Icma.az
close
up
RU
Pensiya almaq çətinləşəcək? KONKRET

Pensiya almaq çətinləşəcək? KONKRET

Konkret.az saytına istinadən Icma.az xəbər verir.

Son illər əhalinin qocalması, doğum səviyyəsinin azalması və əmək bazarındakı dəyişikliklər dünyanın bir çox ölkəsində pensiya sisteminin dayanıqlılığı ilə bağlı narahatlıqları artırır. Ekspertlər hesab edirlər ki, işləyən və sosial sığorta haqqı ödəyən şəxslərin sayının azalması pensiya fondlarının maliyyə imkanlarına birbaşa təsir göstərən əsas amillərdəndir. Azərbaycanda da bu məsələ zaman-zaman müzakirə olunur və pensiya sisteminin uzunmüddətli davamlılığı diqqət mərkəzində saxlanılır.
Bəs işləyənlərin sayı təqaüdçülərin sayından az olarsa, bu, pensiya ödənişlərinin davamlılığı üçün hansı riskləri yarada bilər?

Mövzu ilə bağlı KONKRET.az-a danışan iqtisadçı Xalid Kərimli bildirib ki, burada əsas məsələ işləyənlərin sayından daha çox, onların ödədiyi sosial sığorta haqlarının həcmi ilə bağlıdır.

Xalid Kərimli

Onun sözlərinə görə, pensiya fonduna daxil olan vəsait ödənilən pensiyaları qarşılamadığı zaman yaranan kəsir dövlət büdcəsi hesabına bağlanır:

“Burada məsələ saydan çox məbləğdən gedir. İşləyən şəxslərin əməkhaqlarından Pensiya Fonduna toplanan vəsait ödənilən pensiyalardan az olarsa, kəsir yaranır. Hazırda Azərbaycanda da belə vəziyyət müşahidə olunur. Hər il Dövlət Sosial Müdafiə Fondunun pensiya büdcəsinə dövlət büdcəsindən bir milyard manatdan çox vəsait transfer edilir. Pensiya Fondunun kəsiri dövlət büdcəsi hesabına bağlanır. Təbii ki, bu da dövlət büdcəsi üçün əlavə yük yaradır.”

İqtisadçı qeyd edib ki, normal vəziyyətdə işləyənlərin ödədiyi sosial sığorta haqları cari pensiya ödənişlərini tam qarşılamalı, hətta fondda əlavə vəsait formalaşmalıdır:

“Yaxşı olardı ki, işləyən şəxslərin Pensiya Fonduna ödədiyi vəsait cari pensiya ödənişlərindən çox olsun və fondun artıq vəsaiti qalsın. Amma hazırda belə deyil. Pensiya Fonduna vəsait çatmadığı üçün dövlət təhsil, səhiyyə və müdafiə kimi digər sahələrə ayırdığı vəsaitlə yanaşı, bu kəsiri də büdcədən maliyyələşdirir.”

X.Kərimli vurğulayıb ki, bu yükü azaltmaq məqsədilə son illərdə pensiya yaşının mərhələli şəkildə artırılması qərarı qəbul edilib.

“Azərbaycanda kişilər üçün pensiya yaşı 62-dən 65 yaşa, qadınlar üçün isə 60-dan 65 yaşa qaldırıldı. Məqsəd pensiya öhdəliklərini azaltmaq və sistem üzərindəki maliyyə yükünün kəskin artmasının qarşısını almaq idi. Lakin bu qərar müəyyən mənada insanlar üçün ədalətsiz nəticələr də doğurdu. Çünki ölkədə orta ömür uzunluğu təxminən 74-75 yaşdır. Bu isə o deməkdir ki, insanların əksəriyyəti cəmi 9-10 il pensiya almaq imkanına malik olur.”

Ekspertin fikrincə, hazırda dövlət büdcəsinin imkanları hesabına pensiya sistemində ciddi problem hiss olunmasa da, gələcəkdə büdcə gəlirlərinin azalacağı təqdirdə risklər arta bilər:

“Hazırda dövlətin maliyyə imkanları olduğuna görə ciddi problem yaranmır. Ancaq gələcəkdə büdcənin bu imkanları zəifləyərsə, pensiya sistemində çətinliklər yarana bilər. Bu vəziyyət pensiyaların artırılması imkanlarına da təsir göstərir. Xüsusilə minimum və yaşa görə pensiyaların artırılması məsələsində maliyyə məhdudiyyətləri özünü göstərir. Daha yüksək pensiya isə əsasən insanların işlədiyi dövrdə aldığı əməkhaqqı və ödədiyi sosial sığorta haqları hesabına formalaşır.”

Aynurə İsmayıl
KONKRET.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:130
embedMənbə:https://konkret.az
archiveBu xəbər 07 İyul 2026 12:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see474

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see345

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see316

Türkiyədə yük maşını sərnişin avtobusu ilə toqquşub 11 nəfər ölüb, 27 insan xəsarət alıb

11 Oktyabr 2026 13:57see286

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see258

Dövlətçilik və strateji məsuliyyət

11 Oktyabr 2026 16:15see256

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

11 Oktyabr 2026 14:40see252

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see246

“Özünü ələ al” müalicə deyil Ölkədə bu xəstəliyə qarşı mübarizə necə aparılır? KONKRET

11 Oktyabr 2026 09:56see236

Sərhəd tanımayan təhdidlər: Azərbaycanın ideoloji təhlükəsizlik gündəliyi TƏHLİL

11 Oktyabr 2026 16:24see225

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see212

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see210

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see210

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see209

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see205

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see203

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see203

Makrona aid edilən irqçi ifadə Fransada siyasi qalmaqala səbəb olub

11 Oktyabr 2026 16:34see200

Pakistanda etirazların bürüdüyü vilayətə qoşun göndəriləcək

11 Oktyabr 2026 19:16see193

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri