Icma.az
close
up
RU
Paytaxtın mərkəzində yol çökmələrinin səbəbi bəlli oldu RƏSMİ

Paytaxtın mərkəzində yol çökmələrinin səbəbi bəlli oldu RƏSMİ

Bizim media saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Son vaxtlar paytaxtda ardıcıl olaraq baş verən yol çökmələri ictimaiyyəti narahat etməklə yanaşı həm də ciddi müzakirələrə səbəb olur.  Xüsusilə Bakının mərkəzi hissəsində – 28 May ərazisində zaman-zaman müşahidə olunan çökmələr bu hadisələrin səbəbləri ilə bağlı müxtəlif fikirlərə yol açır.
Həm mütəxəssislər, həm də sakinlər arasında versiyalar irəli sürülür: köhnəlmiş yeraltı kommunikasiya xətləri, intensiv tikinti işləri və yeraltı suların təsiri kimi amillər sadalanır.
Bunların sırasında ərazidə fəaliyyət göstərən ən intensiv metro xəttinin torpaq qatlarına mümkün təsiri də yer alır. Bəzi mütəxəssislər metro tunellərinin nəzəri olaraq torpaq qatına təsir göstərə bildiyini inkar etmirlər. Amma bunun üçün konkret geoloji və mühəndislik araşdırmaları aparılmalıdır.
Müxtəlif fikirlər səsləndirilsə də, paytaxt yollarında, xüsusilə 28 May ətrafında yol çökmələrinin mümkün səbəblərini Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) Bizim.Media-ya belə açıqladı:
“Şəhər yollarında yol çökmələrinin baş verməsinin əsas səbəblərindən biri müxtəlif kommunikasiya xətlərinin (su, kanalizasiya, qaz, elektrik və rabitə şəbəkələrinin) yol örtüyünün altından keçməsidir. Bu xətlərdə yaranan ən kiçik nasazlıq, xüsusilə su və kanalizasiya şəbəkələrində baş verən sızmalar torpağın yuyulmasına, boşluqların əmələ gəlməsinə və yol əsasının daşıma qabiliyyətinin zəifləməsinə səbəb olur. Nəticədə asfalt örtüyü deformasiyaya uğrayır, çatlar yaranır və zaman keçdikcə yol səthində çökmələr meydana gəlir. Bundan əlavə, kommunikasiya xətlərinin təmiri və ya yenilənməsi məqsədilə aparılan qazıntı işləri də çökmə riskini artıran mühüm amillərdən biridir”.
Xatırladaq ki, təkcə qeyd olunan ərazidə ötən gün Dilarə Əliyeva küçəsi ilə Puşkin küçəsi kəsişməsində (28 May nəqliyyat qovşağının bir hissəsidir) çökmə qeydə alınıb. Bundan başqa, iyunun 8-də də 28 May metro stansiyası ərazisində, aprelin 14-də isə Rəşid Behbudov küçəsi istiqamətinə doğru yolun bir hissəsi çöküb, nəticədə ərazidə böyük çuxur yaranıb.
Şəfiqə Şəfa, Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:127
embedMənbə:https://bizim.media
archiveBu xəbər 11 İyun 2026 15:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see315

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see280

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see273

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see268

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see262

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see259

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see258

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see243

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see237

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see233

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see225

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see224

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see223

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see221

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see218

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see216

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see211

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see197

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see191

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri