Icma.az
close
up
RU
Menu

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

Zülalla ən zəngin çərəz

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

Yuxusuzluq infarkt və insult riskini artırır Həkimdən xəbərdarlıq

Dublin səfəri Azərbaycanın Avropa siyasətinin yeni istiqamətlər üzrə paralel şəkildə inkişaf etdiyini göstərdi ŞƏRH

Bakını qoyub Ağstafaya köçdü 87 yaşlı Xalq artistinin həyatı necə keçir?

TÜRK MÜDAFİƏ SƏNAYESİNİN YENİ UĞURU... 51 dronu bir neçə saniyədə məhv edir + VİDEO

Azərbaycanın İKT sektorunda rekord artım: Region ölkələri ilə fərq nə qədərdir?

SÖZÜN İŞIĞINDA KEÇƏN ÖMÜR Qazi şair Ədalət Nicatın 60 illiyi qeyd olunub

Ozan Güven “Aşk ı Memnu”nun “Behlül”ü ola bilərmiş

İngiltərə İspaniyanı məğlub edərək qrup lideri OLDU

Azərbaycanda sərnişin mikroavtobusu qəzaya uğradı: Çox sayda yaralı var Video

2040 cı ilə qədər qlobal iqtisadiyyatda nə baş verəcək: Azərbaycan hansı mövqedə olacaq?

91 yaşlı əfsanəvi aktrisa uzun fasilədən sonra ictimaiyyət qarşısına çıxdı

Bakıda temperatur 7 8 dərəcə enəcək Növbəti 3 günün hava proqnozu

Leyla Əliyeva İSESKO nun Baş direktoru ilə görüşüb

“Boranı” restoranı ilə bağlı iddia: Tək gəldiyi üçün müştəriyə girişə icazə verilmədi

Belçikadan möhtəşəm geridönüş: İtaliya darmadağın edildi

Paşinyan Pnompendə Bakı və İrəvan arasında sülhdən danışdı

Pediatr aqressiyadan danışdı: Uşağa vaxt ayırın, onda...

Pediatr aqressiyadan danışdı: Uşağa vaxt ayırın, onda...

Sherg.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

 Günün əsas hissəsini uşaq valideynin yanında olur, məktəbdə yox

“İdrak” liseyindəki məlum hadisədən sonra cəmiyyət yenə də “məktəbmi günahkardır, yoxsa valideyn” dilemması qarşısında qalıb. Mütəxəssislər hesab edir ki, burada dilemma yox, əslində trilemma – 3 faktor əsasdır: məktəb, ailə, cəmiyyət. Hər bir insan, o cümlədən uşaqlar, təkcə məktəb və ya ailənin deyil, həm də cəmiyyətin yetirməsidir. Bir uşaq yaşıdlarının quş yuvasını təpikləyib uçurduğunu, yaxud pişik balasını təpiklə vurduğunu, itlərə daş atdığını, həmyaşıdı, hətta özündən yaşca kiçik uşağı bıçaqladığını görürsə, şiddətə meyl edəcəyi ehtimalı böyükdür. Cəmiyyətdə mərhəmət, yardımlaşma, köməyə ehtiyacı olana əl uzatmaq faktları çox olduqca insanlar müsbət enerji ilə yüklənir və bu da cəmiyyətdə xoş əhval-ruhiyyə yaradır, xeyirxahlıq artır. Uşaqların tərbiyəsində iştirak edən faktorlara isə son 10-15 ildə bir də internet əlavə olunub. Sosial şəbəkələr, TikTok kimi rəqəmsal platformalarda hər cür məzmunlar paylaşılır və uşaqlar da onları izləyir. Burada isə məsuliyyət daha çox valideynlərin üzərindədir, çünki məhz onlar övladlarını smartfonlara, planşetlərə alışdırır. İrad tutduqda isə “neyləyək, telefonda oyunlara baxmaq istəyir, indi bütün uşaqlar belədir”, deyib özlərinə bəraət də qazandırırlar. Amma valideyn uşağın telefonda, kompüterdə nə izlədiyinə, nəyə baxdığına nəzarət edirmi? Böyük faizlə, xeyr. Bir qisim ola bilər. Valideynin özü də telefonu əlindən yerə qoymursa, daha necə nəzarət edəcək ki?!.

Pediatr Vaqif Qarayev də məhz bu problemi qabardıb. “Sherg.az”a açıqlamasında uşaqların aqressivləşməsinin səbəbini belə izah etdi: 

- Bir neçə gün əvvəl xəbər yayıldı ki, 7 yaşlı uşağa 19 (!) bıçaq zərbəsi vurulub. Bıçaqlayan da uşaqdır. Deyilənə görə 12 yaşlı oğlandır. Bu, nə deməkdir? 12 yaşlı uşağın qarşısındakı kiçik yaşlı birisinə 19 bıçaq xərbəsi vurması üçün nə əsas, hansı səbəb ola bilər axı?!. Neyləyə bilər 6 yaşlı uşaq özündən 6 yaş böyük uşağa? Bilmirk, bəlkə vuranın psixi problemi olub. Bunu istintaq araşdıracaq. Biz isə “uşaqlar niyə bu qədər aqressiv olub son vaxtlar” sualı ətrafında düşünməliyik. Ailə tərbiyəsində problem varmı? Var! Mühit aqressivləşibmi? Bəli! Telefondakı aqressiv oyunlar uşaqların psixikasına təsir edirmi? Min dəfə bəli! Küçədə, parklarda uşaqların davranışı xoşagələn deyil. Əvvəl belə deyildi, indi niyə belə olub? Məktəbi qınayaqmı? Məncə, yox! Günün əsas hissəsini uşaq valideynin yanında olur, məktəbdə yox. Uşaqlar son illərdə çəkilən və yayımlanan seriallardan “bəhrələnir”. İnternetdəki zorakı məzunlu oyunlardan, videolardan, paylaşımlardan “bəhrələnir”. Uşağa telefon verməyin deyəndə, hamıdan eyni söz eşidirik- bacarmırıq. Niyə bacarmırsınız? Uşağa vaxt ayırın, onda bacararsınız. 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:190
embedMənbə:https://sherg.az
archiveBu xəbər 08 Fevral 2026 13:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see319

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see290

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see288

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see283

Yuxusuzluq infarkt və insult riskini artırır Həkimdən xəbərdarlıq

15 Noyabr 2026 14:28see234

Dublin səfəri Azərbaycanın Avropa siyasətinin yeni istiqamətlər üzrə paralel şəkildə inkişaf etdiyini göstərdi ŞƏRH

15 Noyabr 2026 13:13see232

Bakını qoyub Ağstafaya köçdü 87 yaşlı Xalq artistinin həyatı necə keçir?

15 Noyabr 2026 15:50see231

TÜRK MÜDAFİƏ SƏNAYESİNİN YENİ UĞURU... 51 dronu bir neçə saniyədə məhv edir + VİDEO

15 Noyabr 2026 19:14see226

Azərbaycanın İKT sektorunda rekord artım: Region ölkələri ilə fərq nə qədərdir?

15 Noyabr 2026 13:53see225

SÖZÜN İŞIĞINDA KEÇƏN ÖMÜR Qazi şair Ədalət Nicatın 60 illiyi qeyd olunub

15 Noyabr 2026 13:40see217

Ozan Güven “Aşk ı Memnu”nun “Behlül”ü ola bilərmiş

16 Noyabr 2026 02:02see213

İngiltərə İspaniyanı məğlub edərək qrup lideri OLDU

16 Noyabr 2026 01:51see208

Azərbaycanda sərnişin mikroavtobusu qəzaya uğradı: Çox sayda yaralı var Video

15 Noyabr 2026 16:38see204

2040 cı ilə qədər qlobal iqtisadiyyatda nə baş verəcək: Azərbaycan hansı mövqedə olacaq?

15 Noyabr 2026 14:02see193

91 yaşlı əfsanəvi aktrisa uzun fasilədən sonra ictimaiyyət qarşısına çıxdı

15 Noyabr 2026 02:58see187

Bakıda temperatur 7 8 dərəcə enəcək Növbəti 3 günün hava proqnozu

15 Noyabr 2026 09:13see184

Leyla Əliyeva İSESKO nun Baş direktoru ilə görüşüb

15 Noyabr 2026 04:16see181

“Boranı” restoranı ilə bağlı iddia: Tək gəldiyi üçün müştəriyə girişə icazə verilmədi

15 Noyabr 2026 21:02see180

Belçikadan möhtəşəm geridönüş: İtaliya darmadağın edildi

16 Noyabr 2026 01:56see176

Paşinyan Pnompendə Bakı və İrəvan arasında sülhdən danışdı

15 Noyabr 2026 15:38see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri