Icma.az
close
up
RU
Binəqədi yolundakı xaosun səbəbi bilindi

Binəqədi yolundakı xaosun səbəbi bilindi

Icma.az bildirir, Demokrat.az portalına istinadən.

Azadlıq prospektinin Dövlət Miqrasiya Xidməti binasının qarşısından Baksol körpüsünə qədər olan hissəsi artıq sadəcə yol deyil, sürücülərin hər gün səbrinin sınağa çəkildiyi çıxılmaz nöqtədir. Paytaxtın "şimal qapısı" sayılan bu istiqamətdə günün istənilən saatında maşınların dayanması artıq adi hala çevrilib. Lakin bu sıxlığın arxasında yalnız avtomobillərin çoxluğu deyil, həm də illərdir həllini tapmayan xırda görünən bəzi səhvlər dayanır.
Ərazidəki ən böyük xaos Süleyman Sani Axundov küçəsi ilə prospektin birləşdiyi yerdə yaşanır. Burada nə işıqfor var, nə də hərəkəti nizama salan bir qurğu. "Mələk" restoranı yaxınlığından geriyə dönmək istəyən hər bir sürücü Binəqədi istiqamətinə gedən axının önünü kəsməyə məcbur qalır. Bu nizamsızlıq zəncirvari reaksiya yaradaraq kilometrlərlə uzanan tıxacın ilk həlqəsini təşkil edir.
Rəsulzadə qəsəbəsi tərəfə gedən yolda isə vəziyyət daha maraqlıdır. İki zolaqlı yoldakı nişanlanma xətləri sürücülər arasında sanki qorxu yaradıb. Çoxu elə bilir ki, həmin xətlərə görə zolaqdan düz getsələr cərimə olunacaqlar. Halbuki həmin ərazidə cərimə yazılması qanuna ziddir. Bu qeyri-müəyyənlik sürücülərin ehtiyatlı davranaraq yolu süni şəkildə daraltmasına səbəb olur.
Binəqədi şosesinin başlanğıcındakı o bitib-tükənməyən təmir işləri isə ayrı bir dərddir. Aylardır davam edən proses sanki dondurulub. Bu yol təkcə yaxınlıqdakı binaların sakinlərini deyil, həm də Novxanı, Mehdiabad, Fatmayi, Digah və Goradil kimi böyük yaşayış sahələrini Bakının mərkəzi ilə bağlayır. Şəhərin bu qədər yükünü daşıyan dörd zolaqlı yolun belə plansız şəkildə istismar edilməsi infrastrukturun bu yükə tab gətirmədiyini açıq göstərir.
Qeyd edək ki, məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib ki, Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramında sözügedən ərazidə layihənin icrası nəzərdə tutulub.
İslam
Demokrat.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:142
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 25 Fevral 2026 13:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see425

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see355

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see330

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see287

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see284

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see270

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see253

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see245

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see236

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see235

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see231

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see224

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see224

Rəşid Əl Xəlifənin “Yeşik labirinti” instalyasiyası izləyiciləri məkanın içində hərəkətə dəvət edir (Foto)

31 Oktyabr 2026 22:39see224

Hollivud ulduzu Cek Nikolson barədə danışdı: “Kinoya qayıtmayacaq”

01 Noyabr 2026 03:35see216

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see213

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see210

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see200

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see196

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri