Pənah Hüseynin partiyası bələdiyyə seçkiləri ilə bağlı qərarını AÇIQLADI
Icma.az, Redaktor.az portalına istinadən məlumat verir.
Azərbaycan Xalq Partiyası (AXP) bələdiyyə seçkiləri ilə bağlı qərarını açıqlayıb.
Redaktor.az xəbər verir ki, AXP bələdiyyə seçiklərində üzvlərin sərbəst şəkildə iştirakı ilə bağlı qərar verib.
Partiya bəyan edib ki, bələdiyyə seçkiləri yerli özünüidarə islahatı aparılmadan keçiriləcək. Yerli özünüidarə orqanlarının səlahiyyətsizliyi, formal xarakter daşıması bütövlükdə cəmiyyətdə və AXP üzvləri arasında seçkilərdə tam şəkildə iştiraka maraq göstərilməməsi ilə müşahidə edilir.
AXP İdarə Heyəti seçkilərdən iştirakdan imtina haqqında siyasi qərarın verilməsini məqsədəuyğun hesab etmir. Ona görə bələdiyyə seçkilərində AXP-nin iştirakı üzvlərin öz mövqelərini sərbəst şəkildə müəyyənləşdirməsi şəklində həyata keçirilməsini məqsədəuyğun hesab edilir.
Partiya yerli strukturları olduqları ərazilərdə seçkilərdə iştirak haqqında və namizədlərin irəli sürülməsi haqqında müzakirələr aparıb namizədlərin müəyyənləşdirilməsi barədə siyasi qərarlar verməkdə sərbəstdirlər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:137
Bu xəbər 03 Dekabr 2024 18:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















