Icma.az
close
up
RU
Bakı Pekin əməkdaşlıq oxu

Bakı Pekin əməkdaşlıq oxu

Xalq qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Prezident İlham Əliyev 2025-ci il yanvarın 20-də Davosda Çinin CGTN (China Global Television Network) telekanalına müsahibəsində bildirmişdi ki,  Azərbaycanın Orta Dəhlizlə bağlı mövqeyi, sadəcə, tranzit ölkə olmaqdan və tranzitdən ödənişlər almaqdan ibarət deyil: “Bizim hədəfimiz özəl sektora bundan faydalanmağa kömək etmək üçün dəhlizin keçdiyi Azərbaycan ərazisində müəssisələr yaratmaqdır”.

Prezident İlham Əliyevin bildirdikləri Azərbaycanın Çinin böyük önəm verdiyi Orta Dəhlizdə Azərbaycanın mövqeyinin və gözləntisinin vurğulanmasıdır. Heç şübhəsiz, bu mövqeyinin gerçəklik strukturu sözügedən təşəbbüsə real dəstək imkanlarından asılıdır. İmkanlarımız isə vardır. Yəni Azərbaycan ümumi prosesə öz töhfəsini verməyi bacarır. Təsadüfi deyil ki, dövlətimizin başçısı müsahibəsində, həmçinin ölkəmizin Orta Dəhlizin öz seqmentinin infrastrukturunu təkmilləşdirməsindən də söz açmışdı. Əlbəttə, mövzuya geniş yanaşmaqla: “Biz Mərkəzi Asiyada bağlantı layihələrinin də əsasən Çin hökuməti tərəfindən maliyyələşdirildiyini bilirik. Xəzər dənizinə digər bir marşrut Azərbaycana gedən digər marşrutdur və biz buna mütləq hazır olmalıyıq. Əminəm ki, Sədr Si Cinpinin “Bir kəmər, bir yol” təşəbbüsü bütün ölkələr üçün əlavə imkanlar yaradacaq. Bir daha söhbət bağlantıdan, biznes imkanından, sabitlik və təhlükəsizlikdən gedir. Çünki biz hamımız bir-birimizdən asılı oluruq. Bizi birləşdirən vacib infrastruktur layihələri var. Bu, ölkələr arasında həm ikitərəfli, həm də çoxtərəfli əlaqələr istiqamətində bir sıra məsələlərin həlli üçün yaxşı bir mühitdir”.

Onu da bildirək ki, Prezident İlham Əliyev bu il aprelin 9-da ADA Universitetində keçirilmiş “Yeni dünya nizamına doğru” beynəlxalq forumundakı çıxışı zamanı Ermənistanın Azərbaycanın enerji resursları və nəqliyyat marşrutları üçün tranzit ölkəyə çevrilə biləcəyini vurğulamışdı: “Azərbaycandan neft, qaz və yaxud digər yüklərin daşınması Gürcüstan ərazisi ilə gedir və Ermənistan bu prosesin bir hissəsi ola bilərdi. Bu, onların səhvidir. Onlar öz gələcək inkişaflarını səhv hesabladılar və beləliklə, özlərini iqtisadi gələcəklərindən məhrum etdilər. Bununla əlaqədar onların real müstəqilliyi əngəlləndi. Onlar “böyük bir Ermənistan” xülyası ilə yaşayırdılar”.

Bəli, “böyük Ermənistan” xülyası Ermənistanı inkişafdan uzaq salıb. Əslində, bu məqamı düşünməyi bacara bilən ermənilər də vurğulayırlar. Onlar artıq tarixə çevrilmiş Dağlıq Qarabağ münaqişəsinin, o cümlədən torpaqlarımızın işğalının mahiyyətcə ölkələrinə çox baha başa gəldiyini əsaslandırır, Ermənistanın “Əsrin müqaviləsi”nin verdiyi imkanlardan faydalana bilməməsi üzərində dayanırlar.

*** 

Haşiyə çıxaq ki, Bakı–Tbilisi–Ceyhan Əsas İxrac Boru Kəmərinin Gürcüstandan yox, Ermənistandan keçməsi daha münasib idi. Ancaq Azərbaycan sırf işğal amilinə görə buna icazə verməmiş, ulu öndər Heydər Əliyevin qətiyyəti və prinsipiallığı sayəsində mövcud istiqamətdəki beynəlxalq təzyiqlərə sinə gərməyi bacarmış və bu dirəniş nəticə etibarilə təcavüzkarın təcriddə qalma reallığını doğurmuşdu. 

Azərbaycan 44 günlük müharibədəki möhtəşəm Zəfərindən sonra məğlub Ermənistana sülh əlini uzatdı. Yəni ona tranzit ölkəyə çevrilmək şansını yaratdı. Ancaq baş nazir Nikol Paşinyan administrasiyası bunu düşünmədi və yeni reallıq uydurmağa girişdi. 

***

Diqqət yetirək, hazırda rəsmi İrəvan çox aktiv şəkildə, az qala, bütün beynəlxalq platformalarda özünün “Dünyanın kəsişməsi” təşəbbüsünü reklam edir. Bu günlərdə erməni iqtidarının təmsilçiləri sözügedən “təşəbbüsü”, hətta, Orta Dəhlizin tərkib hissəsi kimi qələmə verməkdən də çəkinmədilər. Halbuki, əvvəllər “Orta Dəhliz” ifadəsini dilə gətirmir, onu görməzdən gəlirdilər. Deməli, indi reallığı görürlər. Problem ondadır ki, reallığa erməni gündəmi qatmaq mərəzlərini kənara qoymurlar.  

Ermənistanın “Dünyanın kəsişməsi”nin mahiyyəti  belədir ki, ölkə Şərqdən Qərbə, Şimaldan Cənuba qlobal yükdaşımaların mərkəzi funksiyasını yerinə yetirsin. Yəni, böyük tranzit qovşağı rolunu oynasın. O da məlumdur ki, “Dünyanın kəsişməsi” Azərbaycanın Zəngəzur dəhlizi ideyasına alternativ olaraq ortaya atılıb. Yəni, “təşəbbüsün” qəbuledilməzliyini şərtləndirən ən mühüm amil məhz bu alternativlikdir. Belə yanaşma isə yalnız kor inada əsaslanır. Başqa sözlə desək, Paşinyan administrasiyası, nə olursa-olsun, Azərbaycanın Zəngəzur dəhlizinə – Naxçıvana maneəsiz yola imkan verməmək məqsədi güdür. Halbuki Naxçıvana yol, eyni zamanda, Ermənistanın 44 günlük müharibə məğlubu kimi 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatla üzərinə götürdüyü öhdəlikdir. 

Müharibədən ötən müddətdə öhdəliyini yerinə yetirməkdən yayınan Ermənistan rəhbərliyi ölkənin ərazi bütövlüyü və suverenliyi klişesini, sərhədlərinin dəyişməzliyi kimi mənasız məsələni əlində bayrağa çevirib, indi də mövqeyində qalır. Üstəlik, N.Paşinyan gecə yuxuda gördüklərini regional kommunikasiyaların açılması ilə bağlı konstruktiv təklif olaraq beynəlxalq ictimaiyyətə sırımağa çalışır. Tam əminliklə deyə bilərik ki, rəsmi İrəvan, əslində, otuz il əvvəlki səhvini təkrarlayır. Ən pisi isə budur ki, durumun, daha doğrusu, yanaşmasının yanlışlığının  fərqində deyil. 

Əllbəttə, hayların hakim siyasi düşərgəsi təcridlə də razılaşmır. Məsələn, Azərbaycan rəhbərliyi Orta Dəhlizin vacib komponenti sayılan Zəngəzur dəhlizinə, yəni Naxçıvana maneəsiz, heç bir gömrük və sərhəd nəzarəti olmayan yola imkan verilməyəcəyi təqdirdə, qədim diyarımıza hərəkətin Ermənistandan deyil, İrandan olacağını açıqlayıb. Paşinyan isə dəfələrlə bildirib ki, ölkəsi İranın Naxçıvana yolla bağlı şərtlərini oxşarını Azərbaycana təklif etməyə hazırdır. İndi nə düşünək? Düşünək ki, erməni baş nazir gerçək mahiyyəti anlamır? Bəlkə də anlayır, sadəcə, necə deyərlər, erməniliyindən qalmır, düşünür ki, beynəlxalq dairələrin köməyi ilə nəyəsə nail olmağı bacaracaq. Amma reallıqla barışmamaq başqa reallıq formalaşdırır. Obrazlı desək, qatar gedir və Ermənistan ona çatmaq şanslarını itirir. 

***

Prezident İlham Əliyevin Çinə səfəri, eləcə də səfər çərçivəsində aprelin 23-də Pekində “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanat”ın imzalanması Ermənistan üçün “qatara çatmaq” şanslarının minimuma enməsi deməkdir. Onun əldən vermək üzrə olduğu isə məhz tranzit ölkə statusuna yiyələnmək fürsətidir. Yaxşı olar ki, rəsmi İrəvan başqa iddialara düşməkdənsə, sözügedən bəyanatı, xüsusən, sənədin 7-ci bəndini diqqətlə nəzərdən keçirsin. 

Beləliklə, “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanat”ın 7-ci bəndində vurğulanır ki, tərəflər “iki ölkənin nəqliyyat sahəsindəki əməkdaşlığını yüksək qiymətləndirir və regional qarşılıqlı əlaqələri təşviq edərək, nəqliyyat infrastrukturunun inkişafına, logistika və daşınmaların səmərəliliyinin artırılmasına dəstəyi davam etdirməyə hazır olduqlarını bildirirlər”. 

Əvvəldə Prezident İlham Əliyevin Çin telekanalına müsahibəsində Azərbaycanın yalnız tranzit ölkə olmaqla kifayətlənmədiyinə dair fikirlərini əbəs yerə xatırlatmadıq. Bəyanatın 7-ci bəndi o deməkdir ki, rəsmi Pekin Azərbaycanı Orta Dəhlizin başlıca aktoru qismində görür və tanıyır. Deməli, həm bu sənəd,  həm də ötən il iyulun 3-də Astanada Şanxay Əməkdaşlıq Təşkilatının Zirvə toplantısı çərçivəsində qəbul olunmuş “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə” rəsmi Pekinin Bakının mövqeyinə hörmətlə yanaşdığının bariz göstərici kimi qiymətləndirilə bilər. 

***

Rəsmi Pekinin ölkəmizə yüksək yanaşma tərzi Çin Xalq Respublikasının Sədri Si Cinpinin dövlətimizin başçısına dərin inam və etimadının nəticəsidir. Daha bir mühüm  məqam isə budur ki, Prezident İlham Əliyevin şəxsində dövlətimiz xarici partnyorlara təkcə nəyisə təklif etmir, eyni zamanda, həm özünün, həm də əməkdaşlıq etdiyi ölkələrin təşəbbüslərinə töhfəsini verir. Cənab Əliyevin Çin telekanalına müsahibəsində Azərbaycanın yalnız Orta Dəhlizin əsas tranzit qovşağı ampluası ilə kifayətlənməməsinə dair fikirləri də bunun təsdiqidir. 

Ermənistanın isə üzərində dayandığı “Dünyanın kəsişməsi” ideyası baxımından irəli sürdüyü heç bir fərdi töhfə yoxdur və ola bilməz. Buna görə dünya gerçək faydaya əsaslanmış seçim qarşısında qalsa, Azərbaycanın üzərində dayanmalıdır. Rəsmi İrəvanın davranışlarından gəlinən nəticə isə budur ki, beynəlxalq aləm Ermənistanı, məsələn, eramızın 301-ci ilində xristianlığı qəbul etdiyi üçün dəstəkləməlidir. 

Əlbəttə, nəinki erməni iqtidarının, bütövlükdə erməni cəmiyyətinin mifləri kənara qoyub reallığı görməsi, rasional davranması vacib və qaçılmazdır. Hərçənd, buna inamımız get-gedə azalmaqdadır. Həm də ona görə ki, hazırda Ermənistan Azərbaycanla şərti sərhədə qoşun toplayır. Halbuki, ölkə silah-sursat əldə etməkdənsə, sərhədə aparan yolları düzəltməyin qayğısına qalmalı idi. Amma bir məsələ də var: Ermənistana silah verən qüvvələr pulu yol düzəltmək üçün vermirlər. Həmin qüvvələrə Cənubi Qafqazda erməni avantürizminin qalması, Nikol və komandasının alət ampluası vacibdir ki, regional ambisiyalarını təmin etsinlər. Alət isə lazımsız olanda kənara atılır. 

***

“Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanat”ın 7-ci bəndində o da bildirilir ki, “tərəflər Azərbaycan Respublikası hökuməti ilə Çin Xalq Respublikası hökuməti arasında Beynəlxalq Multimodal Daşımalar haqqında Sazişin imzalanmasını yüksək qiymətləndirdilər. Çin birgə şəkildə təhlükəsiz, sabit, birbaşa və Çin–Avropa–Çin transxəzər ekspress-marşrutları yaradaraq, gömrük rəsmiləşdirilməsinin rahatlığı səviyyəsinin və yük daşımalarının səmərəliliyinin ardıcıl şəkildə artırılması məqsədilə Azərbaycan və marşrut boyunca yerləşən digər ölkələrlə əməkdaşlıq etməyə hazırdır. Hər iki tərəf beynəlxalq avtomobil daşımaları üzrə hökumətlərarası sazişin razılaşdırılmasının və bağlanmasının sürətlənməsində, Azərbaycan və Çin arasında avtomobil daşımaları üçün əlverişli şəraitin səviyyəsinin artırılmasında, ikitərəfli ticari-iqtisadi əməkdaşlıq üçün dayaq yaradılmasında maraqlıdır”.

Diqqətə çatdırdıqlarımız fonunda bir daha Ermənistanın gedən qatara çatmaq şanslarının azalması üzərində dayanaq. Ancaq bəyanatın “Azərbaycan və marşrut boyunca yerləşən digər ölkələrlə əməkdaşlıq” kazusu onu deməyə əsas verir ki, bu şanslar hələ tam şəkildə itirilməyib. Yəni, Ermənistanın tranzit ölkəyə çevrilməsi mümkündür. Əlbəttə, Azərbaycana qarşı çıxmağı bir kənara qoysa, konstruktiv mövqe tutaraq ölkəmizin sülh şərtlərini qəbul etsə.

Sonda bir məqamın da üzərində dayanaq. Ermənistan rəhbərliyi “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanat”ın 7-ci bəndinin diqqətə çatdırdığımız əməkdaşlıq kazusunu, eyni zamanda, o səbəbdən nəzərə almalıdır ki, rəsmi Pekin Bakı ilə imzaladığı bu sənədlə ölkəmizi Orta Dəhliz ideyasının başlıca aktoru kimi tanıdığını təsdiqləyir. Bu kazus o deməkdir ki, Çinin sözügedən qlobal marşrut boyunca yerləşən digər ölkələrlə əməkdaşlığının açar fiquru da Azərbaycandır. Belə bir statusa sahib ölkə ilə, necə deyərlər, çiling-ağac oynamaq, həmçinin gedən qatarın çarxına çomaq soxmaq cəhdləri ancaq fəlakət perspektivi vəd edir. Fəlakətin isə Ermənistanın davranışlarından asılı olan bir çox təzahürləri var. Vəlvələdən, ya zəlzələdən mövcud olan, gerçək tarixi əsasdan məhrum müasir erməni dövlətçiliyinin itirilməsi təzahürü də həmçinin. 

Ə.CAHANGİROĞLU
XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:179
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 25 Aprel 2025 11:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qlobal Media Forumu Azərbaycanın beynəlxalq nüfuzunu daha da artırır

13 İyul 2026 13:30see433

Argentina İsveçrə matçında daha bir qol CANLI YENİLƏNİR

12 İyul 2026 06:32see320

Ramin Nurəhmədov yeni vəzifəyə təyin olundu

12 İyul 2026 11:35see310

Zelenski silah çatdırılmasının sürətindən narazıdır

12 İyul 2026 00:33see295

Leon Kuk: Dünyanın hər yerindən gələn media nümayəndələrinə sual vermək imkanı yaratmaq unikal hadisədir

13 İyul 2026 15:43see216

Trabzondan İstanbula uçan təyyarə sərnişinə görə geri qayıtdı

12 İyul 2026 02:54see213

Aygün Kazımovanın 26 il əvvəl başına gələn hadisə gündəm oldu (Video)

12 İyul 2026 01:03see195

Tramp Ukraynanın uzaqmənzilli zərbələrindən təsirlənib

12 İyul 2026 02:21see190

Bakı Qazax yolunda avtobus qəzası: DYP dən açıqlama

12 İyul 2026 11:20see186

Goranboyda azyaşlı ot tayasına od vurdu

12 İyul 2026 04:25see181

Enerji içkiləri ilə bağlı VACİB XƏBƏRDARLIQ!

12 İyul 2026 15:11see177

“Neftçi” Portuqaliyadan futbolçu gətirir

12 İyul 2026 01:06see174

Tarixdə 1 milyard dollar gəlir gətirən ilk bioqrafik film oldu “MAYKL” REKORD VURDU

13 İyul 2026 03:31see173

Vens: “Razılaşmanın əldə olunmaması məğlubiyyət demək deyil”

12 İyul 2026 11:47see170

ABŞ İrana quru əməliyyatı hazırlaya bilər Ekspert

12 İyul 2026 16:52see162

“Barselona” Fermin Lopeslə bağlı şad xəbər aldı

13 İyul 2026 05:14see161

Maldiniyə İtaliya Futbol Federasiyasında vəzifə verildi

12 İyul 2026 00:19see159

13 19 iyul tarixlərinin HƏFTƏLİK BÜRC PROQNOZU

13 İyul 2026 00:18see155

SEPAH: Hörmüz boğazı növbəti göstərişədək bağlanıb

12 İyul 2026 03:41see153

İran üçün böyük plan AKTUAL

12 İyul 2026 11:50see153
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri