Icma.az
close
up
RU
Təbii yoxsa, süni gözəllik? PAYTAXT SAKİNLƏRİ DANIŞDI SORĞU

Təbii yoxsa, süni gözəllik? PAYTAXT SAKİNLƏRİ DANIŞDI SORĞU

Sia Az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

9 sentyabr Beynəlxalq Gözəllik Günü kimi qeyd olunur. Bu günün əsas məqsədi gözəlliyin müxtəlif formalarını qiymətləndirmək, insanların zövqlərinin və baxışlarının nə qədər fərqli ola biləcəyini göstərməkdir. Bəziləri hesab edir ki, əsl gözəllik sadəlikdə və təbiilikdədir, digərləri isə süni müdaxilələrlə də insanın daha cəlbedici görünə biləcəyini düşünür. Mövzunun aktuallığını nəzərə alaraq, SİA olaraq şəhər sakinləri arasında kiçik bir sorğu keçirdik.

Şəhər sakini Mədinə Ələsgərova: “Fikrimcə, təbii gözəllik daha yaxşıdır. Təbii gözəllik daha yaxşı və gözəl görsənir. Elə insanlar var ki, həqiqətəndə doğuşdan onlarda elə bir gözəllik olur ki, insan ona baxmaqdan doymur. Buna həm biz xanımları, həm də bəyləri aid etmək olar. Elə insanlarda var ki, özlərini gedir min cür estetik əməliyyatlar etdirərək gözəlləşdirməyə çalışırlar. Amma düşünürəm ki, bunu yaxşı alındırada bilmirlər. Amma müəyyən insanlarda var ki, həqiqətən də xəstəliyinə görə estetika etdirir. Həmçinin digər qism insanlar bunu adi bir şey kimi qəbul edir. Düşünürəm ki, onlarda çirkinlik fobiyası var və ona görə də bunları edirlər. insan dünyaya necə gəlibsə, elə də gözəl görsənməlidir”.

Şəhər sakini İsfahan Əhmədov: “Təbii gözəlliyin yerini heçnə verə bilməz. İlahi nə veribsə, ona qane olmaq lazımdır. İstəyirsən təbiət, insan, canlı olsun, istəyirsən cansız Allah nə verirsə o hər şeydən əziz olmalıdır. Təbii gözəllikdə buna daxildir. Amma özünü süni şəkildə gözəlləşdirən insanlarda var. Düzdür o onun şəxsi işidir amma yaxşı iş deyil. Tanınmış adamlar özünə süni gözəllik verir. Müğənnilər, artislər, din xadimləri, vəzifədə olanlar özlərini süni şəkildə gözəlləşdirir. Ancaq əndazəni aşmaq lazım deyil. Elələri var ki, dodaqlarını şişirdib, yarım kilo edirlər. Bu kimə lazımdır?".

Şəhər sakini Şənay Fərəhova: “Fikrimcə indi təbii gözəlliyə o qədər də önəm verən yoxdur. Mənə görə süni gözəllik daha yaxşıdır. Özünü necə istəyirsənsə elə də edə bilirsən. Təbii gözəllik keçmişdə (Füzulinin, Nizaminin dövründə) qaldı. Artıq heç kim indi təbii gözəlliyə önəm vermir”.

Şəhər sakini Süheyla Əhmədova: “Mən təbii gözəliyə daha çox üstünlük verənlərdənəm. Düzdü özlərini süni şəkildə əməliyyat etdirərək gözəlləşdirənlər də var. Amma elə insanlar da var ki onun bu əməliyyatlara ehtiyacı var. Məsələn, hər hansısa bir qəza keçirib və üzündə müəyyən problemlər var. Onda hə bu zaman əməliyyat olmalıdır. Amma özlərini süni şəkildə əməliyyat etdirərək gözəlləşdirənlərə yaxşı baxmıram”.

Şəhər sakini Humay Bağırova: “Mənim üçün hər zaman təbii gözəllik daha dəyərlidir. Çünki insanın öz siması, təbiiliyi və sadəliyi onun ən gözəl tərəfidir. Təbii gözəllik insanın özünü olduğu kimi qəbul etməsi deməkdir. Əlbəttə, süni gözəllik də cazibədar görünə bilər, amma bu çox vaxt qısa müddətli təsir bağışlayır. İnsan gərək daxildən güclü və özünə inamlı olsun, bu zaman onun üzünə və gözlərinə də ayrı bir işıq gəlir. Məncə, səmimi gülüş və təbii gözəllik heç bir süni müdaxilə ilə əvəz oluna bilməz”.

Şəhər sakini Qönçə Quliyeva: “Düşünürəm ki, süni gözəlliyə də pis baxmaq olmaz. Axı hər kəsin öz istəyi, öz zövqü var. Kimsə öz görünüşündə bir detalı dəyişməklə özünə daha çox güvən qazana bilər. Əgər bu, həmin insana xoşbəxtlik gətirirsə, niyə də olmasın? Sadəcə, balansı qorumaq lazımdır. Çünki çox süni müdaxilə insanı təbii gözəlliyindən uzaqlaşdırır. Mənim üçün ən ideal variant təbii gözəlliyi qoruyaraq kiçik toxunuşlarla daha yaxşı görünməkdir. Yəni tamamilə əleyhinə deyiləm, amma təbiilik hər halda daha üstün gəlir”.

Şəhər sakini Səlim Abbasov: “Fikrimcə, təbii gözəllik hər zaman daha təsirlidir. İnsan öz halında, təbii görünəndə daha səmimi olur. Süni gözəllik ilk baxışda diqqət çəkə bilər, amma uzun müddət insanı özündə saxlayan, ona xoş təsir bağışlayan təbii görünüşdür. Məncə, əsas məsələ yalnız xarici gözəllik də deyil, daxili gözəlliyin də üzə vurmasıdır. İnsanın yaxşı rəftarı, mehribanlığı, pozitiv enerjisi onun simasında da özünü göstərir. Ona görə də mənim üçün təbiilik hər zaman üstünlük təşkil edir”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:238
embedMənbə:https://sia.az
archiveBu xəbər 09 Sentyabr 2025 16:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see282

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see264

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see262

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see259

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see255

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see245

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see236

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see232

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see227

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see227

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see223

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see214

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see213

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see208

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see207

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see201

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see199

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see196

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see191

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri