Pedaqoji Universitetin yataqxanalarının 4 də 1603 nəfər keçmiş məcburi köçkün yaşayır
Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Bakı, 18 noyabr, Xatirə Cəfərova, AZƏRTAC
Tələbələrin yaşayış şəraitinin yaxşılaşdırılması məqsədilə yaradılan yataqxana sistemi xüsusi əhəmiyyət daşıyır. Bu sistem tələbələrin təhlükəsiz və komfortlu mühitdə yaşamasına imkan yaratmaqla yanaşı, onların tədrisə diqqətini artırır, sosial mühitə uyğunlaşmasını asanlaşdırır və universitet həyatında daha fəal iştirak etməsinə şərait yaradır.
Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) İctimaiyyətlə əlaqələr və marketinq şöbəsinin müdiri Taleh Mirzəyev AZƏRTAC-a açıqlamasında universitet yataqxanasının imkanları və fəaliyyəti barədə məlumat verib: “ADPU-nun Bakı şəhərində 5 tələbə yataqxanası var. Lakin bu yataqxanalardan 4-də ümumilikdə 1603 nəfərdən ibarət 443 məcburi köçkün ailəsi məskunlaşıb. Bildiyimiz kimi, işğaldan azad olunan ərazilərə “Böyük Qayıdış” Proqramı çərçivəsində məcburi köçkün vətəndaşlarımız mərhələli şəkildə öz doğma torpaqlarına qayıdırlar. Bu baxımdan təbii ki, Pedaqoji Universitetin yataqxanalarında məskunlaşmış məcburi köçkün ailələrinin də köçürülməsi istiqamətində iş aparılır. Lakin proses aidiyyəti dövlət qurumları tərəfindən icra olunur”.
T.Mirzəyev bildirib ki, ADPU-nun 5 nömrəli yataqxanası isə universitetdə təhsil alan tələbə qızlara xidmət göstərir. Bu yataqxanada 200 nəfərədək xanım tələbə yerləşə bilər. Yataqxanada aylıq ödəniş bir tələbə üçün 85 manat təşkil edir. Burada tələbələr bütün kommunal, internet xidmətləri, istirahət otaqları və s. ilə təmin olunur. Bütün otaqlar tam təmirlidir. Yataqxanaya, əsasən, sosial həssas qrupdan olan və əcnəbi xanım tələbələr qəbul olunur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:39
Bu xəbər 18 Noyabr 2025 16:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















