Icma.az
close
up
RU
Pedaqoji universitetdən BİABIRÇI GÖRÜNTÜLƏR Tələbələr danışdı VİDEO

Pedaqoji universitetdən BİABIRÇI GÖRÜNTÜLƏR Tələbələr danışdı VİDEO

Icma.az bildirir, Avtosfer saytına əsaslanaraq.

Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) tələbələr tədris binalarının vəziyyətindən narazıdırlar.

Avtosfer.az xəbər verir ki, tələbələrin sözlərinə görə, universitetdə sanitar qovşaqların, dəhlizlərin və pilləkənlərin vəziyyəti ürəkaçan deyil. Ayaqyolu qapılarının xarab olması, tavanlardan su damması, otaqların divarlarının çatlaması və dəhlizlərdə döşəmə örtüklərinin sökülməsi əsas problemlər sırasındadır.

Tələbələrdən biri vəziyyəti belə təsvir edib:

“Vəziyyət bərbad gündədir. Ayaqyolu pis gündədir, heç kim girə bilmir. Dəhlizlər pis gündədir. Pilləkəni qalxmaq olmur, qalxan kimi yıxılırsan. İllik haqqı da ödəyirik, 2300 manat illik ödəyirik, amma ortada heç nə yoxdur”.

Digər tələbələr də sanitar qovşaqlardakı problemlərdən şikayətləniblər. Onlar otaqların divarlarında çatların yarandığını, döşəmə örtüklərinin söküldüyünü və bəzi hallarda ayaqyollarından otaqlara xoşagəlməz qoxunun gəldiyini bildiriblər.

Şikayətlərlə bağlı universitetə müraciət edilib.

Universitetdən bildirilib ki, tədris binalarında təmir və abadlıq işləri mərhələli şəkildə həyata keçirilir. Hazırda əsas tədris binasında cari təmir işləri aparılır. Digər tədris binalarında da təmirə ehtiyac olduğu, xüsusilə ikinci tədris binasında kosmetik təmir işlərinin görülməsinin nəzərdə tutulduğu qeyd edilib.

Rəsmi açıqlamada Fövqəladə Hallar Nazirliyinin müvafiq strukturu tərəfindən binalara baxış keçirildiyi və onların yararlılığı barədə müvafiq rəy verildiyi bildirilib.

Dam örtüyü ilə bağlı məsələyə münasibət bildirən universitet qeyd edib ki, yağış sularının axıdılması üçün nəzərdə tutulan novlarda yarpaq, toz və digər tullantıların toplanması suyun axınını çətinləşdirə və bəzi hallarda cüzi sızmalara səbəb ola bilər. Problemin qarşısını almaq üçün novların mütəmadi təmizləndiyi və profilaktik tədbirlərin görüldüyü vurğulanıb.

Universitetdən, həmçinin sanitar qovşaqların təmizliyinə və texniki vəziyyətinə nəzarət edildiyi, problem aşkarlandıqda onun aradan qaldırılması üçün müvafiq tədbirlərin görüldüyü bildirilib.

Beləliklə, ADPU tələbələrin şikayətləri fonunda təmir işlərinin mərhələli şəkildə davam etdirildiyini açıqlayıb. Tələbələrin sadaladığı problemlərin nə dərəcədə aradan qaldırılacağı isə görüləcək işlərin nəticəsindən asılı olacaq./nocomment.az

bax.tvhttps://player.bax.tv/embed/228040.html?utm_source=playerden&utm_medium=paylasim&utm_campaign=son-xeberler

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:108
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 20 Oktyabr 2026 14:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see484

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see372

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see326

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see307

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see293

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see270

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see261

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see251

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see241

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see235

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see231

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see227

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see222

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see215

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see213

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see206

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see203

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see200

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see186

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri