Icma.az
close
up
RU
Paytaxtda silsilə oğurluqların üstü açıldı SABİQ POLİS RƏİSİ DANIŞDI

Paytaxtda silsilə oğurluqların üstü açıldı SABİQ POLİS RƏİSİ DANIŞDI

Icma.az, Bakupost portalına istinadən məlumatı açıqlayır.


Paytaxtın müxtəlif rayonlarında qeydə alınan oğurluq hadisələrinin üstü polis əməkdaşları tərəfindən açılıb.

Daxili İşlər Nazirliyi mətbuat xidmətindən Bakupost.az-a verilən məlumata görə, Sabunçu rayonu ərazisində yerləşən obyektlərin birindən ümumi dəyəri 2300 manat olan 6 ədəd proyektor və noutbuk oğurlanıb. Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 22 yaşlı F.İdrisov saxlanılıb.

Digər hadisə Yasamal rayonunda baş verib. Burada 2000 manat dəyərində mobil telefonun oğurlanması faktı üzrə aparılan araşdırmalar nəticəsində 35 yaşlı L.Məmmədova şübhəli şəxs qismində saxlanılıb.

Nəsimi rayonunda yerləşən elektronika mağazalarından birindən isə 2500 manat dəyərində noutbuk oğurlanıb. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə 37 yaşlı V.Rzayev müəyyən edilərək saxlanılıb. Araşdırmalar zamanı onun paytaxtdakı digər mağazalardan da məişət və elektronika avadanlıqları oğurladığı, daha sonra həmin əşyaları müxtəlif ticarət obyektlərində satdığı məlum olub.

Bundan başqa, Sabunçu rayonu ərazisində yerləşən müəssisələrdən birindən ümumi dəyəri 8000 manat olan 6 ton metal avadanlığın oğurlanması faktı da qeydə alınıb. Araşdırmalar nəticəsində əvvəllər oğurluq cinayətinə görə məhkum olunmuş 33 yaşlı T.Əzimov saxlanılıb. Məlum olub ki, o, işlədiyi obyektdən dəmir avadanlıqları hissə-hissə çıxararaq metal qəbulu məntəqələrinə satıb.

Qeyd edək ki, DİN-in mətbuat xidmətinin məlumatına görə, iyunun 5-də ölkə ərazisində qeydə alınan 64, əvvəlki dövrlərdən bağlı qalan 10 cinayətin açılması təmin olunub. Həmçinin axtarışda olan 147 nəfər saxlanılıb, narkotiklərlə əlaqəli 34, qanunsuz silah-sursatla bağlı isə 9 fakt aşkarlanıb. Gün ərzində cinayət törətməkdə şübhəli bilinən 60 nəfər tutulub.

Sabiq polis rəisi Mahmud Hacıyev Musavat.com-a deyib ki, paytaxtda son bir neçə saat ərzində açıqlanan oğurluq faktları bir daha göstərir ki, cinayətkarlar üsullarını dəyişsələr də, hüquq-mühafizə orqanlarının operativ imkanları da paralel şəkildə güclənir: "Burada diqqət çəkən məqam oğurlanan əşyaların çeşididir. Bir hadisədə noutbuk və proyektorlar, digərində mobil telefon, başqa bir epizodda isə 6 ton metal avadanlıq oğurlanıb. Bu isə onu göstərir ki, oğurluq cinayətləri məişət səviyyəsində deyil, biznes subyektlərini və istehsalat obyektlərini də ciddi şəkildə hədəfə alır. Xüsusilə Sabunçuda qeydə alınan 6 ton metal avadanlığın oğurlanması faktı adi cinayət hadisəsindən daha ciddi problemdən xəbər verir. İstintaqın ilkin nəticələrinə görə, həmin şəxs işlədiyi müəssisədən avadanlıqları hissə-hissə çıxararaq metal qəbulu məntəqələrinə satıb. Bu isə yalnız oğrunun məsuliyyəti məsələsini deyil, eyni zamanda metal qəbulu məntəqələrinin nəzarət mexanizmlərini də gündəmə gətirir. Çünki böyük həcmdə metalın mənşəyi araşdırılmadan qəbul edilməsi belə cinayətlərin davamlılığı üçün münbit şərait yarada bilir. Digər tərəfdən, elektronika məhsullarının oğurlanması və sonradan müxtəlif ticarət obyektlərində satılması faktı kölgə bazarının hələ də mövcud olduğunu göstərir. Oğurlanmış malların alıcısı olmasa, bu tip cinayətlərin iqtisadi mənası da azalır. Buna görə də məsuliyyət yalnız oğurluq edən şəxslərin deyil, mənşəyi şübhəli malları alan və satanların da üzərinə düşür".

Mahmud Hacıyev deyib ki, DİN-in açıqladığı statistikaya nəzər saldıqda isə polis əməkdaşlarının əməliyyat fəaliyyətinin kifayət qədər intensiv olduğu görünür: "Təkcə bir gün ərzində 64 cari və əvvəlki dövrlərdən qalmış 10 cinayətin açılması, 147 axtarışda olan şəxsin saxlanılması, 60 şübhəlinin tutulması hüquq-mühafizə sisteminin cinayətkarlığa qarşı mübarizədə aktiv fəaliyyət göstərdiyini göstərən rəqəmlərdir. Oğurluq hadisələrinin sayını azaltmaq üçün yalnız operativ tədbirlər kifayət etmir.

Müəssisələrdə təhlükəsizlik sistemlərinin gücləndirilməsi, videomüşahidə şəbəkəsinin genişləndirilməsi, ikinci əl elektronika və metal qəbulu bazarlarına nəzarətin sərtləşdirilməsi də vacibdir. Əks halda, oğurlanan əşyaların bazarı mövcud olduqca, bu tip cinayətlərin tam qarşısını almaq çətin olacaq".


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:153
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 06 İyun 2026 12:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see418

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see332

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see326

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see273

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see239

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see236

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see229

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see212

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see209

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see199

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see198

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see196

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see196

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see195

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see190

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see187

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see186

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see180

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see179

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri