Pedaqoji Universitet 28 ixtisaslaşma üzrə magistraturaya qəbul elan edir
Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.
Bakı, 1 iyul, AZƏRTAC
Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU) 28 ixtisaslaşma üzrə magistraturaya qəbul elan edir.
Bu barədə AZƏRTAC-a universitetdən məlumat verilib.
ADPU üzrə 2025-2026-ci tədris ili üçün magistratura səviyyəsinə qəbul planı və 2024-cü ilin keçid balları ilə posterdən tanış olmaq mümkündür.
Ümumi idarəetmə, gənclərlə iş, marketinq (MBA, plan yeri 45) ixtisaslarında təhsil müddəti 1,5 ildir və dissertasiya müdafiəsi tələb edilmir. Təhsil doktorantura səviyyəsində davam etdirmək hüququ vermir.
Təhsil menecmenti ixtisasını (plan yeri 30) yalnız bakalavriat səviyyəsində “Təhsil ixtisasları” və “İqtisadiyyat və idarəetmə” qrupu ixtisaslarından birini bitirənlər seçə bilər. Azərbaycan və rus bölmələri üzrə müsabiqə birgə aparılır. Tədris ingilis dilindədir.
Təlim və tədrisin təşkili, təhsil menecmenti (plan yeri 60) ixtisaslarını yalnız bakalavriat səviyyəsində “Təhsil ixtisasları” və “İqtisadiyyat və idarəetmə” qrupu ixtisaslarından birini bitirənlər seçə bilər. Azərbaycan və rus bölmələri üzrə müsabiqə birgə aparılır. Tədris Azərbaycan dilindədir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:114
Bu xəbər 01 İyul 2025 12:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















