Icma.az
close
up
RU
Pedaqoji Universitetdə tədbir: Anım və qürur günü

Pedaqoji Universitetdə tədbir: Anım və qürur günü

Icma.az, Azertag portalına istinadən məlumat verir.

Bakı, 27 sentyabr, AZƏRTAC

Azərbaycan Dövlət Pedaqoji Universitetində 27 Sentyabr - Anım Gününə həsr olunmuş silsilə tədbirlər çərçivəsində “Anım və qürur günü” adlı tədbir təşkil olunub.

Tədbir Azərbaycan Gənclər Fondunun dəstəyi, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı və “Böyük Qayıdış” Gənclər Təşkilatının birgə təşkilatçılığı ilə keçirilib.

Universitetdən AZƏRTAC-a bildirilib ki, “Böyük Qayıdış” Gənclər Təşkilatının sədri Nail Şükürov, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının baş katibi Fidan Həsənova, universitetin şəhid məzunu Tural Dəmirçiyevin atası Rəfail Dəmirçiyev, təşkilatın İdarə Heyətinin üzvü, Aprel döyüşlərinin qazisi Əhliyət Mehdiyev, həmçinin Vətən müharibəsinin qəhrəman qaziləri Elşad Təhməzov və Rahil Xəlilov və tələbələr iştirak ediblər.

Tədbirdə çıxış edən ADPU-nun sosial və humanitar məsələlər üzrə prorektoru professor Fikrət Rzayev Vətən müharibəsində qazanılan tarixi Zəfərin dövlətçilik tarixində mühüm yer tutduğunu, gənclərin milli-mənəvi dəyərlərə sədaqət ruhunda tərbiyəsinin prioritet istiqamətlərdən biri olduğunu vurğulayıb. Prorektor universitetdə vətənpərvərlik mövzusunda aparılan tədbirlərin davamlı xarakter daşıdığını qeyd edib və bu cür silsilə tədbirlərin gənclərdə vətənpərvərlik hisslərinin formalaşması baxımından vacibliyini diqqətə çatdırıb.

Tədbir çərçivəsində çıxışçılar 44 günlük Vətən müharibəsinin Azərbaycanın tarixində tutduğu yer, azad edilmiş torpaqların bərpası və Böyük Qayıdış prosesi, qələbənin yaratdığı yeni reallıqlar barədə söz açıb, qəhrəmanlar döyüş xatirələrini tələbələrlə bölüşüblər.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:122
embedMənbə:https://azertag.az
archiveBu xəbər 27 Sentyabr 2025 14:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see372

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see368

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see345

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see340

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see339

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see305

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see297

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see274

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see272

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see251

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see245

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see229

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see213

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see210

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see203

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see203

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see201

Второй день мероприятий OBS Global в ОАЭ

25 Oktyabr 2026 00:17see179

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see173

Anamla atam ailə qurmağımı istəyir

25 Oktyabr 2026 00:12see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri