Pəncərə önünə folqa qoyun Fərqi görün
Icma.az, Milli.az portalına istinadən məlumatı açıqlayır.
Alüminium folqa əsasən yemək bişirərkən istiliyi qorumaq üçün istifadə edilsə də, məişətdə başqa faydalı xüsusiyyətləri də var.
Milli.Az xəbər verir ki, mütəxəssislərin bildirdiyinə görə, alüminium folqanı pəncərənin qabağına yerləşdirmək qış və yay aylarında evin temperatur balansını qorumağa kömək edə bilər.
Belə ki, qış aylarında folqa evin içindəki istiliyin çölə çıxmasının qarşısını alır və otaqların daha isti qalmasına şərait yaradır. Yay mövsümündə isə günəş şüalarını əks etdirərək otaqların sərin qalmasına kömək edir.
Bundan əlavə, alüminium folqanın pəncərələrdə istifadəsi çöldən gələn ağcaqanadların və bəzi həşəratların evə daxil olmasının qarşısını ala bilər.
Mütəxəssislər qeyd edirlər ki, alüminium folqanın düzgün və təhlükəsiz şəkildə istifadəsi həm enerjiyə qənaət etməyə, həm də ev şəraitində rahatlığı artırmağa kömək edir.
Fidan
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:84
Bu xəbər 28 Yanvar 2026 00:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















