Icma.az
close
up
RU
Menu

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

Ruslar üçün inflyasiya qumbarası...

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

Bəzi rayonlarda işıq olmayacaq

Azərbaycanda baş həkim vəfat edib

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

Azərbaycandan bu ölkəyə aparılan ət məhsulları məhv edilir

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

“Mançester Siti” Premyer Liqadan aşağı liqaya düşə bilər

Fransadakı iğtişaşlar PSJ Barselona görüşünə təsir edəcəkmi? Luis Enrike danışdı

Serialdakı Arda illər sonra (Foto)

Paytaxtın yol nəqliyyat infrastrukturu yeniləşdirilir

Paytaxtın yol nəqliyyat infrastrukturu yeniləşdirilir

Xalq qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Hərəkətin ahəngdarlığı və təhlükəsizliyi diqqət mərkəzindədir

Ölkə Prezidenti İlham Əliyevin 30 yanvar 2025-ci il tarixli sərəncamı ilə qəbul edilmiş “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nın icraya yönəldilməsindən 1 il ötür. Ötən müddətdə bu mühüm dövlət sənədinin reallaşdırılması ilə bağlı geniş tədbirlər həyata keçirilib. Bu mövzuda dünən keçirilmiş dəyirmi masada görülmüş işlər barədə ətraflı məlumat verilib.

Toplantıda çıxış edən nəqliyyat nazirinin müavini Rəhman Hümbətov Dövlət Proqramının çox geniş sahələri əhatə etdiyini vurğulayaraq bildirib ki, sözügedən sənəd çərçivəsində avtomobil yollarının genişləndirilməsi, 25 yol-nəqliyyat infrastrukturunun qurulması nəzərdə tutulur. Nazir müavini hazırda Bilgəh–Novxanı–VAZ dairəsi–Xırdalan–M-4, Akademik Həsən Əliyev–“Koroğlu” metrostansiyası, Xaqani Rüstəmov–Ağa Nemətulla, VAZ dairəsi–M4 Şamaxı yolunun tikintisinin sürətlə davam etdirildiyini, daha 4 layihə üzrə (Məhəmməd Xiyabani–Dairəvi-1, M4–Xırdalan (mərkəz) tunel, Xırdalan dairəsi, Əbdülvahab Salamzadə–Ziya Bünyadov) işlərə başlanılacağını, ümumilikdə isə, yaxın 6-7 ay ərzində bütün yolların layihələndirilməsi işlərinin tamamlanacağını diqqətə çatdırıb.

Nazir müavini qeyd edib ki, bu il Bakıda tramvay şəbəkəsinin yaradılması ilə bağlı işçi layihənin hazırlanması planlaşdırılır. Konseptual plandan sonra layihələndirmə mərhələsi həyata keçiriləcək. Layihələndirmə işlərinə isə Avropanın, Çinin, eləcə də digər ölkələrin şirkətləri cəlb oluna bilər: “Məqsəd tam müfəssəl bir layihə hazırlandıqdan sonra şəffaf bir tender vasitəsilə bizim üçün ən uyğun təklif nə olacaqsa, onun seçilməsidir. Burada da istisna deyil ki, layihəni icra edəcək qurum öz maliyyə təminatı, ekspertizaları və sair ilə gələ bilər. Bunların heç biri istisna deyil. Biz hazırda növbəti mərhələ kimi bu işçi layihənin hazırlanması mərhələsinə keçirik və bu il ərzində həmin işi görməyi planlaşdırırıq”.

Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nda “Mehdiabad-28 May” tramvay xəttinin çəkilməsinin nəzərdə tutulduğunu bildirən R.Hümbətov deyib ki, sözügedən layihə Bakının şimalındakı qəsəbələrin mərkəzlə birbaşa bağlantısını təmin etməklə yanaşı, həmin istiqamətdə, təxminən, 20 mindən çox avtomobil səfərinin azalacağına səbəb olacaq.

Bakı və Abşeron ərazisində ictimai nəqliyyatla bağlı “Brutto müqavilə sistemi”nə dair layihənin hazırlanması işlərinin son mərhələdə olduğunu bildirən nazir müavini deyib ki, bu müqavilənin başlıca məqsədi avtobus marşrutlarının müəyyən olunmuş cədvələ uyğun fəaliyyət göstərməsidir. Ölkədə avtobus parkının yenilənməsinin mühüm əhəmiyyət kəsb etdiyini vurğulayan R.Hümbətov bildirib ki, avtobusların sayının artırılması ilə yanaşı, daşıyıcı şirkətlərlə bağlı münasibətlərin tamamilə yeni müstəviyə keçirilməsi istiqamətində işlər görülür. Onun sözlərinə görə, “Brutto müqaviləsi” modelinə keçid həm xidmətin keyfiyyətinin artırılmasına, həm də daşıyıcıların maliyyə dayanıqlılığının təmin olunmasına imkan yaradacaq.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) idarə heyətinin sədri Anar Rzayev “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”na uyğun olaraq Bakıətrafı ərazilərdə dəmiryol nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verib. AYNA rəhbəri qeyd ki, 2030-cu ilədək Bakıətrafı ərazilərdə dəmir yolları üzrə əlavə 25 dayanacaq və stansiya istifadəyə veriləcək. 2026–2027-ci illərdə Yeni Suraxanı–Hövsan, 2026–2028-ci illərdə Bakıxanov–Binə–Qala, 2028–2030-cu illərdə isə Zabrat–Maştağa–Bağlar dəmir yolu xətlərinin, eləcə də bu xətlər boyunca mövcud stansiyaların bərpasının və yeni stansiyaların inşasının planlaşdırıldığını bildirən A.Rzayevin sözlərinə görə, ötən il sözügedən dəmiryol xətləri üzrə yol infrastrukturunun təhlili aparılıb, layihələndirmə işlərinə başlanılıb.

Diqqətə çatdırılıb ki, bərpa olunacaq xətlər boyunca stansiya və dayanacaqlar üzrə optimallaşdırma işləri həyata keçirilib, stansiyaların yerləri müəyyən olunub: “Zabrat–Maştağa–Bağlar xəttində Maştağa və Bağlar stansiyaları daxil olmaqla 7, Bakıxanov–Binə–Qala xəttində Binə və Qala stansiyaları daxil olmaqla 7, Yeni Suraxanı–Hövsan xəttində isə ümumilikdə 4 stansiyanın inşası və ya bərpası planlaşdırılır. Bu stansiyalardan 3-ü Hövsan ərazisində yerləşəcək. Eyni zamanda, Baş Keşlə və Nərimanov stansiyalarına dayanacaq verilməsi, Kürdəxanı, Fatmayı, Saray və Binəqədi dayanacaqlarının yaradılması planlaşdırılır”.

Bildirilib ki, Bakı və Sumqayıt şəhərlərində, bütövlükdə, Abşeron yarımadasında insanların gediş-gəlişini təmin edən dairəvi dəmir yolu marşrutunun Bakı–Xırdalan–Sumqayıt və Bakı–Pirşağı–Sumqayıt xətlərinin təkmilləşdirilməsi, eləcə də reys sayının artırılması üzrə mühüm işlər görülüb. Dəmir yolu xidmətlərinin keyfiyyətinin yüksəldilməsi məqsədilə rəqəmsallaşma tədbirləri həyata keçirilib, bilet satışı onlayn təşkil edilib, mobil tətbiq istifadəyə verilib, stansiya və dayanacaqlarda modernləşdirmə işləri görülüb. Bunun da nəticəsində, Abşeron dairəvi dəmir yolu üzrə sərnişin sayı həftəiçi gündəlik 36 mindən 43 minə qədər artıb. Bu da xidmət keyfiyyətinin artırılmasının və qatarla təhlükəsiz, rahat və maneəsiz səfərə üstünlük verilməsinin göstəricisidir.

Anar Rzayev onu da bildirib ki, ötən bir il ərzində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən şəhərdaxili sərnişin daşımaları üzrə avtobus parkında və ödəniş sistemində bir sıra işlər həyata keçirilib. Nəticədə yeni şəbəkənin icrasına başlanılıb və 8 marşrut istifadəyə verilib. Onun sözlərinə görə, Bakı, Sumqayıt və Abşeronda 395 yeni elektrikli və CNG texnologiyası ilə işləyən avtobus istismara buraxılıb.

Qeyd olunub ki, gedişhaqqı ödənişi ilə bağlı da yeniliklər tətbiq edilib, bank kartı ilə ödəmək imkanı yaradılıb. Ümumilikdə, nağdsız ödəniş olan avtobusların sayı 1800-ə çatıb. Gedişhaqqının nağdsız ödənilməsinin xüsusi çəkisi 85 faizə çatıb.

Dəyirmi masada Bakı metrosunda həyata keçirilən tədbirlər barədə də ətraflı məlumat verilib. Bildirilib ki, artıq 9 stansiyanın layihələndirmə işləri yekunlaşıb, 2027-ci ilə qədər inşası nəzərdə tutulan 10 stansiyadan 1-də tikinti gedir, digər 9 stansiyanın isə layihələndirmə işləri yekunlaşıb. Metronun şərti adı B4 olan stansiyada tikinti davam edir və bu ilin sentyabr ayına qədər bitməsi nəzərdə tutulub. Dərnəgül deposunda tikinti işlərinə başlanılıb. Ümumilikdə isə, 2030-cu ildən sonra 24 stansiya, 16 şaxta, 2 depo üçün torpaq sahələri konversiya olunub.

Bakıda piyadaların və mikromobillik istifadəçilərinin hərəkətinin təhlükəsiz və rahat təşkili məqsədilə yeni infrastruktur layihələrinin icrasının planlaşdırıldığını bildirən A.Rzayevin sözlərinə görə, səkilərə və piyada yollarına dair ümumi tələbləri müəyyən edən dövlət standartı artıq təsdiq edilib və paytaxtın piyadalar üçün daha əlçatan şəhərə çevrilməsi istiqamətində ardıcıl tədbirlər görülür. Qeyd olunub ki, bu məqsədlə küçələr piyadalaşdırılır, yeni piyada zonaları yaradılır və ya genişləndirilir.

AYNA idarə heyətinin sədri Azərbaycanda mikromobilliyin təmin edilməsi istiqamətində görülən işlər barədə məlumat verərək deyib ki, ötən müddətdə 60,3 kilometr uzunluğunda mikromobillik zolağı yaradılıb. Yaxın vaxtlarda isə bu rəqəmin 100 kilometrə çatdırılması nəzərdə tutulur. Onun sözlərinə görə, aktiv mobillik tədbirlərinin həyata keçirilməsi üçün mikromobillik və piyada infrastrukturu genişləndirilir ki, bunun da nəticəsində skuter üçün 700, velosiped üçün isə 564 parklanma məntəqəsi təşkil edilib.

Mirbağır YAQUBZADƏ
XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:373
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 29 Yanvar 2026 11:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see342

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see334

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see325

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see284

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see258

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see256

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see249

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see236

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see211

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see200

Azərbaycandan bu ölkəyə aparılan ət məhsulları məhv edilir

20 Oktyabr 2026 00:21see186

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see185

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see183

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see182

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

20 Oktyabr 2026 05:49see180

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

20 Oktyabr 2026 04:58see179

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see171

“Mançester Siti” Premyer Liqadan aşağı liqaya düşə bilər

20 Oktyabr 2026 01:35see167

Fransadakı iğtişaşlar PSJ Barselona görüşünə təsir edəcəkmi? Luis Enrike danışdı

20 Oktyabr 2026 01:30see166

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see160
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri