Icma.az
close
up
RU
Pediatr: Diabetin gəncləşməsinin əsas səbəbi həyat tərzidir

Pediatr: Diabetin gəncləşməsinin əsas səbəbi həyat tərzidir

Icma.az, Demokrat.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Şəkərli diabetin gəncləşməsi son illərdə tibbin ən çox narahatlıq doğuran mövzularından biridir. Bu hal bir sıra amillərlə bağlıdır”.
Bunu pediatr Aytən Məmmədova Demokrat.az-a açıqlamasında deyib.
O əlavə edib ki, yaşam tərzinin dəyişməsi əsas səbəblərdən biridir:
“Uşaqlar arasında hərəkətsizlik, kompüter və telefon qarşısında çox vaxt keçirmək, açıq havada fiziki aktivliyin azalması artıq çəkiyə gətirib çıxarır. Artıq çəki isə 2-ci tip diabetin ən əsas risk faktorudur. Mühüm məqam qida vərdişləridir. Son illər uşaqlar arasında qazlı içkilər, fast food, şirin və paketlənmiş qidaların istifadəsi çoxalıb. Bu qidalar həm mədəaltı vəzin yüklənməsinə səbəb olur, həm də insulin müqavimətini artırır. Digər səbəb isə genetik meyillikdir. Əgər valideynlərdən hər hansı birində şəkərli diabet varsa, uşaqda da risk yüksək olur. Amma düzgün qidalanma və aktiv həyat tərzi bu riski minimuma endirə bilər. Bundan başqa, stress və yuxu rejiminin pozulması da uşaqların sağlamlığında mühüm rol oynayır. Xüsusilə şəhər mühitində uşaqlar kifayət qədər yuxu almır və bu da hormonal tarazlığı pozaraq diabet riskini artırır. Diabetin gəncləşməsi əsasən həyat tərzi, qidalanma vərdişləri və genetik faktorların birləşməsi ilə bağlıdır. Valideynlər uşaqların qidalanmasına nəzarət etməli, onları aktiv həyata yönləndirməli və vaxtaşırı profilaktik müayinələrdən keçirməlidirlər”.
Leyla Turan
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:158
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 02 Sentyabr 2025 14:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see326

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see305

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see290

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see263

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see259

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see251

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see244

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see237

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see231

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see222

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see222

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see212

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see206

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see204

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see200

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see193

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see184

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri