Icma.az
close
up
RU
Yol nəqliyyat infrastrukturu təkmilləşdirilir

Yol nəqliyyat infrastrukturu təkmilləşdirilir

Ses qazeti-dan alınan məlumatlara görə, Icma.az xəbər verir Yol nəqliyyat infrastrukturu təkmilləşdirilir.

Azərbaycanda son illər ərzində yol-nəqliyyat infrastrukturu sahəsində əhəmiyyətli islahatlar həyata keçirilib. Paytaxt Bakı şəhər ərazisindəki yol şəbəkəsinin təkmilləşdirilməsi, yeni yol kəsişmələrinin və körpülərin tikilməsi, həmçinin tıxacların azaldılması məqsədilə müxtəlif layihələr də icra edilmişdir. Bakıdakı əsas magistral yollarda təmir və bərpa işləri, habelə yol infrastrukturunun müasirləşdirilməsi yollarda nəqliyyat vasitələrinin artan sayına paralel olaraq aparılmaqdadır. "Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi məqsədi daşıyır. Son 20 ildə Azərbaycan Respublikasında yol infrastrukturunun inkişafı sahəsində əsas nailiyyətlərdən biri ümumilikdə 20,8 min km uzunluğunda (o cümlədən 6,6 min km respublika əhəmiyyətli, 11,6 min km yerli əhəmiyyətli və 2,6 min km isə Bakı şəhərində) yeni yolların tikilməsi, yenidən qurulması və təmir olunmasıdır. Bundan əlavə, ümumi istifadədə və Bakı şəhərində olan avtomobil yollarında ümumilikdə 335 ədəd körpü və yol ötürücüsü tikilmiş, 56 ədədi təmir edilmiş, 163 ədəd yeraltı və yerüstü piyada keçidi və 45 ədəd tunel tikilmişdir. Bakı şəhərində və ətraf ərazilərdə mobilliyin artırılması və nəqliyyat axınının daha səmərəli idarə olunması məqsədilə 4 parklanma zonası üzrə 18 min parklanma yeri yaradılmışdır. Avtobusla sərnişindaşıma tezliyinin artırılması, hərəkət sürətinin təmin edilməsi və xidmət keyfiyyətinin yüksəldilməsi üçün 112 kilometr uzunluğunda avtobus zolaqları çəkilmişdir. Eyni zamanda, gündəlik xəttə çıxan avtobus sayı 1750-dən 2160-a qədər artırılmışdır. Bu islahatların məntiqi nəticəsi kimi əhali arasında avtobuslara inam artmış, islahatlar başladığı zamanla müqayisədə Bakı və şəhərətrafı ərazilərdə daşımalar 41 milyon və yaxud 9 faiz artmışdır.

Dövlət Proqramında qeyd olunduğu kimi, işğaldan azad olunmuş ərazilərdə ümumi uzunluğu 3.4 min km təşkil edən 44 avtomobil yolu layihəsi icra edilir ki, onlardan ümumilikdə 0.3 min km (6 layihə tamamilə, 1 layihə isə qismən) tikilib başa çatdırılmışdır. Azərbaycan Prezidenti İlham Əliyevin bildirdiyi kimi, "Azad edilmiş ərazilərdə görülən işlərin əsasını nəqliyyat layihələri təşkil edir. 3400 kilometrə yaxın avtomobil yolu - hələlik cəmi 44 avtomobil yolu layihəsi icra edilib, ya da ki, icra edilməkdədir. Eyni zamanda, 45 tunel, 447 körpü, 16 viaduk nəzərdə tutulub. Bunlardan 28 tunel, 392 körpü və 9 viadukun tikintisi tamamlanmışdır. Horadiz-Ağbənd dəmir yolunun 60 faizi inşa edilib. Bərdə-Ağdam dəmir yolunun 94 faizi inşa edilib. Bu, sadəcə olaraq, əsas layihələrdir ki, mən ictimaiyyətin diqqətinə çatdırıram və bu rəqəmlər hər şeyi deyir, hər şeyi göstərir. Göstərir ki, hansı ölçüdə biz nəqliyyat layihələrini icra etmişik. Əgər biz bunları icra etməsəydik, bu gün həm Bakı şəhəri, həm digər şəhərlər, həm də ümumiyyətlə, ölkə şəhərləri arasındakı bağlantılar bizim nəqliyyat imkanlarımızı tamamilə iflic vəziyyətinə sala bilərdi."

Bakı şəhərində və ətraf ərazilərdə sürətli urbanizasiya və əhali artımı nəqliyyat sahəsində islahatları zəruri edir. Mövcud vəziyyətdə şəhərin nəqliyyat sisteminin səmərəliliyini artırmaq və urbanizasiya nəticəsində yaranan çətinliklərin qarşısını almaq üçün strateji tədbirlərə ehtiyac vardır. Bakı şəhərinin və ətraf ərazilərin əsas nəqliyyat infrastrukturu, hərəkət axınları və iqtisadi fəaliyyət mərkəzdə cəmləşdiyindən şəhərdən kənar istiqamətə doğru hərəkətlər məhdudlaşır. Bakı şəhərinin 2020-2040-cı illəri əhatə edən Baş Planında bu qlobal trendlər nəzərə alınaraq, şəhərin perspektiv inkişaf istiqamətləri müəyyən edilmişdir.

AZƏRBAYCAN YOL İNFRASTRUKTURUNUN KEYFİYYƏTİ ÜZRƏ MDB DÖVLƏTLƏRİ ARASINDA BİRİNCİ YERDƏDİR

Görülmüş işlər nəqliyyat vasitələrinin nizamlı şəkildə parklanmasını təmin etməklə, yollarda nəqliyyat sıxlığının azalmasına, eyni zamanda piyadalar üçün daha təhlükəsiz və rahat mühitin formalaşmasına xidmət edir. Bundan əlavə, beynəlxalq nəqliyyat əlaqələrinin təmin olunması üçün həyata keçirilən M-1 Bakı–Quba–Rusiya Federasiyası ilə dövlət sərhədi yeni avtomobil yolu, M-2 Bakı–Ələt–Qazax–Gürcüstanla dövlət sərhədi avtomobil yolu, 6 M-3 Ələt–Astara–İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolu, Şəki–Oğuz–Qəbələ və Füzuli–Şuşa (Zəfər yolu) kimi avtomobil yolu layihələri yüksək keyfiyyətli və təhlükəsiz hərəkət imkanları təqdim etməklə, həm yerli, həm də beynəlxalq tranzit daşımalarının sürətini artırmağa və yükdaşımaların effektivliyini yüksəltməyə kömək etmişdir. Bakı şəhərində şəhərdaxili və şəhərətrafı sərnişin nəqliyyatını asanlaşdırmaq məqsədilə icra edilmiş Bakı dairəvi avtomobil yolu, Böyükşor–Pirşağı, Zığ–Hava Limanı, Hava Limanı–Mərdəkan–Zuğulba, Böyükşor şosesi, Mərdəkan şosesi, H.Əliyev prospekti, Babək prospekti və 8 Noyabr prospekti layihələri şəhər və ətraf ərazilər arasındakı əlaqələri sürətləndirərək nəqliyyat infrastrukturunun gücləndirilməsinə töhfə vermiş, sərnişinlərin rahat və təhlükəsiz hərəkətinə imkan yaratmışdır. Yol infrastrukturunun qorunması və normalara uyğun olaraq nəqliyyat vasitələrinin oxuna düşən yükə nəzarət məqsədilə magistral yollarda elektron tərəzilər quraşdırılmışdır. Qeyd olunan işlər Azərbaycan Respublikasının yol infrastrukturunun keyfiyyətini artırmaq və nəqliyyatın daha sürətli və etibarlı olmasını təmin etmək məqsədinə xidmət edir. Dünya İqtisadi Forumunun avtomobil yollarının vəziyyəti ilə bağlı hesabatına əsasən, Azərbaycan yol infrastrukturunun keyfiyyəti üzrə MDB dövlətləri arasında birinci yerdə, dünyada isə 27-ci yerdə qərarlaşaraq beynəlxalq səviyyədə yüksək qiymətləndirilmişdir.

2030-CU İLƏDƏK 10 YENİ METRO STANSİYASI TİKİLƏCƏK

Təbii ki, sərnişinlərin daşınmalarını təkcə avtobuslarla yerinə yetirmək mümkün deyil. Tələbat yüksək olduğundan kütləvi daşıyıcıların xidmətlərinin genişləndirilməsi çox vacibdir. Burada metronun inkişafı önəmlidir.

Bakı metrosunun inkişafı çərçivəsində mühüm layihələr həyata keçirilir və gələcək üçün genişmiqyaslı planlar hazırlanmışdır. Dövlət Proqramında qeyd olunduğu kimi, xarici təchizatçı ilə 65 vaqonun tədarükü üzrə müqavilə imzalanmış, 2024-cü ildə 35 vaqon ölkəyə gətirilərək sərnişinlərin istifadəsinə verilmişdir. Artan sərnişin tələbi nəzərə alınaraq, cari ildən etibarən 2030-cu ilədək 10 yeni metro stansiyasının tikintisi planlaşdırılır. "Bakı Metropoliteni Xətlərinin Konseptual İnkişaf Sxemi"nə əsasən, metropolitenin ümumi şəbəkəsinin 5 xətdən, 76 stansiyadan, 6 elektrik deposundan və 119,1 km uzunluğunda xətlərdən ibarət olması nəzərdə tutulur. Gələcək planlarda 51 yeni stansiyanın inşası və əlavə 84,3 km metro xəttinin çəkilməsi əsas prioritetlərdəndir. Bu layihələr həm sərnişin axınının rahatlığını təmin edəcək, həm də şəhərin davamlı mobillik strategiyasına töhfə verəcəkdir. Bu stansiyalar "Bənövşəyi xətt"in Babək prospektinə qədər və "Yaşıl xətt"in isə metronun "Həzi Aslanov" stansiyasına qədər uzadılmasıdır. "Bənövşəyi xətt"in uzadılması, metronun "Avtovağzal" və "Xocasən" stansiyalarının istifadəsini genişləndirəcək və bir daha "20 Yanvar" metrostansiyasına və həmin dairəyə təzyiqi ciddi şəkildə azaldacaqdır. Bu layihələrin icrası nəticəsində il ərzində metro ilə daha 88 milyon sərnişin daşınması mümkün olacaqdır. Metro şəhər daxilində olan daşımaları həyata keçirəcəkdir.

NƏQLİYYAT İNFRASTRUKTURU TƏKMİLLƏŞDİRİLİR

Lakin bundan başqa, şəhər ətrafından paytaxta gün ərzində 400 min sərnişin daxil olmaqdadır və bu sərnişinlərə xidmət göstərilməsi üçün dəmir yolunun xidmətlərinin genişləndirilməsi proqramı da nəzərdə tutulmuşdur. Burada ilk olaraq Abşeron dairəvi yoluna qatarların əlavə edilməsi, yük qatarlarının dairəvi yola daxil olmasının qarşısının alınması üçün Güzdək-Qaradağ dəmir yolunun istifadəyə verilməsi nəzərdə tutulmuşdur. Həmçinin mövcud olan, lakin köhnəlmiş və istifadədən çıxarılmış bəzi dəmir yollarının da istifadəyə qaytarılması qərara alınmışdır. Bunlar "Zabrat 2"- "Maştağa"- "Bağlar"- "Albalı", Bakıxanov-Binə-Qala-Yeni Suraxanı-Hövsan istiqamətləridir ki, bunlar da sərnişin axınına xidmət göstərməyə imkan verəcəkdir. Növbəti mərhələdə Yeni Suraxanıdan Heydər Əliyev Beynəlxalq Aeroportuna dəmir yolu xəttinin çəkilməsi nəzərdə tutulmuşdur ki, orada sərnişin axını artdıqda dəmir yolu xidmət göstərə bilsin.

Bakıda iki yaşayış sahəsinin - Mehdiabad və "Sea Breeze" ərazilərinin metro və dəmir yoluna çıxışı yoxdur. Bu ərazilərdə isə artıq tramvay xətlərinin tətbiq olunması nəzərdə tutulmuşdur. "Sea Breeze"dən tramvay xətti çəkilərək Pirşağı stansiyası ilə əlaqələndiriləcək və orada bir hab yaradılacaq. Mehdiabad-Binəqədi istiqamətindən isə metronun "28 May" stansiyası ilə əlaqələndirməklə tramvay xəttinin çəkilməsi nəzərdə tutulmuşdur ki, sərnişinlərə xidmət göstərilə bilsin.

Dövlət Proqramının icrası Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsini, şəhərdaxili sıxlığın azaldılmasını və geniş nəqliyyat şəbəkəsinin qurulmasını təmin etməklə yanaşı, ictimai nəqliyyatdan istifadənin səmərəliliyini artıracaq, özəl sektorun innovativ həllərlə proseslərə töhfə verməsini təşviq edəcək və iqtisadi rifahın artmasına şərait yaradacaqdır.

Nəzakət ƏLƏDDİNQIZI

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az-ı izləyin.
seeBaxış sayı:17
embedMənbə:https://sesqazeti.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

2 yaşlı körpə ölümlə mübarizə aparır Məryəmin gülüşünü solmağa qoymayaq

11 Fevral 2025 18:37see236

Rəşad Sadıqov: “Rəqibi təbrik edirəm”

10 Fevral 2025 21:16see121

DİQQƏT: Bakıda bu tarixdə qar yağacaq, 1 dərəcə şaxta olacaq

11 Fevral 2025 03:41see120

Zəngin olmaq üçün ən yaxşısı

11 Fevral 2025 05:00see119

Tramp inaqurasiyadan sonra Si Cinpinlə danışdığını açıqlayıb

11 Fevral 2025 07:48see118

Pensiya yüksəliş yarışı qızışır

11 Fevral 2025 05:00see118

Tramp HƏMAS üçün “cəhənnəm” hazırlayır

11 Fevral 2025 10:20see117

O dünyadan Əlisa Nicata MƏKTUB

11 Fevral 2025 04:52see117

Avtobus dərəyə aşdı: 50 dən çox adam öldü

11 Fevral 2025 03:01see117

Yuventus yay üçün transfer bombası hazırlayır ADLAR

10 Fevral 2025 20:00see117

Teylor Svift fitə basıldı: Səbəb nə olub?

11 Fevral 2025 00:57see115

Sərnişin təyyarədə hamını ayağa qaldırdı

10 Fevral 2025 23:53see115

Həbsdə olan eks direktorunun üzərinə həbs qoyulmuş əmlaklarının müsadirə edilməsi istənilir

11 Fevral 2025 11:37see114

Kolumbiyada 4 qadın futbolçu ildırım vurması nəticəsində həlak olub

10 Fevral 2025 20:58see114

Azərbaycanda un BAHALAŞDI SON QİYMƏTLƏR

11 Fevral 2025 11:36see112

Bakıdan təkliflərimizə cavab gözləyirik Simonyan

11 Fevral 2025 14:54see111

Tanınmışlar instaqramda bunları paylaşdı

11 Fevral 2025 18:00see109

“Neftçi” 650 ci səfər qolunu vurub

11 Fevral 2025 10:13see109

Sadəcə çimərlikdə günəşlənirdi...

11 Fevral 2025 05:30see108

Vens Avropanı sərt şəkildə tənqid etdi

11 Fevral 2025 16:54see106
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri