Penitensiar xidmətdə qalmaqal Vəzifəli şəxslər İŞDƏN ÇIXARILDI
Modern.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Vəzifələrinin icrası zamanı kobud pozuntulara yol verdiklərinə görə Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin Daxili təhqiqat şöbəsinin rəisi Fəqan Yaqubovun və ədliyyə orqanlarının sərəncamında olan Altay Abdullayevin ədliyyə orqanlarından xaric edilərək qulluq keçmələrinə xitam verilib.
Modern.az xəbər verir ki, bununla bağlı Ədliyyə naziri Fərid Əhmədov müvafiq əmr imzalayıb.
Bundan başqa, xidməti işinə məsuliyyətsiz yanaşaraq qanunla müəyyən olunmuş əsas vəzifələrini yerinə yetirmədiklərinə və fəaliyyətlərində digər ciddi nöqsanlara yol verdiklərinə görə Penitensiar xidmətin bir qrup əməkdaşına qarşı intizam tənbehi tədbirləri görülüb.
Ədliyyə Nazirliyinin Mətbuat xidmətindən APA-ya məlumatı təsdiqləyiblər.
Baxış sayı:36
Bu xəbər 26 Noyabr 2025 15:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















