Icma.az
close
up
RU
Pedaqoji Universitetdə ədəbi bədii tədbir: Qalib xalqın dastanı

Pedaqoji Universitetdə ədəbi bədii tədbir: Qalib xalqın dastanı

Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bakı, 6 noyabr, AZƏRTAC

Noyabrın 6-da Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) təşkilatçılığı ilə Zəfər Gününə həsr olunmuş “Qalib xalqın dastanı” adlı ədəbi-bədii tədbir keçirilib.

Universitetdən AZƏRTAC-a bildirilib ki, tədbirdən əvvəl ADPU-nun rəhbərliyi və 44 günlük Vətən müharibəsində iştirak etmiş müəllimləri universitetin foyesində şəhidlərin xatirəsini əbədiləşdirmək məqsədilə yaradılmış “Zəfər guşə”sini ziyarət edərək şəhidlərin əziz xatirəsini ehtiramla anıblar. Ardınca ADPU-nun Heydər Əliyev muzeyi ziyarət olunub.

Tədbir universitetin rektoru professor Cəfər Cəfərovun giriş nitqi ilə başlanıb. Rektor çıxışında qeyd edib ki, 2020-ci ilin payızında xalqımız tarixinin ən mühüm qələbələrindən birini qazanıb. Ermənistanın təxribatlarına cavab olaraq Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu 44 gün davam edən Vətən müharibəsində torpaqlarımızı işğaldan azad edib və ölkəmizin ərazi bütövlüyü təmin olunub.

2023-cü ilin sentyabrında həyata keçirilmiş lokal antiterror tədbirləri nəticəsində Azərbaycanın suverenliyinin tam bərpa olunduğunu və Konstitusiya quruluşunun bütün Qarabağ ərazisində bərpa edildiyini bildirən rektor Zəfərdən sonrakı illərdə həyata keçirilən genişmiqyaslı bərpa, yenidənqurma və reinteqrasiya proseslərindən söz açıb. Həmçinin qeyd edilib ki, Azərbaycan bu gün regionda sülhün, sabitliyin və inkişafın təşəbbüskarı kimi çıxış edir. Zəngəzur dəhlizinin, yeni nəqliyyat və enerji xətlərinin, beynəlxalq əməkdaşlıq layihələrinin icrası istiqamətində aparılan işlər ölkəmizin geosiyasi mövqeyini daha da möhkəmləndirir. Prezidentin rəhbərliyi ilə həyata keçirilən siyasət Azərbaycanı Cənubi Qafqazda əsas güc mərkəzinə çevirib. C.Cəfərov diqqətə çatdırıb ki, Azərbaycan Dövlət Pedaqoji Universitetinin 200-ə yaxın tələbə və məzunu da Vətən müharibəsində iştirak edib, onlardan 18 nəfəri şəhidlik zirvəsinə ucalaraq adını tariximizə qızıl hərflərlə yazdırıb. Bildirilib ki, şəhidlərin əziz xatirəsini əbədiləşdirilməsi, ailələrinə qayğı göstərilməsi, eyni zamanda, müharibə iştirakçısı olan tələbələrin daim diqqət mərkəzində saxlanılması, sosial layihələrə cəlb edilməsi prosesi universitetin əsas vəzifələrindəndir və ADPU-nun bu istiqamətdə fəaliyyətləri uğurla davam edir.

Tədbirin bədii hissəsində tələbələr tərəfindən vətənpərvərlik mövzusunda hazırlanmış bədii proqram təqdim edilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:144
embedMənbə:https://azertag.az
archiveBu xəbər 06 Noyabr 2025 20:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see286

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see266

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see263

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see259

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see249

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see240

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see240

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see231

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see231

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see228

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see215

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see215

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see209

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see208

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see202

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see200

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see198

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see193

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see192

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri