Pedaqoji Universitetin əcnəbi tələbləri “Novruzfest”də
Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Bakı, 19 mart, AZƏRTAC
Gənclər və İdman Nazirliyi və Gənclər Fondunun dəstəyi, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının təşkilatçılığı ilə Şəki Olimpiya İdman Kompleksində “Novruzfest” adlı beynəlxalq düşərgə keçirilib. Beynəlxalq düşərgədə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Əcnəbi tələbələrlə iş şöbəsinin tələbələri iştirak ediblər.
Bu barədə AZƏRTAC-a Pedaqoji Universitetdən məlumat verilb. Lahiyə 18-29 yaş aralığında olan yerli gəncləri və Azərbaycanda təhsil alan, Novruz bayramını qeyd edən ölkələrdən - Qazaxsıtan, Qırğızistan,Tacikstan, Türkmənistan,Özbəkistan,Gürcüstan, İran və İraqdan olan tələbələri, həmçinin Əfqanıstan, Türkiyə, Pakistan və Rusiyadan olan tələbələri bir araya gətirib. Düşərgə çərçivəsində iştirakçılar öz milli adət-ənənələrini, mərasim elementlərini, simvolları və milli geyim nümunələrini təqdim ediblər. Layihə Novruzu ortaq mədəni irs nümunəsi kimi təqdim etməyə, müxtəlif ölkələrdən olan tələbələr arasında qarşılıqlı anlaşmanı möhkəmləndirməyə, birlik, sülh və dostluq dəyərlərini təşviq etməyə yönəlib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:107
Bu xəbər 19 Mart 2026 16:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















