Paytaxtın mərkəzində yaşanan sıxlıq sürücüləri qaydaları pozmağa məcbur edir Xaosun əsas SƏBƏBİ
Oxu.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Baku TV-nin "Necə olmalıdır?" rubrikasının yeni buraxılışı yayımlanıb.
Bu dəfə paytaxtın Cəlil Məmmədquluzadə və Bakıxanov küçələrinin kəsişməsində yaşanan sıxlıq problemindən bəhs olunub.
Bildirilib ki, ərazidəki tıxacın əsas səbəbi nəqliyyat axınının çoxluğu və birləşən küçələrdə hökm sürən xaotik vəziyyətdir. Sıxlıq səbəbindən bu kəsişmədə yol hərəkəti qaydalarını pozanlar da az deyil.
"Xüsusilə günün pik saatlarında Zivərbəy Əhmədbəyov küçəsindən və onunla kəsişən hər iki istiqamətdən gələn sürücülər ciddi sıxlıq yaradırlar. Əsas problem ondan ibarətdir ki, hər üç istiqamətdən gələnlər Bakıxanov körpüsünün yanından sağa dönmək üçün qırmızı işıqda kəsişməyə daxil olur və nəticədə, yolun ortasında qalırlar", - deyə qeyd olunub.
Bildirilib ki, Allahyar Nəsibov küçəsindən gələnlər "Stop" nişanının tələbinə tam şəkildə əməl etsələr, bu zaman sıxlıq daha da artır və körpü altı sahədə hərəkət mümkünsüzləşir. Nəticə etibarilə bu ərazidə qaydaları pozmayan sürücülər sıxlıqda qalmalı olurlar.
Daha ətraflı videomaterialda:
Paytaxtın mərkəzində yaşanan sıxlıq sürücüləri qaydaları pozmağa məcbur edir - Xaosun əsas SƏBƏBİ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:81
Bu xəbər 13 İyul 2025 18:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















