu şad gün israfçılıq, artıq bəzək-düzək və borclanma ilə müşayiət olunur. Bəzi ailələr “təmtəraqlı olsun” deyə, imkanlarından artıq xərcləyir, nəticədə toy sevincindən çox maddi yükə çevrilir. Mövzu ilə bağlı SİA-nın əməkdaşı şəhər sakinlərinin fikrlərini öyrənməyə çalışıb.

Şəhər sakini Zülfiyyə Namazova: "Fikrimcə, toyun təmtəraqlı olması ailənin xoşbəxtliyinə heç bir təsir göstərmir. Əsas olan iki gəncin bir-birini sevməsi və sağlam ailə qurmasıdır. Xaricdə insanlar sadəcə yaxın dost və ailə üzvləri ilə kiçik mərasim edirlər, amma bizdə sanki bu yarışa çevrilib. Hər kəs "kim nə deyər" düşüncəsi ilə hərəkət edir. Halbuki bu qədər xərcləməkdənsə, o pulu gənclərə ev və ya iş qurmaq üçün vermək daha məqsədəuyğundur. Məncə, artıq sadəlik dəbdə olmalıdır".

Şəhər sakini Əvəz Əmirli: "Toylarda olduğum zaman açığı deyim, bəzən elə mənzərələr görürəm ki, insanın içi yanır. Masalar dolu, amma çox yeməyə toxunan belə olmur. Sonda o qədər qida qalır ki, hamısı atılır. Bu, sadəcə israfçılıq deyil, həm də hörmətsizlikdir - həm ruziyə, həm də o pulu qazanmaq üçün zəhmət çəkən insanlara qarşı. Toy bir sevinc günüdür, amma biz onu yarışa çevirmişik. Kim daha bahalı restoran tutacaq, kim daha çox bəzək edəcək - hamı bu yarışdadır. Məncə, səmimiyyət itdikcə toyun mənası da itir. Ən gözəl toy o toydur ki, insanlar səmimi sevinir, gənclər xoşbəxt olur, yoxsa kiminsə gözü doymaq üçün yox".

Şəhər sakini Vahid Qurbanlı: "Mənim fikrimcə, toylarımızda israfçılıq artıq həddini aşıb. Bəzən elə olur ki, bir ailə illərlə yığdığı pulu bir günə xərcləyir, sonra da borc içində qalır. Amma bunun nəyə gərək olduğunu heç kim düşünmür. Toyda verilən yeməyin, içkilərin yarısı toxunulmadan qalır, dekorasiyalar üçün isə minlərlə manat gedir. Halbuki o qədər sadə və mənalı şəkildə də ailə qurmaq mümkündür. Biz çox vaxt elə bilirik ki, təmtəraqlı toy xoşbəxtliyin göstəricisidir, amma əslində sadə və səmimi toy daha dəyərlidir. İnsanlar artıq başa düşməlidirlər ki, toydan sonra əsas məsələ bir-birini başa düşmək, ailə qurmaqdır, yoxsa bir günlük təəssürat yaratmaq üçün yox".

Şəhər sakini Arifə Həşimova: "Mənim fikrimcə, toyun təmtəraqlı olması ailənin xoşbəxtliyinə heç bir təsir göstərmir. Əsas olan iki gəncin bir-birini sevməsi və sağlam ailə qurmasıdır. Xaricdə insanlar sadəcə yaxın dost və ailə üzvləri ilə kiçik mərasim edirlər, amma bizdə sanki bu yarışa çevrilib. Hər kəs ‘kim nə deyər’ düşüncəsi ilə hərəkət edir. Halbuki bu qədər xərcləməkdənsə, o pulu gənclərə ev və ya iş qurmaq üçün vermək daha məqsədəuyğundur. Məncə, artıq sadəlik dəbdə olmalıdır".

Şəhər sakini Nəcməddin Məmmədov: "Məncə, problem təkcə israfçılıqda deyil, həm də cəmiyyətin yaratdığı sosial təzyiqdədir. Gənclər çox vaxt öz istəklərinə görə yox, ‘xalq nə deyər’ düşüncəsinə görə hərəkət edirlər. Toy sadə olsa, dərhal söz-söhbət olur: ‘filankəsin toyu zəif idi’, ‘filan şey yox idi’ və s. Bu da insanları təmtəraqlı toy etməyə məcbur edir. Amma nəticədə nə olur? Borc, stress, yorğunluq... Halbuki toyun mahiyyəti sevgi və xoşbəxtliyin paylaşılmasıdır. Xaricdə insanlar rahat, azsaylı qonaqlarla toy edirlər, amma bizdə bəzən toyun özündən çox danışırlar. Mən istərdim ki, gələcəkdə bu düşüncə dəyişsin və insanlar səmimiyyətə, yoxsa görüntüyə önəm versinlər".

Şəhər sakini Elşən Ağayev: "Bu mövzu mənim üçün çox aktualdır, çünki mən də yaxın aylarda evlənəcəm. Toya hazırlaşanda görürsən ki, hər şeyin qiyməti çox bahadır. Zal, musiqi, bəzək, yeməklər — hamısı əlavə xərcdir. Amma bir tərəfdən də ailə və qohumlar ‘belə toy olmalıdır, camaat nə deyər?’ düşüncəsilə insanı bir növ təzyiq altında saxlayır. Açığı, mən özüm daha sadə və səmimi toy istərdim. Çünki toy bir gün olur, amma ailə həyatı ömürlükdür. Bizdə çox vaxt insanlar borc alıb toy edir, sonra aylarla, illərlə onu qaytarmaqla məşğul olurlar. Məncə, əsas olan təmtəraq yox, sevgi və ailədir. Xaricdəki kimi sadə toy edib, o pulu gələcəyə sərf etmək daha ağıllı qərardır".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:255
embedMənbə:https://sia.az
archiveBu xəbər 07 Oktyabr 2025 17:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see628

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see328

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see320

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see244

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see236

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see234

Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü

28 Oktyabr 2026 06:14see217

Qeydiyyatda olmayan “klinika”, qeyri adi müalicə üsulları: “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti FOTO

28 Oktyabr 2026 11:09see217

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

28 Oktyabr 2026 11:32see214

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

28 Oktyabr 2026 13:58see207

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

28 Oktyabr 2026 18:11see197

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

28 Oktyabr 2026 19:03see191

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

29 Oktyabr 2026 00:15see189

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

29 Oktyabr 2026 01:29see188

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

28 Oktyabr 2026 17:27see186

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

28 Oktyabr 2026 22:50see185

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see179

Papillomanı yandırmaq kifayət deyil! HPV varsa törəmə yenidən yarana bilər

28 Oktyabr 2026 15:55see171

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see163

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

29 Oktyabr 2026 01:35see162
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri