Icma.az
close
up
RU
Penitensiar xidmətə qəbul olunmuş əməkdaşların andiçmə mərasimi keçirilib

Penitensiar xidmətə qəbul olunmuş əməkdaşların andiçmə mərasimi keçirilib

Yeniazerbaycan saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə aparılan ədliyyə islahatları çərçivəsində penitensiar xidmətin fəaliyyəti təkmilləşdirilir, o cümlədən kadr potensialının gücləndirilməsi məqsədilə işlər uğurla davam etdirilir. Ədliyyə naziri Fərid Əhmədovun göstəriş və tapşırıqlarına əsasən kadrlarla işin səmərəli təşkilinə, gənclərin işlə təminatına xüsusi önəm verilir, qulluğa qəbulla bağlı seçim prosesi davamlı müsabiqələr keçirilməklə fasiləsiz aparılır. Bundan irəli gələrək, yaxın zamanda istifadəyə verilmiş yeni müasir penitensiar müəssisələrin fəaliyyətinin təmin edilməsi, eləcə də vakant ştat vahidlərinin layiqli namizədlərlə komplektləşdirilməsi və şəffaflığın təmin olunması üçün Ədliyyə Nazirliyinin Penitensiar xidmətində orta və kiçik rəis heyətlərində hərbi qulluqçu kimi, o cümlədən mülki vəzifələrə qulluğa qəbul həyata keçirilir. Ədliyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, əvvəlcədən dərc edilmiş elana uyğun olaraq müraciət etmiş, seçim mərhələlərini uğurla keçərək ədliyyə nazirinin əmrinə əsasən 50 nəfər orta rəis heyətinə və 40 nəfər hərbi qulluqçu kimi xidmətə qəbul olunmuş və xüsusi rütbələr verilmiş yeni əməkdaşların noyabrın 27-də Penitensiar xidmətin Baş idarəsində andiçmə mərasimi keçirilib. Tədbirdə Dövlət Himni səsləndirilib, ərazi bütövlüyümüz və suverenliyimiz uğrunda şəhid olmuş vətən övladlarının əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.

Ədliyyə nazirinin müavini – Penitensiar xidmətin rəisi ədliyyə general-mayoru Mirsaleh Seyidov deyib ki, Xidmətin layiqli kadrlarla komplektləşdirilməsi istiqamətində şəffaflığın təmin olunması hər zaman prioritet istiqamətdir. Bildirilib ki, müraciət edən çoxlu sayda Vətən müharibəsi iştirakçısı, qazi və şəhid ailəsi üzvləri də Penitensiar xidmətdə işlə təmin olunub. Hazırda Xidmətdə ümumilikdə 218 nəfər bu kateqoriyadan olan əməkdaş çalışır.

Çıxış edən gənclər böyük qürur hissi keçirdiklərini bildirib, Ulu Öndər Heydər Əliyevin yüksək amallarına daim sadiq qalaraq, ölkə Prezidentinin rəhbərliyi altında ölkəmizin inkişafı naminə sədaqətlə xidmət edəcəklərini vurğulayıblar. Qeyd ediblər ki, onlara göstərilən etimadı doğrultmaq üçün var qüvvələri ilə çalışaraq ədliyyə işçisi adını daim uca tutacaqlar.

Sonda təntənəli qaydada and içən əməkdaşlara xidməti vəsiqələr təqdim edilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:91
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 27 Noyabr 2024 20:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məhkəmədə Ermənistan vətəndaşlarının cinayət xarakterli məlumatlar tədqiq olunub FOTO

17 Oktyabr 2025 20:37see196

Stəndapçı: “Uill Smit bacarmasa, Yannik Sinner rolunu oynamağa hazıram” FOTO

18 Oktyabr 2025 03:13see191

Bakıda bal yarmarkası fəaliyyətə başlayır

17 Oktyabr 2025 13:46see151

Trampdan sonra Vens də İsrailə gedir

18 Oktyabr 2025 16:58see150

“Ağır çantalar uşaqlarda onurğa əyriliyinə gətirib çıxarır” EKSPERT DANIŞDI

17 Oktyabr 2025 11:50see143

Pəncərələri qış rejiminə necə keçirtmək olar?

18 Oktyabr 2025 04:47see137

Xaçmaz Rayon Prokurorluğunda “Açıq Qapı” Günü Keçirilib

17 Oktyabr 2025 11:35see133

Məhkəmədə həmin məlumatlar da tədqiq olundu Fotolar

17 Oktyabr 2025 20:42see132

ChatGPT yə verilməsi qadağan edilən 8 sual SİYAHI

18 Oktyabr 2025 02:52see131

Orban Putin Tramp görüşü barədə: Biz hazırıq!

17 Oktyabr 2025 04:35see131

Ramiz Mehdiyev İlham Əliyevə qarşı sui qəsd PLANLAŞDIRIB Sensasion iddia

17 Oktyabr 2025 22:34see131

“Xocalı Balı” ilk dəfə bal yarmarkasında alıcılara təqdim olunub REPORTAJ

18 Oktyabr 2025 14:09see130

İlham Əliyevdən Xəzəryanı ölkələrə ÇAĞIRIŞ

18 Oktyabr 2025 10:48see127

DNT testi bütün həyatını dəyişdi: Uşağının əsl atası məlum oldu

17 Oktyabr 2025 14:24see124

Neftinin qiyməti 1 dollar ucuzlaşdı

18 Oktyabr 2025 10:51see124

Tanınmış logistika şirkəti iflas etdi

18 Oktyabr 2025 03:04see123

Çin polisinin ağıllı köməkçiləri: Təhlükəsizliyi robot itlər qoruyacaqlar

18 Oktyabr 2025 06:32see123

“Borussiya” yenə uduzdu

18 Oktyabr 2025 03:34see122

Rusiya 4 bölgə üzərində 23 Ukrayna PUA sını vurub

17 Oktyabr 2025 04:22see121

Bakı metrosunda mübahisəli durum: gediş haqqı yenə dəyişəcək?

18 Oktyabr 2025 07:33see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri