Icma.az
close
up
RU
Pedaqoji Universitetdə Müəllimlər Gününə həsr edilmiş tədbir: Hər könüldə yerin var

Pedaqoji Universitetdə Müəllimlər Gününə həsr edilmiş tədbir: Hər könüldə yerin var

Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bakı, 3 oktyabr, AZƏRTAC

Oktyabrın 3-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Təhsil Könüllüləri Tələbə Birliyinin təşkilatçılığı ilə 5 Oktyabr – Beynəlxalq Müəllimlər Gününə həsr olunan “Hər könüldə yerin var” adlı bədii tədbir keçirilib.

Bu barədə AZƏRTAC-a ADPU-dan məlumat verilib.

Tədbiri açan ADPU-nun sosial və humanitar məsələlər üzrə prorektoru professor Fikrət Rzayev bildirib ki, müəllimlik peşəsi insan həyatına yön verən, gələcək nəsillərin formalaşmasında əsas rol oynayan peşələrdən biridir. O vurğulayıb ki, Azərbaycan Dövlət Pedaqoji Universiteti ölkənin əsas müəllim hazırlayan elm və təhsil ocağıdır. Məhz bu səbəbdən Beynəlxalq Müəllimlər Gününün məhz ADPU-da geniş şəkildə qeyd olunmasının xüsusi əhəmiyyəti var. Professor Fikrət Rzayev çıxışında gənclərə müraciət edərək onlara müasir bacarıqlara yiyələnməyi, daim üzərlərində çalışaraq yaxşı müəllim, vətənpərvər ziyalı kimi yetişməyi tövsiyə edib. O, həmçinin Təhsil Könüllüləri Tələbə Birliyinin fəaliyyətindən bəhs edərək, bu təşkilatın gənclərin potensialını üzə çıxarmaq, onların sosial fəallığını artırmaq və müəllimlik peşəsinə marağını gücləndirmək baxımından mühüm rol oynadığını qeyd edib.

Təhsil Könüllüləri Tələbə Birliyinin sədri Aydan Süleymanlı çıxış edərək universitetin professor-müəllim heyətini və gələcəyin müəllimi olan tələbələri Beynəlxalq Müəllimlər Günü münasibətilə təbrik edib. O, tədbir haqqında ətraflı məlumat verib, proqram çərçivəsində tələbələrin hazırladığı maraqlı çıxışların və bədii kompozisiyaların təqdim olunacağını bildirib və gəncləri tədbirin gedişində fəal iştirak etməyə çağırıb.

Tədbirin bədii hissəsində tələbələrin hazırladıqları müxtəlif musiqi və rəqs kompozisiyaları təqdim olunub, milli filmlərdən səhnəciklər nümayiş etdirilib. Həmçinin əyləncəli viktorinalar təşkil edilib. Müğənni Ayaz Babayev və skripka ifaçısı Nahid Rüstəmli ifaları ilə tədbirə rəng qatıblar.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:81
embedMənbə:https://azertag.az
archiveBu xəbər 03 Oktyabr 2025 18:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see208

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see193

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see189

Bazel III standartlarına uyğunlaşdırmaq

09 Yanvar 2026 11:34see189

“Biz oraya çatanda onlar qaçdılar” Tramp Rusiya tankerinin ələ keçirilməsindən danışdı

09 Yanvar 2026 11:53see188

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see188

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see184

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see177

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see166

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see153

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see150

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see149

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see143

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see138

Qəza, əzab, xəstəlik qaraçılar nasistlərə lənət yağdırıblar və bəziləri ona düçar olub

09 Yanvar 2026 09:20see137

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see136

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see134

Bir sıra TV və radioların yayımı dayandırılacaq RƏSMİ

09 Yanvar 2026 13:59see132

“Mən neftin qiymətini aşağı saldım, bu, hər kəs üçün əladır” Trampdan Venesuela etirafı

09 Yanvar 2026 09:21see131

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri