Icma.az
close
up
RU
Paytaxtda populyarlaşan velosiped idmanı zərəri də var… KONKRET

Paytaxtda populyarlaşan velosiped idmanı zərəri də var… KONKRET

Icma.az, Konkret.az portalına istinadən məlumatı açıqlayır.

Velosiped son zamanlar ən çox populyarlaşan nəqliyyat vasitələrindən sayıla bilər. Ekoloji baxımdan zərərsiz olması öz yerində, bu ikitəkərli nəqliyyat vasitəsi əsasən pozitiv əhval və daha yaxşı sağlamlığı tərcih edənlərin hobbisinə çevrilməkdədir. Söhbət xüsusən də paytaxt Bakıdan gedir.

KONKRET.az xəbər verir ki, bu ilin 24 avqust tarixindən Bakıda velosiped kirayəsi xidmətinin tətbiqinə başlanılıb. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin mikromobillik şöbəsinin müdiri Coşqun Məmmədovun sözlərinə görə, indiyədək kirayə edilmiş velosipedlərlə 140 min kilometrə yaxın sürüş olub: “Bu vaxta qədər 2056 velosiped kirayəyə götürülüb. Velosiped kirayəsi üçün gündəlik 650 sifariş olur. Gündəlik müraciət edən sürücü sayı 300-305 şəxsdir. Velosipedlərin kirayəsi üçün bu vaxta qədər 30128 qeydiyyat olub”.

Bəs velosiped sürməyin faydaları nədir, kimlərə daha çox xeyirdir, kimlərə olmaz? Hansı xəstəliklərdə əks-göstərişdir? Arıqlamaq istəyənlər üçün məqbuldurmu?

Mütəxəssislər bildirir ki, velosiped sürməyin bir çox faydası var və həm sağlamlıq, həm də psixoloji baxımdan müsbət təsirlər yaradır. Velosiped sürmək:

Ürək-damar sağlamlığı üçün əladır: Velosiped sürmək ürək döyüntüsünü artıraraq qan dövranını yaxşılaşdırır, qan təzyiqini nizamlayır və ürək-damar xəstəlikləri riskini azaldır.

Əzələ gücləndirmə: Ayaq, qarın, və qol əzələlərini gücləndirir və bədənin ümumi gücünü artırır.

Psixoloji faydalar: Velosiped sürmək stress və narahatlığı azaltmağa kömək edir, endorfin ifrazını artıraraq əhval-ruhiyyəni yaxşılaşdırır.

Arıqlamaq üçün idealdır: Velosiped sürmək yüksək kaloriyə səbəb olur, yağları yandırmağa kömək edir və metabolizmi sürətləndirir. Bu, arıqlamaq istəyənlər üçün çox faydalıdır.

Kimlərə daha çox xeyirlidir?

Hərəkət tərzi passiv olan insanlar üçün velosiped sürmək əzələləri işə salır və sağlam həyat tərzi formalaşdırır.

Artıq çəkili və arıqlamaq istəyənlər üçün çox faydalıdır.

Psixoloji sağlamlığını yaxşılaşdırmaq istəyənlər və stresdən əziyyət çəkənlər üçün də tövsiyə olunur.

Kimlərə olmaz və hansı xəstəliklərdə əks-göstərişdir?

Bəzi hallarda velosiped sürmək məsləhət görülmür:

Artrit və digər oynaq problemləri olanlar üçün ağrıları artırma riski var.

Diz və bel problemləri olanlar diqqətli olmalıdır, çünki bu hallar zamanı səhv duruş və təzyiq oynaqları yükləyə bilər.

Yüksək qan təzyiqi və ürək xəstəlikləri olanlar həkim məsləhəti ilə başlamalıdırlar, çünki yüksək intensivlikdə bu fəaliyyət bəzən risk yarada bilər.

Arıqlamaq üçün velosiped sürmək məqbuldur, lakin hər hansı sağlamlıq problemi varsa, əvvəlcə həkimlə məsləhətləşmək vacibdir.

Mövzu ilə bağlı “Ankara” klinikasının baş həkimi Zülfüqar Yusifov  danışıb: “Velosiped sürmək digər idman növləri kimi fiziki aktivliyin artması ilə şərtlənir. Yəni aktiv yürüş, qaçış və s. kimi velosiped sürmək də fiziki aktivliyi artırır. Təbii ki, fiziki aktivlik, idman hərəkətləri insan sağlamlığı üçün olduqca vacibdir. Xüsusən bir sıra xəstəliklərdən qorunmaq, immun sistemin möhkəmlənməsi, fiziki gücün artması, xüsusən ürək-damar xəstəliklərindən qorunmaq, aşağı ətrafların arteriyalarının yaxşı çalışması, venous sistemin, nasos funksiyalarının yetərli olması, əzələ gücünün artması və sairə üçün çox sayda faydaları var.

Bəs zərərli tərəfləri hansılardır? Məlum xəstəliklər var ki, orada fiziki aktivlik müəyyən edən dozasında olmalıdır. Məsələn, insanlarda küləyə qarşı həssaslıq varsa, frontit, qaymorit və bu kimi digər xəstəliklər varsa, velodiped sürərkən mütləq şəkildə üz örtüklərindən istifadə etmək lazımdır.

Koksidiniya – bel nahiyəsində olan ağrı kimi problemlərdən əziyyət çəkənlər də hərəkət və mövqe dəyişikliklərində ehtiyatlı olmalıdırlar, çünki bu nahiyədə hər hansı sıxılmalar və ya basqılar ağrını daha da artıra bilər. Ehtiyat tədbiri olaraq, uyğun oturacaqlar və ehtiyac olduqda yumşaldıcı örtüklərdən istifadə tövsiyə olunur.

Əlavə olaraq, ürək-damar çatışmazlığı və ya tənəffüs sistemi problemləri olan adamlar velosiped sürərkən mütləq həkim məsləhətinə əməl etməlidir. Çünki fiziki gərginlik və həddindən artıq aktivlik bu xəstəlikləri olan insanlar üçün risk yarada bilər. Həmçinin aşağı ətraf əzələləri və oynaq sistemi də dəyərləndirilməlidir ki, zədələnmə və ya ağrılar baş verməsin. Bu baxımdan, tənginəfəs və dayanıq sistemindəki xəstəlikləri olan şəxslər, xüsusən də hər hansı narahatlıq və ya zədə riski yarandıqda fəaliyyətlərini tənzimləməli və diqqətli olmalıdır”./yeni musavat

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:196
embedMənbə:https://konkret.az
archiveBu xəbər 05 Noyabr 2024 11:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sahibə Qafarova Laos Prezidenti ilə görüşüb

13 Oktyabr 2026 19:16see322

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see309

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

14 Oktyabr 2026 00:48see306

Mikayıl Cabbarov: Ölkəmizdə Mərkəzi Asiya kapitalı əsasında yaradılan 400 dən artıq şirkət fəaliyyət göstərir

13 Oktyabr 2026 20:22see301

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

14 Oktyabr 2026 08:23see297

Kişiləri getdi, milyonlar gəldi Ayrılıqdan qazanan məşhur müğənnilər

13 Oktyabr 2026 18:55see264

Azərbaycan Mədəniyyəti FAO nun Baş qərargahında təqdim olunub

13 Oktyabr 2026 21:24see261

Tupak Şakurun qətlini təşkil edən şəxsə 30 ildən sonra yenidən HÖKM OXUNDU FOTO

14 Oktyabr 2026 00:39see225

“17 ildir günahsız yerə həbsdə yatıram“ 70 yaşlı ömürlük məhkum

13 Oktyabr 2026 18:14see219

Ağ Evdə Zakariyanın işindən narazılıq var qovula bilər

14 Oktyabr 2026 04:17see217

Qalatasaray Barselona matçında beş qol: Çempionlar Liqasında günün nəticələri

14 Oktyabr 2026 01:10see206

Mourinyo Endrikin “Real”dan ayrılmasına qarşı çıxdı

14 Oktyabr 2026 02:38see203

Səudiyyə husi raketini havada zərərsizləşdirdi

14 Oktyabr 2026 01:47see199

SEPAH müşaviri: ABŞ İranda quru əməliyyatında ağır itkilər verəcək

14 Oktyabr 2026 03:09see197

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

15 Oktyabr 2026 01:57see197

Prezident və birinci xanım Vyetnam nümayəndə heyətini qəbul etdi FOTO/VİDEO

15 Oktyabr 2026 00:11see178

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see156

"Sabah" ÇL də neçəncidir?

14 Oktyabr 2026 02:01see155

Hülya Avşardan Erkan Petekkayaya CAVAB: Kədərlənmə, çox əyləndim

13 Oktyabr 2026 17:18see155

Kişilər arasında dostluğu qorumağın sadə bir yolu müəyyən edilib...

13 Oktyabr 2026 20:52see155
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri