Icma.az
close
up
RU
Pedaqoji Universitetin rəhbərliyi Samux rayonunun təhsil ictimaiyyəti ilə görüşüb

Pedaqoji Universitetin rəhbərliyi Samux rayonunun təhsil ictimaiyyəti ilə görüşüb

Icma.az, Azertag portalına istinadən məlumat verir.

Bakı, 14 noyabr, AZƏRTAC

Noyabrın 14-də Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU) və Samux Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Azərbaycan Respublikasının Konstitusiyanın 30 illiyi və “Konstitusiya və Suverenlik İli” çərçivəsində Samux rayonunun təhsil ictimaiyyəti ilə görüş keçirilib.

Bu barədə AZƏRTAC-a universitetdən məlumat verilib.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin rayonda ucaldılmış abidəsi önünə gül dəstələri qoyulub, Heydər Əliyev Muzeyində Ümummilli Liderin zəngin dövlətçilik irsini əks etdirən eksponatlar və sənədlərə baxış keçirilib.

Tədbirdə Samux Rayon İcra Hakimiyyətinin başçısı Firdovsi Əliyev, ADPU-nun rektoru professor Cəfər Cəfərov çıxış ediblər. Çıxışlarda 1995-ci ildə ümumxalq səsverməsi ilə qəbul olunan konstitusiyamızın hüquqi dövlət quruculuğunun, suverenliyimizin və əbədi zəfərlərimizin əsasını təşkil etdiyi diqqətə çatdırılıb. Həmçinin Pedaqoji Universitetin rəhbərliyinin rayon ictimaiyyətinin görüşünə gəlməsinin önəmi qeyd edilib, müəllimlərin cəmiyyətimizin inkişafının əsasını təşkil etdiyi vurğulanıb.

Bildirilib ki, Pedaqoji Universitetdə müəllim hazırlığı işində sistemli və ardıcıl islahatlar aparılıb. Ölkə rəhbərliyinin diqqəti və görülən işlər sayəsində son illərdə müəllimlik ixtisaslarına maraq artıb, dövlət sifarişi üzrə keçid balları bir çox ixtisaslarda 500 bal üzərində formalaşıb.

Pedaqoji Universitet orta məktəblərdə fəaliyyət göstərən müəllimlərin peşəkarlıq səviyyələrinin daimi artırılmasına, onlara medotik dəstək verilməsinə daim hazırdır və bu istiqamətdə belə ictimai görüşlərin təşkilinə açıqdır.

Sonra ADPU-nun sosial və humanitar məsələlər üzrə prorektoru professor Fikrət Rzayevin ölkəmizin ərazi bütövlüyü və suverenliyinin qorunmasında, Azərbaycan Respublikasının Konstitusiyasından irəli gələn hüquq və vəzifələrin gənclərə aşılanmasında müəllimlərin rolu ilə bağlı məruzəsi dinlənilib.

Tədbirdə, həmçinin rayonun müəllimləri çıxış ediblər.

Pedaqoji Universitetin rəhbərliyi adından universitetin məzunu olan və tədris fəaliyyətində xüsusi uğurları ilə rayonda seçilən məktəb direktoru və müəllimlərə təşəkkürnamələr təqdim edilib.

Görüşdən sonra Heydər Əliyev Fondu tərəfindən inşa olunmuş və oktyabr ayında istifadəyə verilmiş Alıuşağı kənd tam orta məktəbi ziyarət olunub.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:131
embedMənbə:https://azertag.az
archiveBu xəbər 14 Noyabr 2025 18:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see237

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see217

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see212

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see207

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see176

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see163

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see159

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see152

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see150

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see145

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see143

İslam Mahaçev: “Özünüzü satmağı, ictimaiyyət üçün maraqlı olmağı öyrənin”

28 Dekabr 2025 01:47see140

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see139

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see139

Uşaq İncəsənət Festivalında mükafatlandırma

28 Dekabr 2025 04:13see134

Bakı sakinlərinə ŞAD XƏBƏR: Tarqovı nın ərazisi böyüdülür (FOTO)

29 Dekabr 2025 04:20see132

Tramp bu gün Zelenski ilə Donbas və Zaporojye AES məsələlərini müzakirə edəcək FOTO

28 Dekabr 2025 16:18see132

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see132

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see130

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri