Qızıl və pul oğurlayan şəxslər saxlanıldı
Unikal.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Yasamal rayonu ərazisində yerləşən evlərin birindən 1770 manat pul və 1000 manat dəyərində qızıl üzük oğurlanması barədə polisə məlumat daxil olub.
"Unikal" xəbər verir ki, Yasamal RPİ 28-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən 39 yaşlı V.Hüseynov müəyyən olunaraq saxlanılıb.
Digər oğurluq hadisələri isə paytaxtın Nəsimi, eləcə də Abşeron rayonu ərazisində baş verib. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə bir nəfərə məxsus içərisində 700 manat olan pul kisəsini, həmçinin Abşeron rayon sakininin 350 manatını oğurlamaqda şübhəli bilinən İ.Muradov və A.Süleymanova müəyyən edilərək saxlanılıblar.
Faktlarla bağlı araşdırma aparılır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:109
Bu xəbər 12 Fevral 2025 15:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















