Icma.az
close
up
RU
Pənahov komissiya üzvlərinin maaşlarını vermir 400 min manat...

Pənahov komissiya üzvlərinin maaşlarını vermir 400 min manat...

Icma.az, Yenisabah portalına istinadən məlumat yayır.

Məlum olduğu kimi, bu yaxınlarda Mərkəzi seçki komissiyasının sədri Məzahir Pənahov, daha dəqiq, oğlu haqqında mediada qaranlıq məqamlar işıqlandırılmışdı. 

Belə ki, Pənahovun oğlu Məhəmməd Pənahovun həyat yoldaşına ağır işgəncələr verildiyi deyilirdi və ortada sübutlar da var idi. 

Sözügedən bu hadisənin isə ABŞ-də baş verdiyi bildirilib və bununla da Məzahir Pənahovun Los-Ancelesin prestijli bölgəsində 2.035.400 dollara dəbdəbəli villasının olduğu ortaya çıxmışdı. 

Aktuallaşan Məzahir Pənahovun adı artıq digər məsələlərdə də hallanır. 

Gununsesi.info xəbər verir ki, Məzahir Pənahov tərəfindən 673 seçki məntəqəsinin pulunun mənimsənildildiyi bildirilir.

Belə ki, hazırda 400 min manata yaxın vəsaitin taleyi bilinmir…

Hər il Azərbaycan Respublikası Seçki Məcəlləsinin 38.1-ci maddəsinin tələblərinə görə, əsasən yanvar ayında seçici siyahılarının dəqiqləşdirilməsi aparılır.

Qanunvericiliyə uyğun olaraq 20 gün müddətində Məntəqə seçki komissiyalarıının 6 nəfərdən ibarət üzvü əsas iş yeri üzrə əmək haqqı saxlanılmaqla dövlət büdcəsi hesabına əlavə pul təminatı alırlar.

2000-ci ildən indiyə kimi hər il bu proses aparılıb.

Ancaq 2025-ci ilin yanvar ayının 6-dan 26-a qədər olan müddətdə keçmiş məcburi köçkün rayonları Bələdiyyə seçkilərində iştirak etmədiyindən, onlar yalnız seçici siyahılarının dəqiqləşdirilməsi işinə cəlb olunublar.

Bununla əlaqədar DSK-lardan müvafiq qaydada arayışlar işləyən komissiya üzvlərinə verilib və onlar da aidiyyatı üzrə işlədikləri yerə təqdim ediblər ki, həmin müddət üçün işdən azaddırlar.

Ancaq beş ay vaxt keçməsinə baxmayaraq, MSK bu günə kimi seçici siyahılarının dəqiqləşdirlməsində iştirak edən Məntəqə seçki komissiyasının üzvlərinə ödənilməli olan əmək haqqını verməyib.

Hətta biçarə komissiya üzvlərinin 2025-ci ilin yanvar ayında müddəti bitmiş əmək haqqı kartlarından da xəbər yoxdur. Biabırçı vəziyyət bununla da bitməyib.

Belə ki, 11 dairə üzrə mövcud məntəqlərinin sədrlərinin boğazı qalıb əldə.

Komissiya üzvlərinin əksəriyyəti hesab edir ki, guya sədrlər DSK ilə əlbir olub onların əmək haqqını yeyiblər. Çarəsiz qalan məntəqə sədrləri isə yapışıb DSK-lardan ki, bəs pulu siz MSK ilə “həll” etmisiniz.

Onlar da and-aman edir ki, burada bizlik bir şey yoxdur.

Əslində isə reallıq başqadır…

Yəni, burada DSK-ların heç bir günahı yoxdur. Pulu gedər-gəlməzə göndərən MSK-dır.

Məzahir Pənahovun MSK-sına da, ictimaiyyətlə əlaqələr şöbəsinə müdiri Şahin Əsədliyə də, maliyyə şöbəsinə, o cümlədən qaynar xəttinə də düşmək mümkün deyil.

Fakta diqqət!

84 saylı Füzuli Seçki Dairəsi üzrə 78 məntəqə

85 saylı Füzuli-Ağcabədi Seçki Dairəsi üzrə 20 məntəqə

100 saylı Göygöl-Daşkəsən-Kəlbəcər Seçki Dairəsi üzrə 5 məntəqə

118 saylı Ağdam-Xocalı Seçki Dairəsi üzrə 73 məntəqə

119 saylı Ağdam Seçki Dairəsi üzrə 68 məntəqə

120 saylı Cəbrayıl-Qubadlı Seçki Dairəsi üzrə 82 məntəqə

121 saylı Laçın Seçki Dairəsi üzrə 110 məntəqə

122 saylı Xankəndi Seçki Dairəsi üzrə 15 məntəqə

123 saylı Kəlbəcər Seçki Dairəsi üzrə 65 məntəqə

124 saylı Şuşa-Ağdam-Xocavənd Seçki Dairəsi üzrə 93 məntəqə

125 saylı Zəngilan-Qubadlı Seçki Dairəsi üzrə 64 məntəqə.

Deməli, gəlinən nəticə ondan ibarətdir ki, təxminən 673 seçki məntəqəsinin 20 günlük siyahı dəqiqləşdirmə pulu ödənilməyib. Bu isə ümumilikdə 4038 nəfərin əmək haqqının verilməməsi deməkdir.

Bir sözlə, təxminən 400 min manata yaxın vəsaitin taleyi bəlli deyil. Əslində MSK, konkret desək, Məzahir Pənahov üçün bəllidir. Məntəqə seçki komissiyasınınü üzvləri üçün isə yox…

Adı son günlər mətbuat səhifələrindən düşməyən Məzahir Pənahova və onun “komanda”sı üçün ZƏRURİ QEYD:

AR.Seçki Məcəlləsində yazılır: Maddə 38. Məntəqə seçki komissiyası üzvünün fəaliyyətinin təminatları 38.1. Məntəqə seçki komissiyasının sədri, katibləri və üzvləri seçkilərin (referendumun) təyin edilməsi haqqında səlahiyyətli dövlət orqanının qərarının (sərəncamının) dərc edildiyi gündən seçkilərin (referendumun) nəticələrinin dərc edildiyi günədək olan müddətdə, habelə hər il seçici siyahılarının hazırlandığı dövrdə dövlət büdcəsi hesabına pul təminatı alırlar. Məntəqə seçki komissiyasının tərkibinə seçilən, dövlət və ya yerli büdcələrdən maliyyələşdirilən orqanlarda, müəssisələrdə, təşkilatlarda və ya təsisatlarda qulluq edən şəxsin əsas iş yeri üzrə aldığı əmək haqqı saxlanılır.


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:78
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 19 May 2025 11:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see229

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see223

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see196

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see189

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see176

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see163

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see160

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see155

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see155

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see155

“Ölümü” Ukraynanın xüsusi əməliyyatı olubmuş − Denis Kapustin sağdır

01 Yanvar 2026 20:01see145

Xarici borcun tənzimlənməsi: Azərbaycan üçün “təhlükəsizlik yastığı”

01 Yanvar 2026 10:27see143

Azərbaycanlı qanuni oğru lar: 21 ci əsrdə... FOTO

01 Yanvar 2026 05:26see143

Azərbaycanlı trans: Əvvəl oğlumun atası, sonra anası olacağam VİDEO

02 Yanvar 2026 05:55see142

Azərbaycanı belə fəth etmək istəyirdilər İfşa olundu

01 Yanvar 2026 01:47see140

Azərbaycanlı müğənni: Ay ailə başçıları, gey müğənniləri niyə toya çağırırsız?! FOTO

02 Yanvar 2026 04:55see137

İlahiyyatçı Əkrəm Həsənov: Yeni il gecəsi insanın özünə hesabat verdiyi, sabaha ümidlə baxdığı bir zamandır

31 Dekabr 2025 19:54see137

ABŞ qüvvələrindən qaçan Venesuela tankerinin üzərində Rusiya bayrağı..?

31 Dekabr 2025 20:19see132

Əzgilin bu faydaları varmış...

02 Yanvar 2026 05:09see132

2026 cı ilin ilk günündən qüvvəyə minən QANUNLAR

01 Yanvar 2026 09:05see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri