Icma.az
close
up
RU
Pekin Bakı dəhlizi: Çin yeni yük daşıma xəttini istifadəyə verdi

Pekin Bakı dəhlizi: Çin yeni yük daşıma xəttini istifadəyə verdi

Icma.az, Xalq qazeti saytına istinadən bildirir.

Bu gündən etibarən Çin Xalq Respublikası Pekinlə Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərini birləşdirən yeni Çin–Avropa yük daşıma xəttini istifadəyə verib. Layihənin əsas məqsədi Asiya ilə Avropa arasında daha səmərəli və sürətli ticarət əlaqələrinin qurulmasıdır.

Bu barədə məlumatı “Report” agentliyi Çin KİV-lərinə istinadən yayıb. Bildirilir ki, yük daşımaları “dəmir yolu – dəniz – dəmir yolu” multimodal nəqliyyat sxemi üzrə həyata keçiriləcək.

Yeni xəttin istismarı nəticəsində yüklərin Çindən Bakıya çatdırılma müddəti cəmi 15 gün olacaq ki, bu da ənənəvi marşrutlarla müqayisədə əhəmiyyətli zaman qazancları və iqtisadi səmərəlilik deməkdir.

Məlumata görə, Çin-Avropa yük qatarı Pekin Beynəlxalq Quru Limanından, yəni paytaxtın Fanşan rayonunda yerləşən strateji logistik mərkəzdən yola düşəcək. Qatarın ilkin mərhələdə müxtəlif sənaye malları, elektronika, maşınqayırma məhsulları və istehlak malları daşıması planlaşdırılır.

Azərbaycanın tranzit mövqeyi möhkəmlənir

Ekspertlərin fikrincə, bu təşəbbüs Azərbaycanın transit və logistika qovşağı kimi artan rolunun daha bir göstəricisidir. Ölkəmiz uzun illərdir ki, Orta Dəhliz (Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu) üzrə aparıcı iştirakçılardan biri kimi çıxış edir və Çin mallarının Avropaya, eləcə də əks istiqamətdə daşınmasında mühüm əlaqələndirici rol oynayır.

Qeyd edək ki, multimodal daşımalar “dəmir yolu–dəniz–dəmir yolu” ardıcıllığı ilə həyata keçiriləcək. Bu, yüklərin Çindən Mərkəzi Asiyaya dəmir yolu ilə, oradan Xəzər dənizi vasitəsilə Azərbaycana, daha sonra isə yenidən dəmir yolu ilə Gürcüstan və Avropa istiqamətində daşınmasına imkan verəcək.

Geosiyasi və iqtisadi əhəmiyyəti

Yeni Pekin–Bakı dəhlizi təkcə iqtisadi deyil, həm də geosiyasi baxımdan əhəmiyyətli layihə kimi dəyərləndirilir. Bu xətt Çinlə Azərbaycan arasında strateji əməkdaşlığın daha da möhkəmləndirilməsi baxımından mühüm addımdır. Xatırladaq ki, bu ilin aprelində Prezident İlham Əliyevin Çinə rəsmi səfəri zamanı logistika və nəqliyyat sahəsində əməkdaşlığın dərinləşdirilməsinə dair bir sıra mühüm razılaşmalar əldə olunmuşdu.

Eyni zamanda, “Bir Kəmər, Bir Yol” təşəbbüsünün tərkib hissəsi olan bu dəhliz Azərbaycanın iştirak etdiyi beynəlxalq nəqliyyat layihələri ilə uzlaşır və ölkəmizin “Şərq–Qərb” dəhlizində əsas tranzit ölkəyə çevrilməsi istiqamətində atılan strateji addımlardan biri hesab olunur.

Yaxın gələcəkdə genişlənmə gözlənilir

Çin tərəfinin planlarına əsasən, gələcəkdə bu marşrut üzrə yük həcmlərinin artacağı və Bakı üzərindən Türkiyə və Avropa bazarlarına inteqrasiya imkanlarının genişlənəcəyi gözlənilir. Azərbaycan isə Xəzər hövzəsindəki liman və dəmir yolu infrastrukturu vasitəsilə bu prosesdə aparıcı körpü rolunu oynamağa hazırdır.

Yeni dəhlizin istismara verilməsi, həmçinin, Rusiya üzərindən keçən Şimal marşrutuna alternativ kimi də qiymətləndirilir. Mövcud geosiyasi vəziyyətdə Çinin Orta Asiya–Qafqaz marşrutuna önəm verməsi region ölkələrinin beynəlxalq yük daşımalarında çəkisini artırır.

S.ELAY

XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:175
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 30 İyun 2025 14:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see285

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see266

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see250

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see248

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see235

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see229

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see228

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see227

İran “MDB+” formatına qoşulmaqla nə qazanacaq?

28 Noyabr 2026 16:44see227

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see224

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see221

Dünyada cəmi bir ədəd qalan ağacı qorumaq üçün kəndirlə bağladılar

28 Noyabr 2026 00:39see220

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see216

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see215

Yerli biznes üçün əlavə gəlir mənbəyi: Yeni qayda nəyi dəyişəcək?

28 Noyabr 2026 12:32see204

Valideynlərinə 5000 manat ziyan vuran oğul saxlanıldı

28 Noyabr 2026 17:55see201

Sultan IV Mehmetin krala göndərdiyi məktub üzə çıxdı

29 Noyabr 2026 08:01see198

PAŞİNYAN RUSİYANI ERMƏNİSTAN SƏRHƏDLƏRİNDƏN ÇIXARIR Moskva nə edəcək?

28 Noyabr 2026 17:02see195

Spotify bu ölkədə bağlanır

28 Noyabr 2026 00:43see191

Türkiyədə 10 qız uşağının itkin düşməsi ilə bağlı yeni təfərrüat

29 Noyabr 2026 00:23see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri