Icma.az
close
up
RU
Pedaqoji Universitet: Qəbul dövründə 8 milyondan çox baxış, 12 min 500 dək müraciət

Pedaqoji Universitet: Qəbul dövründə 8 milyondan çox baxış, 12 min 500 dək müraciət

Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bakı, 12 sentyabr, AZƏRTAC

Tələbə qəbulu və elektron qeydiyyat prosesi müddətində Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) İctimaiyyətlə əlaqələr və marketinq şöbəsi tərəfindən abituriyentlərdən, tələbələrdən, həmçinin ictimaiyyət və media nümayəndələrindən daxil olan müraciətlərə çevik cavab verilməsi istiqamətində planlı iş aparılıb.

ADPU-dan AZƏRTAC-a bildirilib ki, xüsusilə abituriyentlər və onların valideynlərinin ixtisas seçimi, mövcud ixtisaslar, universitetin infrastrukturu və naviqasiyası, təqaüd imkanları, yataqxana, onlayn qeydiyyat, təhsil tələbə krediti və digər bu kimi məsələlərlə bağlı müraciətləri operativ şəkildə nəzərdən keçirilib və zəruri dəstək göstərilib.

İyunun 30-dan sentyabrın 11-dək universitetin sosial media hesablarında məlumat xarakterli 60 poster və videoməzmun paylaşılıb ki, bu məzmunlar rəsmi instaqram, feysbuk və linkedin səhifələri, teleqram, votsap və yutub kanalları vasitəsilə ümumilikdə 8 milyon 125 min dəfə izlənilib. Bu, paylaşımlara orta hesabla bir gün ərzində 112 min 847 dəfə baxılması deməkdir. Hesabat dövrü ərzində şöbə tərəfindən vətəndaşlardan müxtəlif əlaqə vasitələri ilə daxil olmuş ümumilikdə 12 min 453 müraciət operativ qaydada cavablandırılıb ki, bu da orta hesabla bir günə 173 müraciət deməkdir. Onlardan 10 min 199-u instaqram səhifəsi üzərindən, 1239-u votsap xəttindən, 356-sı feysbuk, linkedin, teleqram səhifələri və elektron poçt vasitəsilə, 609-u isə zəng formasında daxil olan müraciətlərdir.

Qeyd edək ki, ötən ilin analoji dövrü ərzində cavablandırılmış müraciətlərin ümumi sayı 5 min 356 təşkil edib ki, bu da ötən illə müqayisədə 132.5 %-dən çox artım deməkdir.

Onlayn qeydiyyatla bağlı universitetdə yerində müraciət xidmətinin təşkil edilməməsinə baxmayaraq, müraciət etmiş 50-dən çox vətəndaşa yerində xidmət göstərilib.

Şöbə tərəfindən ADPU-ya yeni qəbul olunmuş tələbələrin məlumatlandırılması və tədris prosesinə adpaptasiyasına dəstək göstərilməsi istiqamətində işlər davam etdirilir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:53
embedMənbə:https://azertag.az
archiveBu xəbər 12 Sentyabr 2025 10:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see359

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see251

Məşhur memardan ev dekorasiyası dərsləri: Bu əşyaları evimə əsla qoymuram

31 Yanvar 2026 08:12see219

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

31 Yanvar 2026 23:51see199

Hikmət Hacıyevdən İranla bağlı MÜHÜM KONKRET

30 Yanvar 2026 20:56see167

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see165

Trampdan İrana sərt mesaj: “Daha pis ssenari mümkündür”

01 Fevral 2026 02:28see160

Gəncə şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edilib

31 Yanvar 2026 02:40see160

Türkiyə serialları ailə və mədəni dəyərləri zəhərləyir Aydın Xam Əbilov

30 Yanvar 2026 19:07see158

Gec yatanlarda bu xəstəliklər yarana bilər Araşdırma

31 Yanvar 2026 01:09see158

İsveçrədəki məhkəmə prosesi İtaliya ilə gərginliyə səbəb olub

30 Yanvar 2026 22:47see156

Teleradio Akademiyasında “Mediada Azərbaycan dili” mövzusunda növbəti təlim keçirilib

31 Yanvar 2026 16:15see155

Hikmət Hacıyev: Azərbaycan İrandakı vəziyyətlə bağlı ABŞ ilə müzakirə aparmayıb

30 Yanvar 2026 23:20see151

Fevral ayı üçün namaz vaxtları TƏQVİM

31 Yanvar 2026 17:29see150

İqtisadiyyat Nazirliyində müdir, SOCAR da rəis müavini Həbs olunan dələduzun ŞOK VƏDLƏRİ

31 Yanvar 2026 17:28see145

Bakı Brüssel iqtisadi gündəliyi

31 Yanvar 2026 11:20see142

İran XİN rəhbəri etirazlar zamanı 30 min nəfərin ölməsi ilə bağlı iddiaları təkzib edib

31 Yanvar 2026 12:22see142

Ziya Məmmədov yeraltı biznesi geri qaytarır

31 Yanvar 2026 04:51see141

Antonio Konte: “Bu matçlar oyunçuları və futbolu öldürür”

01 Fevral 2026 01:49see141

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri