Icma.az
close
up
RU
Pediatr valideynlərə səsləndi: Uşağa aylarla qurd dərmanı vermək doğru deyil

Pediatr valideynlərə səsləndi: Uşağa aylarla qurd dərmanı vermək doğru deyil

Icma.az bildirir, Saglamolun saytına əsaslanaraq.

Demək olar ki, əksər uşaqlarda qurd probleminə rast gəlinir. Bəzən isə valideynlər bundan xəbərsiz olurlar ki, bu da uşağın sağlamlığı üçün zərərlidir.

Bəs uşaqda qurd yaradan əsas səbəblər hansılardır? Qurd olduğunu hansı əlamətlərdən bilmək mümkündür? Problemi aradan qaldırmaq üçün nə etmək lazımdır?

Ailem.az pediatr-neonatoloq Altay Abdullaoğlunun bununla bağlı fikirlərini diqqətinizə çatdırır. Həkim müxtəlif qurd növləri haqqında danışaraq deyir ki, enterobioz (tükşəkilli qurd) insana məxsus qurddur və insan bağırsaqlarında yaşayır. Bu qurd növünə ən çox məktəbəqədər və məktəb yaşlı uşaqlarda təsadüf edilir. Yoluxma insandan insanadır və dırnaq yemə, çirkli əllər, əllərin düzgün yuyulmaması, gigiyenik qaydalara riayət edilməməsi nəticəsində yaranır. Parazitin orqanizmə daxil olması ağız yolu ilədir: "Enterobioz əksər hallarda simptompsuz gedir. Bu, orqanizmdəki parazit sayından və immun sisteminin vəziyyətindən asılıdır. Əksər hallarda anal nahiyədə qaşıntı, yuxusuzluq, ümumi narahatlıq, əsəbilik, qarın ağrıları, ürək bulanması, ağızdan su axması kimi əlamətlərlə özünü göstərə bilir. Lakin bu əlamətlərin olması qurdun olmasına mütləq əsas vermir. Çünki bu əlamətlər normal uşaqlarda da ola bilər və yaxud başqa xəstəliyin əlamətləri kimi də özünü göstərə bilir".

A.Abdullaoğlunun sözlərinə görə, qurd diaqnozu bütün dünyada ən dəqiq nəticə göstərən sellofan bant vasitəsilə qoyulur: "Anus ətrafındakı dəriyə şəffaf plastik bant yapışdıraraq mikroskop altında bantdakı qıl qurdu yumurtalarının incələnməsi aparılır. Sereloji analizlərin (qan analizi) qurd diaqnozu qoyulmasında heç bir rolu yoxdur. Parazit, adətən, yumurtaları gecə buraxdığına görə səhər nəcis ifraz etmədən və yaxud yuyunmadan nümunə götürülməlidir. Diaqnozun qoyulması üçün bu test bir neçə dəfə təkrarlana bilər. Bəzi hallarda anusun ətrafında yetkin qurdun görülməsi də diaqnoz qoyulmasına əsas verir".

O bildirib ki, qurdun müalicəsi olduqca asandır: "Bunun üçün uşağa aylarla qurd dərmanı verilməsi əsassızdır. Müalicə tək dozada qurd əleyhinə preparatın verilməsi və 14 gündən sonra dozanın təkrarlanması ilə aparılır. Lakin təkrar yoluxma halları tez-tez baş verir. Bu hallarda müalicə bütün ailə üzvləri arasında aparılır və gigiyenik qaydalara ciddi riayət edilməsi tövsiyə olunur".

Həkim daha çox yayılmış qurd növlərindən olan askarid - soxulcan şəkilli bağırsaq qurdu barədə də ətraflı məlumat verir: "Bağırsaqlarda yaşayır və nəcis vasitəsi ilə yumurtalarını xaric edir. Yoluxma kənardan qurd yumurtaları ilə çirklənmiş, təmiz yuyulmamış meyvə və tərəvəz, torpaqla çirklənmiş əllər vasitəsi baş verir. Əsasən, isti ölkələrdə, meyvə-tərəvəz yetişdirilməsi üçün insan nəcisindən gübrə kimi istifadə olunan bölgələrdə rast gəlinir. Qurd əsasən, bağırsaqlarda məskunlaşır. Yumurtalarını nəcis ilə xaric edir. Çox nadir hallarda qurdlar bağırsaqda toplaşaraq, bağırsaq keçməzliyi yarada və yaxud bağırsaq divarını deşib, qan vasitəsi ilə ağciyərlərə düşərək askarit pnevmaniyası (Loffler sindromu) kimi keçici bir ağciyər infiltrasiyası kimi ağırlaşmaları da ola bilər. Amma əsasən, simptomsuz gedişli olur. Bəzi hallarda uşaqlarda halsızlıq, ağızdan su axma, qarın ağrıları, diş qıcaması, tez-tez acma və s. kimi əlamətlər də ola bilir. Lakin bu əlamətlərin olması mütləq olaraq askaridə yoluxmanı göstərməz. Diaqnoz nəcisdə mikroskop vasitəsi ilə qurd yumurtalarının aşkarlanmasına əsaslanır. Qan analizi və ya xüsusi aparatlar vasitəsi ilə uşaqlarda askaridin təyin edilməsi doğru deyil".

A. Abdullaoğlu deyir ki, askaridin müalicəsində uzun müddətli qurd dərmanlarının verilməsinə gərək yoxdur. Bitki tərkibli dərmanların və çayların müalicədə rolu əsassızdır. Xüsusi aparatlar vasitəsi ilə qurdların tökülməsi yanlışdır. Müalicə 1 və ya 3 gün müddətində bir dəfəlik dozada qurd dərmanlarının verilməsi ilə aparılır: "Əlimizdə heç bir sübut olmadan qurd dərmanlarının verilməsi doğru deyil. Qurd dərmanları olduqca zərərlidir. Müdafiə məqsədli tərəvəz və meyvələrin təmiz yuyulması, əllərin təmizliyi tövsiyə olunur".

Pediatr-neonatoloq ən təhlükəli qurd növlərindən biri olan İnlyamblioz-lyamblya (Giardia intestinalis) barədə də məlumat verib: "Yoluxma parazitlə çirklənmiş qida və suyun ağız vasitəsi ilə qəbul olunması və insandan insana təmas yolu ilə baş verir. Uşaq bağçaları, məktəblər, uşaqların toplu şəkildə olduğu ictimai müəssisələrdə yoluxma riski daha yüksəkdir. Əksər hallarda heç bir simptom müşahidə olunmadan keçir. Bəzi hallarda qarında tutmaşəkilli ağrı, ürəkbulanma, halsızlıq, qarında köpmə hissi, sulu, pis qoxulu, yağlı nəcis ifrazı, ishal kimi əlamətlər ola bilir. Diaqnoz nəcisdə parazitin özünün və yaxud kistinin aşkarlanması ilə qoyulur. Parazitin nəcislə xaric olması fasiləli şəkildə olduğu üçün diaqnozun dəqiqləşdirilməsi üçün nəcis müayinəsinin təkrarlanması gərəklidir. Qan analizi və ya başqa metodlarla, məsələn, xüsusi aparatlarla lyamblianın aşkarlanması və diaqnoz qoyulması doğru deyil. Lyamblia paraziti ilə yoluxmuş insanda heç bir klinik əlamətlər yoxdursa, xəstənin müalicə olunmasına gərək yoxdur. Əgər şikayətlər çox olarsa və nəcisin müayinəsində parazit aşkarlanarsa, parazit əleyhinə 5-7 günlük müalicə aparılır. Aylarla kurs şəklində təyin olunmuş müalicələrə heç bir ehtiyac yoxdur".

Həkim vurğulayır ki, hər qarnı ağrıyan, çəkisi az olan, səpgisi və allergiyası olan uşağa bu diaqnozun qoyulması doğru deyil: "Qanda Lyambliya Ig(G) analizi pozitiv olduqda uşağa lyambliya diaqnozu qoyaraq, aylarla dərman preparatları vermək olmaz. Diaqnoz qoyulsa belə, aylarla 4-5 dərman preparatı verərək müalicə etmək doğru deyil. Bir dərman preparatının 5-7 gün verilməsi kifayətdir. Bitki tərkibli dərmanların burada istifadəsi doğru deyil".

Saglamolun.Az


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:117
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 17 Noyabr 2024 00:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see213

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see196

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see179

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see166

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see155

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see153

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see152

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see152

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see147

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see143

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see141

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see141

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see140

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see134

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see131

Binəqədi sakinlərindən ETİRAZ: “Prezidentə necə çatdıraq ki, icra hakimiyyəti işləmir” Şikayətçi (FOTOLAR)

23 Dekabr 2025 11:50see131

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see130

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see130

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see127

Türkiyədə Liviyanın Baş Qərargah rəisinin olduğu təyyarə ilə radar əlaqəsi kəsilib

23 Dekabr 2025 23:06see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri