Icma.az
close
up
RU
Azərbaycan Çin tərəfdaşlığı: “Strateji əməkdaşlıq sazişinin imzalanması Bakı və Pekin arasında…”

Azərbaycan Çin tərəfdaşlığı: “Strateji əməkdaşlıq sazişinin imzalanması Bakı və Pekin arasında…”

Yenicag saytından alınan məlumata görə, Icma.az bildirir.

“Azərbaycan və Çin münasibətləri növbəti onillikdə artan xətt üzrə inkişaf edəcək”.

Bunu prezident İlham Əliyevin Çinin CGTN telekanalına verdiyi müsahibədə səsləndirdiyi fikirlər barədə danışan Milli Məclisin deputatı Naqif Həmzəyev Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, Azərbaycan şaxəli və balanslı carici siyasət həyata keçirməkdə maraqlı olan ölkədir:

“Bunu reallaşdırdığı münasibətlərlə dəfələrlə isbat edib. Çin də Azərbaycanın sıx əməkdaşlıq etdiyi ölkələrdən biridir. Məhz strateji tərəfdaşlıq sazişinin imzalanması Bakı və Pekin arasında maraqların üst-üstə düşdüyünün göstəricisidir. Hər iki tərəfin üzərində çalışdığı Orta Dəhlizin inkişaf etdirilməsi və Zəngəzur dəhlizinin reallaşması Avropadan Çinə yük daşımalarının ən sürətli şəkildə çatmasını təmin edəcək. Bu səbəbdən Azərbaycan və Çin münasibətləri növbəti onillikdə artan xətt üzrə inkişaf edəcək.

Yanaşı olaraq bir sıra Avropa ölkələri ilə də strateji tərəfdaşlıq sənədi mövcuddur. Bu gün Azərbaycan qazı Avropa bazarında tələbatı ödəməyə xidmət edir və enerji təhlükəsizliyində mühüm rol oynayır. Əlavə olaraq qardaş Türkiyə, Rusiya, Özbəkistanla da strateji müttəfiqlik sənədi imzalamışıq. Bir sözlə, bütün bu amillər Azərbaycanın balanslı və şaxəli xarici siyasətindən xəbər verir.

Çox təəssüflər olsun ki, Bayden hakimiyyəti zamanı ABŞ-nin Azərbaycana qarşı qərəzli siyasəti münasibətlərin soyumasına səbəb oldu. Ancaq prezident İlham Əliyev əmin idi ki, Donald Tramp qalib gələcək və iki ölkə arasında münasibətlərdə yenidən yaxınlaşma müşahidə olunacaq. Elə də oldu. İnanırıq ki, indidən sonra münasibətlər çox yaxşı səviyyədə davam etdiriləcək”.

Nəsimi Ələsgərli

www.yenicag.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:180
embedMənbə:https://yenicag.az
archiveBu xəbər 13 Fevral 2025 23:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see258

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see253

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see199

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see161

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see148

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see148

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see144

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see138

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see138

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see135

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see135

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see134

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see134

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see132

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see131

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see128

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri